18.03.2019 19:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Pol Qobl: “Moskva Ermənistanı satmağın qarşılığında Azərbaycanı əldə edəcəyinə əmin olsa, buna gedər”

 
 



1in.am, Ermənistan
08.01.2019


Müəllif: Aram Sarqsyan

Ötən 2018-ci il ərzində Qarabağ münaqişəsinin nizamlanması prosesində ciddi dəyişiklik baş vermədi. 2019-cu ildə də əhəmiyyətli irəliləyiş olmayacaq. Lakin Rusiya bu məsələdə son sözün kimə məxsus olduğunu hər iki tərəfə xatırlatmaq üçün münaqişə zonasında yeni toqquşmalara rəvac verə bilər. Bunu “Birinci” İnformasiya Saytına ABŞ Dövlət Departamentinin keçmiş xüsusi müşaviri, SSRİ xalqları üzrə ekspert, Vaşinqtonda yerləşən Dünya Siyasəti İnstitutunun professoru Pol Qobl deyib.

Amerikalı analitik hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyev Moskva ilə “müəyyən yaxınlaşma”ya can atır. Qoblun fikrincə, Moskva bunun qarşılığında Azərbaycanı əldə edəcəyini bilsə, düşünmədən Ermənistanı satar. Lakin hətta bu halda belə, Əliyevin Qarabağa görə hər şeyi Moskvaya verməyə hazır olub-olmadığı aydın deyil.

- Cənab Qobl, sizcə ötən il Qarabağ probleminin nizamlanması prosesinin gedişində nə dəyişib? Yəni, bu məsələdə 2018-ci ilin əvvəlində harada idik, indi hara gəlib çıxmışıq?

- Fundamental problemlər əsasən olduğu kimi qalıb: Rusiya münaqişənin tam həllini istəmir, çünki bu halda o, həm Yerevan, həm də Bakıya təsir alətindən məhrum olacaq. ABŞ problemin həllinə tərəfdardır, lakin onun bölgədə münaqişənin nizamlanmasını irəli aparmaq üçün yetərincə imkanları yoxdur. Ermənistanla Azərbaycanda isə kəskin dəyişikliyin əleyhinə olan cəmiyyətin radikal mövqeyini əks etdirən qüvvələr hakimiyyətdədir.

Eyni zamanda, ötən il vəziyyəti dəyişə biləcək iki fundamental dəyişiklik baş verib. Müstəqillik dövründən bəri ilk dəfə olaraq Ermənistanda Moskvanın təsirindən daha azad hökumət formalaşıb. Azərbaycan isə Moskva ilə əlaqələrini daha da dərinləşdirir. Çox guman ki, hələlik Paşinyanın Dağlıq Qarabağ məsələsində müstəliq fəaliyyət göstərmək üçün kifayət qədər gücü yoxdur və o, ilk növbədə diqqətini daxili problemlərdə yönəldəcək. Böyük ehtimalla o, nüfuzlu Qarabağ lobbisinin iradəsinə zidd addımlardan çəkinəcək. Bu vəziyyətin bir-iki ilə dəyişməsi mümkündür. Əliyevin Moskva ilə müəyyən yaxınlaşmaya can atdığı bir vaxtda Moskva Yerevanı Dağlıq Qarabağ məsələsində geri çəkilməyə məcbur edərsə, Azərbaycanda öz təsirini əhəmiyyətli dərəcədə genişləndirə bilər. Mən həmişə əmin olmuşam ki, Moskva bunun qarşılığında Azərbaycanı əldə edəcəyini bilsə, düşünmədən Ermənistanı satar. Lakin burada böyük bir “əmma” var – hətta Qarabağın qaytarılmasına yol açılsa belə, Əliyev hər şeyi Moskvaya verməyə hazırdırmı?

Nizamlama prosesində 2019-cu ildə əhəmiyyətli irəliləyişin olacağını düşünmürəm. Lakin Rusiya münaqişə zonasında yeni toqquşmalara rəvac verəcək ki, bu məsələdə son sözün kimə məxsus olduğunu hər iki tərəfə xatırlatsın.

