21.01.2019 06:35
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Ermənistanla Azərbaycan əhalini sülhə hazırlamaq haqda razılığa gəldi
 
19.01.2019
Eurasianet.org, ABŞ
 

  “Qara yanvar”ın Azərbaycan tarixindəki önəmi
 
19.01.2019
BRASÍLIA IN FOCO, Braziliya
 

  Nikol Paşinyanın Qarabağ fiaskosu: “Finita la commedia”
 
19.01.2019
1in.am, Ermənistan
 

  “Qara yanvar”: Azərbaycanın azadlıq uğrunda verdiyi qurbanlar
 
18.01.2019
Əl-Fəcr, Misir
 

  Azərbaycan üçün ABŞ hələ də mayak olaraq qalır
 
17.01.2019
TIMES of SAN DIEGO, ABŞ
 

 
 
Azərbaycanda özünüzü evinizdəki kimi hiss edəcəksiniz: oraya yollanmaq üçün səbəblər - FOTO

 
 



SiViaggia, İtaliya
11.01.2019


“SiViaggia” Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadədən müsahibə alıb. Səfir müsahibəsində italyanların tətil gəzintisi üçün niyə məhz Azərbaycanı seçməli olduqlarına aydınlıq gətirməyə çalışıb.

Azərbaycana turizm istiqaməti olaraq maraq gündən-günə artmaqdadır və bu baxımdan italiyalı turistlər də istisna deyil.

Bunu “SiViaggia” portalına Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə deyib. O, italiyalıların tətil gəzintisi üçün niyə məhz Azərbaycanı seçməli olduqlarını belə əsaslandırıb: “Azərbaycanı italyanlar üçün maraqlı tətil məkanına çevirəcək bir çox səbəb var. Hər şeydən əvvəl, ölkə zəngin mədəni-tarixi irsə, gəzməli, görməli yerlərə malikdir. Turistlərdə bir ölkə haqda fikri məhz belə yerlər formalaşdırır. Azərbaycan müasir infrastruktura malikdir, əhali əcnəbilərə böyük qonaqpərvərliklə yanaşır. Bizim xalqlarımız da çox oxşardır və Azərbaycana gedib qayıtmış italiyalılar orada özlərini evlərindəki kimi hiss etdiklərini deyirlər. Bundan başqa, biz əla iqlim şərtlərinə, zəngin mətbəxə sahibik. İtaliyadan Azərbaycana gəlmək də çox asandır. Milandan Bakıya birbaşa uçuşlar var”.

- 2019-cu ildə Azərbaycanda hansı yeniliklər gözlənilir?

- Son illərdə Azərbaycan dünyada idman sahəsində də çox mühim rol oynayır. 2019-cu il mayın 29-da hələ 2015-ci ildə Avropa Oyunlarının keçirilməsi üçün tikilmiş Bakı Olimpiya Stadionu Avropa Liqasının finalını qəbul edəcək. Bu il də keçiriləcək Formula 1 yarışını da unutmaq olmaz. Bu yarış artıq 3 ildir ki, müntəzəm olaraq paytaxtımızda təşkil olunur. Bundan başqa, il ərzində bir sıra digər mədəni-akademik və qlobal miqyaslı tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Azərbaycan özünün musiqi ənənəsilə də məşhurdur. Hər şeydən əvvəl o, UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi qiymətləndirilmiş özünəməxsus musiqi janrı olan muğamın beşiyidir. Ölkədə ilin müxtəlif fəsillərində klassik və simfonik musiqi janrlarına aid Bakı Caz Festivalı, Qəbələ Festivalı və pop musiqisinə həsr olunan “Jara” festivalı keçirilir. Son iki tədbir yayda olur. Qəbələ festivalı dağları, meşələri sevən turistlər üçün təşkil olunursa, “Jara” dənizsevərlər üçün Bakı çimərliyində keçirilir. Xəzər dənizinin müasir infrastruktura malik çimərlikləri turistlər üçün rahatdır.

- Azərbaycanda italiyalılara daha çox hansı məkanlar maraqlı olar?

- Azərbaycana ilk dəfə səfər edən turistləri ölkəmizdəki qədimliklə müasirliyin vəhdəti təsirləndirir. Bakıdan UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmiş İçərişəhəri, onunla birgə Qız qalasını, Şirvanşahlar sarayını görmədən getmək olmaz. “Alov qüllələri” və Heydər Əliyev Mərkəzi isə müasir binalar arasında xüsusi seçilir.

Azərbaycana ikinci dəfə yollanan şəxs ölkənin memarlığındakı inkişafı, dəyişikliyi görməyə bilməz. Bulvarda Azərbaycanın 2015-ci ildə “Milan Expo” sərgisində nümayiş etdirdiyi pavilyon yenidən qurulub.

Bakının yaxınlığında yerləşən daha bir məkan – Qobustan Milli Parkı da öz arxeoloji tapıntıları, palçıq vulkanları ilə UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Bundan başqa, Bakıdan 25 kilometr şimal-şərqdə yerləşən “Atəşgah” məbədi, həmçinin Yanardağ fasiləsiz yanan alovları ilə məşhurdur.

Gəncə, Qəbələ, Şəki, Naxçıvan, İsmayıllı (Lahıc, İvanovka) və Quba kimi rayonlara da baş çəkməyə dəyər.

