21.01.2019 06:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
Qafqazın atəşi – Azərbaycan

 
 



El Faro Ceuta, İspaniya
05.01.2019


Müəlliflər: Marian Okanya, Visente Pledel

İraqdan Türkiyəyə keçmək bizə 7 saata başa gəldi. İraqın Kürdüstan vilayəti ilə Türkiyə arasında əlaqələr çox pisdir. Türkiyə ərazisinə İraqın Suriyaya yaxın bölgəsindən daxil oluruq. Qafqaza yolumuzun üzərində hərbi nəzarət nöqtələri, keçid məntəqələri bir-birini əvəzləyir. Bu, yorucudur...

Azərbaycana açılan qapımız Böyük Qafqaz sıra dağlarıdır. Bu ölkənin iki fərqli siması ilə tanış olacağıq: “vəhşi” və “sevimli”.

Qafqazın “vəhşi” siması bizi qarlı zirvələri, vadiləri, unutulmaz kanyonları ilə valeh edir. Yüksək dağ zirvələrində özümüzü labirintdəki siçanlar kimi hiss edirik. “Mitsubishi Montero” ilə keçdiyimiz bu yerlər bizə Himalay yollarını xatırladır. Lakin buradakı yüksəkliklər Himalaya nisbətən daha alçaqdır (təxminən dəniz səviyyəsindən 3000-4000 metr yüksəklikdə).

Qafqazın “sevimli” simasına gəlincə, o, insanı romantizmi, harmoniyası ilə valeh edir. Burada hər şey bizə İsveçi xatırladır.

Azərbaycan həm də dənizə – Xəzər dənizinə baxan ölkədir. Xəzər Asiyanın qəlbində yerləşən, okeanlara çıxışı olmayan böyük duzlu göldür. O, məhz böyüklüyünə görə dəniz adlandırılır.

Bir sözlə, Azərbaycan dünyanın sahib olduğu ən özəl məkanlardan biridir. Onun Qobustan adlanan bölgəsində qaz və palçıqdan əmələ gəmiş vulkan mənşəli dağlar hər zaman geoloji marağa səbəb olur. Buradakı kraterlərlərdən mütəmadi olaraq palçıq lava püskürür. Ancaq “palçıq” sözü sizi arxayınlaşdırmasın. Burada 2001-ci ilin yazında baş vermiş vulkan püskürmələrindən biri zamanı ani partlayış palçığı 300 metr yüksəkliyə atımış. Bu, böyük “palçıq yağışı”na səbəb olubmuş. 3 gün davam etmiş həmin püskürməni 15 kilomet aralıdan belə, görmək mümkün imiş.

Sovet imperiyası onilliklər boyunca bütün dinləri təqib edib. Bu, zalım rejimin qurbanları arasında bir bağ yaradıb. Sonda Sovet boyunduruğundan xilas olmuş ölkələrdə müxtəlif dini ayinlər sərbəst şəkildə həyata keçirilməyə başlayıb. Azərbaycanda müsəlmanların, yəhudilərin, xristianların və zərdüştlərin öz məbədləri var. Bəşəriyyətin ən qədim dinlərindən olan Zərdüştiliyin məbədi olmuş “Atəşgah” bizi əbədi alovla qarşılayır...

Azərbaycandakı keçmişin izləri insanı əsrlər əvvələ aparır – düz 40 min il əvvələ. Buradakı 6000-dən çox qayaüstü rəsm (UNESCO tərəfindən Ümumdünya İrsi siyahısına daxil edilib) minilliklər boyunca planetin bu bölgəsində yaşanmış gündəlik həyatı əks etdirir: ov səhnələri, müxtəlif növ heyvan şəkilləri, rəqslər, ibtidai insanların gəmilərlə səyahəti və s.

Yaxınlıqda qarşımıza paytaxt Bakı çıxır. Əvvəlcə tipik Sovet paytaxtı ilə qarşılaşacağımızı düşünürük. Lakin azərbaycanlılar öz tarixi memarlıq irslərinin bir hissəsini bərpa ediblər. Sovet üslubunda inşa olunmuş tikililər arasındakı neoklassik daş binalar, parlaq gecə işıqlandırması ilə daha da cəlbedici görünən göydələnlər paytaxtı daha da gözəlləşdirir. “Alov qüllələri” (“Flame Towers”) şəhərin ən böyük “gecə şousu”dur. Bu şou ilə bərabər, Yanardağdakı əbədi məşəl...

Burada alovların sirli mənşəyi, “sehrli gücü” haqda çox hekayə, çox əfsanə var. Buraya hələ XIII əsrdə səfər etmiş italyan səyyah Marko Polo əlyazmalarında hər yanda rast gəldiyi alovdan yazıb, onların fasiləsiz yandığını qeyd edib. Bu alovun bir çoxu o vaxtdan yanmaqdadır. Burada yerin 200 metr dərinliyindən çıxan qaz yer səthinə 3 metr qalmış alovlanır.

Bir sözlə, atəş Azərbaycanda hər zaman mövcud olmuş elementdir. Bu kiçik ölkə çox səxavətlidir. O, zənginlik və rifah gətirmiş “qara qızıl” – böyük neft yataqları üzərində yerləşir.

Azərbaycan tarixi İpək Yolunun da bir hissəsi olub. Bu üzdən orada tam təchiz edilmiş karvansaralara rast gəlinir.

Qafqaz bir çox qala ilə əhatələnib. Lakin sayısız savaşlardan, dağıdıcı zəlzələlərdən və zamanın zalım sınağından onların çox az hissəsi salamat çıxa bilib.

Beləliklə, Azərbaycan Qərblə Şərq arasında mühüm qapıdır. Bizi buradan Seutaya uzun yol gözləyir...

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: El Faro Ceuta


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az