26.06.2019 10:05
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
BP Xəzər dənizində növbəti nəhəng qaz yatağı aşkar etdiyini düşünür

 
 



Bloomberg, ABŞ
11.01.2019


Müəlliflər: Anna Şiryayevskya, Kelli Qilblom

BP və tərəfdaşları Azərbaycandakı nəhəng qaz layihəsinin işlənilməsinə 28 milyard dollar investisiya qoyub. Bu, yeni başlanğıc ola bilər.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Consun sözlərinə görə, Böyük Britaniyanın əsas neft şirkəti Azərbaycanda 2020-ci ilə qədər 6 kəşfiyyat quyusu qazmağı planlaşdırır. Əgər Q.Consun gözləntiləri özünü doğruldarsa, bu, BP-nin “Şahdəniz” yatağı ilə təxminən eyni ölçüdə yeni qaz mənbəyi aşkar etdiyi anlamına gəlir. Xatırladaq ki, Xəzər dənizində yerləşən və Manhetten adası böyüklüyündə olan “Şahdəniz” yatağından təbii qaz artıq hasil olunur.

“Yaxın illər üçün Braziliya ilə yanaşı, Azərbaycan da bizim bizim əsas prioritet istiqamətlərimizdəndir”, - deyə Q.Cons bildirib: “Bizim üçün kəşfiyyat proqramı böyük əhəmiyyətə malikdir. Çünki bu, Xəzər dənizində həyata keçirilən layihə ilə bağlı əminliyimizi artırır, bu dənizdə fəaliyyətə necə yanaşdığımızı göstərir”.

BP daxil olmaqla, bir sıra şirkət istifadə edilməmiş böyük qaz ehtiyatlarının olduğu Avrasiya regionuna böyük həcmdə investisiya qoyur. Bu region enerji resurslarına “ac olan” Avropa ölkələrilə qonşudur. Hələ ötən ilin iyununda BP, həmçinin onun “Lukoyl” ilə “Petronas” daxil olmaqla bir sıra tərəfdaşları Xəzər dənizilə Türkiyəni birləşdirən yeni kəmər vasitəsilə qaz nəqlinə başlayıb. Bu, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində baş verir.

Bu arada daha bir enerji layihəsi – “Cənub Qaz Dəhlizi”nin sonuncu seqmentinin inşası 2020-ci ildə başa çatmalıdır. Bununla da sözügedən yataqdan hasil olunan qaz Yunanıstan, Bolqarıstan və İtaliyaya nəql ediləcək.

Beləliklə, əgər BP yaxın zamanlarda kəşfiyyat quyularında böyük qaz ehtiyatı aşkar edərsə, bu enerji resursu da eyni kəmərlərlə Avropaya nəql oluna bilər. “Buna görə şirkətimiz Xəzər dənizində iddialı kəşfiyyat proqramı üzərində çalışır. Bu proqram bizə növbəti, çox mühüm variantlar verə bilər”, - deyə Q.Cons vurğulayıb: “Biz bu qaz mənbəyindən tədarükü əsrin ortalarından başlaya bilərik”.

Rusiyadan asılılıq

Cənub-Şərqi Avropaya nəql olunacaq Xəzər qazı regionun Rusiyadan enerji asılılığını azalda bilər. Bunun fonunda son dövrlərdə ABŞ ilə Qətər mayeləşdirilmiş qaz bazarında rolunu artırır. Xəzər qazı isə ortaya daha bir alternativ qoyur. Hər halda, “Şahdəniz” yatağının işlənməsinin 2-ci mərhələsi çərçivəsində illik 26 milyard kubmetr qaz hasil olunacaq. Bu, Polşanın qaza olan illik təlabatından çoxdur.

Q.Consun sözlərinə görə, hazırda BP diqqətini “Şahdəniz-2” ilə eyni ölçüdə olan “Şəfəq-Asiman” blokuna cəmləyib. Bu blokda qazma işlərinə 2019-cu ilin sonunda, “Şahdəniz” yatağının növbəti mərhələsinin işlənməsinə isə 2020-ci ildə başlanacaq. BP Xəzər dənizində yerləşən digər 2 bölgədə isə neft yataqları üzərində işləməyi düşünür.

Q.Cons deyir ki, ötən ilin sonunda neftin ucuzlaşması şirkətin bu sahəyə investisiya yatırmaqla bağlı qərarlarına təsir göstərməyib. Bu, bir daha təsdiqləyir ki, BP Azərbaycanda daha böyük neft yataqlarının aşkar edilməsinə çalışır.

“Düşünürük ki, neftin qiyməti hələ uzun müddət aşağı həddə qalacaq. Bu üzdən Xəzər dənizində yerləşən strukturlarda xərcləri azaltmağa çalışırıq. Bu işdə tərəfdaşlarımız və hökumətlə sıx əməkdaşlıq sayəsində böyük uğurlar əldə etmişik”, - deyə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti bildirib.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Bloomberg


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az