Bir sözlə, bu gün Azərbaycan üçün turizmin inkişafı bir hədəfdir. Bu baxımdan Bakıdan 320 kilometr şərqdə yerləşən və ümumi xəstəliklərin müalicəsi üçün xüsusi hamamları ilə məşhur Naftalanı, Naxçıvan Muxtar Respublikasında, Kiçik Qafqaz dağlarının 1173 metrlik zirvəsində yerləşən və tənəffüs orqanı xəstəliklərinin müalicəsinə kömək edən “Duzdağ”ı da xatırlatmaq istərdim.

- Fikrinizcə italiyalıların Azərbaycanda ən sevdikləri yerlər haradır?

- İtalyanlar gəzməli yerlərin çox olduğu, əksər tədbirlərin keçirildiyi Bakını özünəməxsus ab-havasına görə daha çox sevirlər. Onların “Alov qüllələri”ndən açılan və bütün şəhəri göz önünə sərən mənzərədən təsirləndiklərini bilirəm. İtaliyalılar dini məkanlara da maraq göstərir. Əhalisinin əksəriyyəti müsəlman olan ölkədə katolik kilsəsi, italyan memar tərəfindən layihələndirilmiş, açılışı 2007-ci ildə olmuş Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi kimi müxtəlif dinlərə aid ibadətgahların varlığı italyanları heyran edir. Ümumiyyətlə, Azərbaycanın multikulturalizmlə bağlı belə memarlıq abidələri tez-tez ziyarət olunur.

İtaliyalıları 300-dən çox palçıq vulkanınln yerləşdiyi, dünyadakı palçıq vulkanlarının 30%-nin cəmləşdiyi məkanımız da cəlb edir. Qobustan parkında Roma hökmdarı Domisiyanın hakimiyyəti illərində – 84-96-cı illər arasında latınca yazılmış yazı var. Bununla yanaşı, ölkələrimizi Marko Polo da birləşdirir. O, özünün “Milyon” əsərində mənim ölkəmdən danışır, ölkəmizin zəngin neft yataqlarına istinad edərək, çoxsaylı “neft çeşmələri”ni təsvir edir. Azərbaycanın “Odlar yurdu” adlandırılması təsadüf deyil. Dünyada sənaye üsulu ilə neft ilk dəfə məhz Azərbaycanda çıxarılıb. Bu, hələ 1846-cı ildə baş verib. İlk neft platforması da məhz həmin yerdə qurulub. O dövrdə bu sahədə öz sözünü demiş ailələr arasında Nobel qardaşları da var idi. Onların Bakıda “Neft villası” adlandırılan evləri də var. Yeri gəlmişkən, turistlərə oranı da ziyarət etmələrini məsləhət görürəm.

Bundan başqa, Bakı buxtasının Neapol körfəzinə çox oxşadığını az adam bilir. Yeri gəlmişkən, biz 40 ildən çoxdur ki, bu şəhərlə qardaşlaşmışıq.

Adət-ənənələri və kulinariyanı sevən italyanlar Azərbaycanın bu sahədəki xüsusiyyətlərini də yüksək qiymətləndirir. Hər ilin noyabrında bizim Göyçay rayonumuzda “Nar festivalı” keçirilir. Bu da turistlər üçün maraqlı hadisədir.

- Bəs Azərbaycana ailəsilə, övladları ilə yollanmış turistə nə məsləhət verərdiniz?

- Azərbaycan və onun paytaxtı uşaqlı ailələr üçün də rahat yerdir. Bakının körpə qonaqları da qəbul etmək üçün hər şəraiti var. Uşaqlar “Şeytan çarxı”ndan tutmuş, bir çox attraksionun olduğu zəngin Bakı bulvarını çox sevəcəklər.

Uşaqları Heydər Əliyev Mərkəzinə də aparmaq olar. Mərkəzin ətrafındakı park ailəvi istirahət üçün əla məkandır və orada tez-tez müxtəlif maraqlı tədbirlər keçirilir. Binanın özünün memarlığı isə hər yaşdan olan insanı valeh edir.

Məsləhət gördüyüm məkanlardan biri də öz forması ilə fərqlənən Xalça Muzeyidir. Siz həmçinin Venesiya şəhərciyində çay içə, Kukla Teatrına, atçılıq mərkəzinə, alış-veriş üçün müxtəlif ticarət mərkəzlərinə gedə bilərsiniz. Qışda isə balacaları ölkənin dağlıq ərazilərində yerləşən xizəkçilik mərkəzlərindən birinə aparmaq olar. Məsələn, Şahdağa və ya Tufandağa.

- Azərbaycana getmək üçün ən yaxşı vaxt hansıdır?

- Qeyd etdiyim kimi, Azərbaycanda iqlim İtaliyada olduğu kimi, mülayimdir. Ən yaxşı vaxt sözsüz ki, maraqlı və gözəl səbəbin – Azərbaycanda bahar bayramı olan Novruzun keçirildiyi mart ayından sonra başlayır. Bu, noyabradək davam edir. Amma inanın ki, Azərbaycan qışda da hər kəsi təəccübləndirə və heyran qoya bilir.

(İtalyan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: SiViaggia


 


          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az