- Ermənistanda aprel-may aylarında baş vermiş məlum dəyişikliklərdən sonra Yerevanla Bakıda hakimiyətdə yetərincə fərqli qüvvələr yer alır. Bu yeni situasiya münaqişənin nizamlanmasına ciddi təsir göstərə bilərmi?

- Paşinyan ölkə daxilində öz hakimiyyətini gücləndirməyə məcburdur, Dağlıq Qarabağ məsələsində addım atması isə daxili siyasətdə onun işlərini çətinləşdirəcək. Əliyev də kəskin hərəkətlərlə qayığı yelləmək istəmir. Deməli o, Moskva ilə mülayim yaxışlaşma siyasətini davam etdirəcək ki, Türkiyə və Qərbi özündən döndərməsin.

- Ötən il həm nizamlama prosesində, həm də ümumiyyətlə bölgədə bir sıra maraqlı hadisələr baş verdi. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cənubi Qafqaza səfər etdi və Ermənistanda məşhur bəyanatını verdi: Paşinyan parlament seçkisində qələbə qazandıqdan sonra “güclü mandate” alacaq və Qarabağ probleminin həlli istiqamətində “qətiyyətli addımlar” ata biləcək. Bundan başqa, Nikol Paşinyan ilə İlham Əliyev artıq iki dəfə qeyri-rəsmi görüşüblər. Sonra Azərbaycan rəhbərliyi qəribə şəkildə nikbin bəyanatlar verməyə başladı, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üçün “əlverişli vəziyyət”in yarandığını dedi. Azərbaycanın xarici işlər naziri isə erməni həmkarı ilə görüşdə “qarşılıqlı anlaşma” əldə etdiklərini və sairi bəyan etdi. Bu bəyanatlar diplomatik danışıqlarda nələrinsə baş verdiyi və dövlət başçılarının bunu sirr saxladıqları barədə bəzi şübhələr yaradıb. Necə düşünürsünüz, Amerika ilə Rusiyanın bu problemlə bağlı siyasətində ciddi dəyişiklik baş verə bilərmi?

- Paşinyanın mandatı var, lakin onun Dağlıq Qarabağ münaqişəsini həll etməsi üçün ayrıca mandatı yoxdur. O, Qarabağ məsələsində sələfinin siyasi kursunu davam etdirir. Qərb Qafqazda fəal olsaydı, vəziyyət dəyişə bilərdi. Lakin nəzərə alsaq ki, Tramp adminstrasiyası bu istiqamətdə diplomatik fəaliyyətdən çəkinir, üstəlik, bölgəyə qoşun yeritməyək niyyətində deyil, bu ehtimal azdır.

Rusiyanı isə daha vacib məsələlər maraqlandırır və hazırda Ermənistan Moskva üçün ikinci plandadır. Kreml Paşinyanı xoşlamır, amma onun Qərbin qucağına atılmasını da istəmir. Demək, guman ki, diplomatik proses yenidən dalana dirənəcək.

- Ekspertlər hesab edir ki, Tramp administrasiyası Qarabağ münaqişəsinin nizamlanmasını İranı daha çox təcrid etmək üçün daha bir vasitə kimi nəzərdən keçirir. Rusiya isə bu məsələdə hər zaman olduğunu kimi, fəaldır. Üstəlik, Belarus prezidenti Lukaşenko rusiyalı junalistlərlə görüşündə Rusiyanın problemin həllilə bağlı planının bəzi maraqlı detallarını açıqlayıb: Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılmalıdır (erməni tərəfinin bunun qarşılığında nə əldə edəcəyi məlum deyil - müəllif), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunları münaqişə zonasına yerləşdirilməlidir. Bundan sonra biz vasitəçilər tərəfindən yeni diplomatik səylər gözləməliyikmi?

- Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll olunarsa, bu ABŞ-a İranı təcrid etmək üçün daha çox imkan verəcək. Çünki Qarabağ münaqişəsinin həlli Tehranın Qafqazdakı siyasi proseslərə təsirini itirməsi deməkdir. Lakin bunu Moskva da anlayır və o, çalışacaq ki, buna yol verməsin.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: 1in.am


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az