18.03.2019 19:42
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Vasitəçilər Azərbaycan və Ermənistanın XİN başçılarının görüşünü təşkil etmək istəyir

 
 



Nouvelles d’ARMÉNIE, Fransa
10.01.2019


Müəllif: Kler

Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilər ən geci bu ay ərzində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında daha bir görüş təşkil etmək istəyir. Bu haqda məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb.

“ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri yanvarda xarici işlər nazirləri arasında görüşün keçirilməsinə dair təklif irəli sürüblər”, - deyə Ermənistan XİN-nin mətbuat xidmətinin rəhbəri Anna Nağdalyan “Armenpress” informasiya agentliyinə açıqlamasında bildirib. Nağdaıyan görüşün tarixi haqda məlumatın onun razılaşdırılmasından sonra açıqlanacağını söyləyib.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə 2018-ci ilin ikinci yarısında 3 dəfə görüşüblər. Həmsədrlərin bununla bağlı yaydığı bəyanatda deyilirdi ki, dekabrın 5-də Milanda keçirilmiş son danışıqlar zamanı Məmmədyarov ilə Mnatsakanyan üzərlərinə münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün intensiv işləmək, gərginliyi azaltmaq haqda öhdəlik götürüblər.

“Nazirlər 2019-cu ilin əvvəlində ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə yenidən görüşmək barədə razılığa da gəliblər. Bu, daha yüksək səviyyəli danışıqların təşkili üçündür”, - deyə vasitəçilərin dekabrın 6-da yaydığı bəyanatda bildirilirdi.

Hər iki nazir Milan görüşünü faydalı adlandırmışdı. Elmar Məmmədyarovun sözlərinə görə, görüşdə tərəflər arasında nadir sayılacaq qarşılıqlı anlaşma əldə olunub.

Xatırladaq ki, nazirlərin İtaliyanın Milan şəhərindəki görüşü Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin Rusiyada MDB dövlət başçılarının sammiti çərçivəsində bir araya gəlmələri ərəfəsində baş tutmuşdu. Paşinyanla Əliyev, həmçinin MDB-nin daha əvvəl Tacikistanda keçirilmiş zirvə görüşü zamanı da qısa söhbətləşmişdilər. O vaxtdan münaqişə zonasında atəşkəs rejiminin pozulması halları xeyli azalıb.

“2019-cu il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yeni impuls verəcək”, - deyə prezident İlham Əliyev dekabrın 14-də “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazmışdı.

Paşinyan da sosial şəbəkə vasitəsilə ölkəsi üçün Qarabağ münaqişəsinin həllinin prioritet olaraq qaldığını bəyan etmişdi.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Nouvelles d’ARMÉNIE


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az