26.06.2019 09:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
Azərbaycandakı multikulturalizmin mənbəyi

 
 



Parliament Times, Pakistan
30.12.2018


Müəllif: Qaysar Nava

Azərbaycan ta qədimdən dünyanın multikultural dövlətlərdən biridir. Müasir Azərbaycan Qərblə Şərq arasında, Xəzər dənizinin sahilində yerləşir. O, qədim İpək Yolunun üzərində yer aldığından, mədəni müxtəlifliyin mərkəzinə çevrilib.

Qədim İpək Yolu çoxsaylı ticarət, həmçinin mədəni marşrutlardan ibarət olub. Bu baxımdan o, Asiya qitəsinin regionları, həmçinin Şərqlə Qərb arasında mədəni əlaqələrin yaradılmasında mühüm rol oynayıb. Çin və Hindistandan Aralıq dənizi bölgəsinə qədər tacirlər, zəvvarlar, rahiblər, əsgərlər, köçərilər səfərlərini bu yolla edib.

Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasəti kimi qəbul edilir. Qarşılıqlı anlaşmanı, bütün etnik-dini qruplara hörməti təmin edən multikulturalizm bu respublikada həyat tərzinə çevrilib. Hətta 2016-cı il ölkədə “Multikulturalizm İli” elan edilmişdi. Bir sözlə, Azərbaycanda multikulturalizm və tolerantlıq dövlət səviyyəsində inkişaf etdirilir. Bu dəyərlərin inkişafı ölkənin qədim dövlətçilik tarixinə və ənənələrinə əsaslanır.

Azərbaycanda yaşayan müxtəlif etnik quruplar ölkə mədəniyyətini zənginləşdirir. Ölkədə Azərbaycan türklərilə yanaşı, dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, malakanlar, ingiloylar, ləzgilər, çaxurlar, avarlar və s. yaşayır.

Ölkədə siyasi düşüncə, ideologiya Azərbaycanın ümummili lideri Heydər Əliyevin siyasəti nəticəsində formalaşıb, məhz bu siyasət sayəsində tolerantlıq və multikulturalizm ənənələri bərpa olunub. Azərbaycandakı multikulturalizmin siyasi əsası Konstitusiyada, qanunlarda, sərəncam və fərmanlarda da əks olunub. Heydər Əliyev nirmənalı olaraq, Azərbaycan xalqının multikultural ənənələrinin qorunması siyasətini yürüdüb. Bu siyasəti hazırkı prezident İlham Əliyev də davam etdirir.

Artıq qeyd edildiyi kimi, Azərbaycan Şərqlə Qərbin kəsişməsində yerləşir. Ölkədə mədəniyyətlərarası dialoq üçün mühitin formalaşması da bunun nəticəsidir. O, iki sivilizasiya arasında körpü rolunu oynayır. Azərbaycan həm Şərq, həm də Qərb dövlətləri arasında nüfüzunu getdikcə artırır. Bu xətt özünü Bakının xarici siyasətində də göstərir. Bu gün Azərbaycan BMT, ATƏT, GUAM, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı kimi qurumların tamhüquqlu üzvüdür. O, Avropa İttifaqının təşəbbüsü ilə həyata keçirilən “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində Qərbə uğurla inteqrasiya edir.

Azərbaycanda tolerantlıq ab-havası hər zaman yüksək səviyyədədir. Ölkədə multikulturalizmə, konfessiyalararası əlaqələrə həsr olunan çoxsaylı beynəlxalq tədbir, elmi konfrans keçirilir. Məsələn, 2010-cu ilin aprelində Bakıda dünya dini liderlərinin “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusuna həsr olunmuş sammiti keçirilib. Bu konfransda müxtəlif ölkələri təmsil edən 200-dən çox nümayəndə iştirak edib.

Qeyd edək ki, hələ 1918-ci ildə məhz Azərbaycanda müsəlman Şərqinin ilk dünyəvi demokratik respublikası yaradılmışdı. 1919-cu ildə o, qadınlara səsvermə hüququ belə, vermişdi.

Bir sözlə, bu gün Azərbaycan müxtəlif mədəniyyətlərə mənsub xalqların sülh şəraitində birgə yaşayışının modelidir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Parliament Times


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az