26.06.2019 10:01
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
Paşinyanın inqilab dalğası və “Dağlıq Qarabağ hökuməti”nin süqutu

 
 



TasnimNews, İran
07.01.2019


Ermənistanda baş vermiş inqilabın dalğasının qondarma “Dağlıq Qarabağ Respublikası”na keçməsi separatçıların lideri, tanınmamış rejimin rəhbəri Bako Saakyan “hakimiyyət”inin süqutu ilə nəticələnə bilər.

“Tasnim” İnformasiya Agentliyinin məlumatına görə, bunu erməni politoloq Aram Tadosyan bildirib. O, keçirdiyi mətbuat konfransında Ermənistanda aprel inqilabından sonra yaranmış vəziyyət haqda danışıb. “Ermənistanda Serj Sarqsyanın istefaya göndərilməsilə hakimiyyətin dəyişməsindən, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra cəmiyyət iki yerə bölünüb. Bu gün Yerevanın Qarabağ üzərində hegemonluğuna tərəfdar olanlar Paşinyan inqilabını dəstəkləmir”, - deyə politoloq qeyd edib.

Yerevandakı siyasi qarşıdurmaların “Dağlıq Qarabağ bölgəsinə də sıçrayacağını” düşünən Tadosyan deyib: “Paşinyanın inqilab dalğasının Qarabağa təsiri qaçılmazdır. Orada gərginliyin artması isə separatçı lider Bako Saakyanın devrilməsinə səbəb olacaq. Çünki Saakyan Sarqsyana yaxın siyasətçilərdən sayılır və Qarabağda məhz Sarqsyanın siyasi kursu davam edir”.

Politoloq hesab edir ki, Sarqsyan hakimiyyətinin süqutundan sonra Saakyan və tərəfdarları Paşinyanı aldatmağa, güya onun hakimiyyətini dəstəklədiklərini göstərməyə çalışırlar. “Ancaq baş nazir bu dəstəyin saxta olduğunu yaxşı bilir”, - deyə erməni ekspert qeyd edib.

“İşğal altındakı Dağlıq Qarabağ ərazisi Ermənistanın keçmiş hakim rejiminin çirkli pulların yuyulması mərkəzinə, korrupsiya və qanunsuzluqlar məkanına çevrilmişdi. Bütün bunlar Paşinyan inqilabı ilə ziddiyyət təşkil edir. Odur ki, “DQR”i çox çətin günlər gözləyir”, - deyə Aram Tadosyan bildirib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TasnimNews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az