12.11.2019 21:27
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Erməni analitik: “Azərbaycan ön postlara yardım məqsədilə Tavuş istiqamətində 3 hərbi baza açıb”
 
12.11.2019
168.am, Ermənistan
 

  FOTO| Azərbaycanı gəzib-dolanmağa, bu sirli ölkəni araşdırmağa dəyər
 
12.11.2019
Sina, Çin
 

  Bakının şəhidləri...
 
06.11.2019
QUDSonline, İran
 

  Azərbaycan Türkiyəyə təbii qaz nəqlini 35% artırıb
 
06.11.2019
HABER GLOBAL, Türkiyə
 

  Macarıstanın MOL şirkəti Azərbaycana sərmayə yatırır
 
05.11.2019
Le Figaro, Fransa
 

 
 
VİDEO| Dağlıq Qarabağ münaqişəsi həll oluna bilərmi?

 
 



TRT WORLD, Türkiyə
14.01.2019


Müəllif: Ubey Şəbəndər

Azərbaycan Silahlı Qüvvələri hazırlığını qoruyur. Çünki Ermənistanla davam edən “soyuq müharibə” hər an qızışa bilər.

Ermənistanla Azərbaycan 1988-1994-cü illərdə müharibə aparıb. Nəticədə 50 min hərbçi ölüb, 1 milyondan çox mülki vətəndaş evlərini tərk edib. 1994-cü ildə tərəflər arasında atəşkəs razılaşması imzalanıb. Amma o vaxt artıq Ermənistan Azərbaycan ərazisinin təxminən 30%-ni, yəni Qarabağ regionunu işğal etmişdi.

Azər Xəlilov (jurnalist): “Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar mübahisəli deyil, işğal edilmiş ərazilərdir”.

Müharibənin ən qızğın dövründəki bir gecə isə Azərbaycan tarixinin qara səhifəsidir. Həmin gecə Xocalı şəhərində qətliam törədilib. Ermənistanın hərbi birləşmələri bu şəhərdə 600-dən çox insanı qətlə yetirib. Sağ qalanlar həmin qətliamı unutmur.

Yasəmən Həsənova (Xocalı qətliamından sağ çıxmış şəxs): “Qətliamda hər iki valideynimlə yanaşı, bütün yaxınlarımı – babamı, xalamı, xalamın 2 qızını itirmişəm. Həmin gecə bütün yaxınlarım qətlə yetirilib”.

Bu gün Azərbaycanı əsas müttəfiqi olan Türkiyə dəstəkləyir. Azərbaycan rəsmilərisə keçmişin bir daha təkrarlanmayacağını vəd edir.

General-mayor Hüseyn Mahmudov (Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi): “Azərbaycanla Türkiyə arasında yaxşı əlaqələr var. Türkiyə bizə qardaş dövlətdir. Azərbaycanla Türkiyə il ərzində bütün səviyyələrdə birgə hərbi təlimlər keçirir”.

Bu gün Ermənistanla Azərbaycan arasındakı münaqişə yenidən açıq müharibəyə çevrilib. Son illərdə iki ölkə arasında yenidən toqquşmalar baş verir. Son illərdə Silahlı qüvvələrinə böyük həcmdə maliyyə ayırmış Azərbaycan bu üzdən toqquşmalar zamanı üstün olur. Ölkə rəsmiləri hesab edir ki, hərbi sahədə balans Azərbaycanın xeyrinədir.

Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ilə hərbi əməkdaşlığının uzun tarixi var. Hələ 1918-ci ildə Osmanlı imperiyası Bakıya ordu göndərmiş, Azərbaycanın bolşevik və Britaniya qüvvələrindən azad edilməsinə yardım göstərmişdi. Bu gün Osmanlı əsgərləri Azərbaycan paytaxtının mərkəzində yerləşən abidə ilə xatırlanır.

Ubey Şəbəndər: “İmperiyalar yaranır və dağılır. Bakı isə min illər ərzində müxtəlif işğalçı qüvvələrin kəsişdiyi məkan olub. Rusiya imperiyasından Sovet dönəminə qədər. Amma Azərbaycan zamanın sınağından keçə, bir ölkə kimi mövcudluğunu qoruya bilib”.

Ermənistanla Azərbaycan arasında torpaq uğrunda mübarizənin tarixi də əsrlərə uzanır. Tarixçilərin fikrincə, Ermənistanın indiki ərazi iddiaları Çar Rusiyası dövrünə aid imperiya siyasətinin məhsuludur.

Bu gün Ermənistan Qarabağda qondarma “dövlət” yaradıb. Onlar BMT tərəfindən tanınmayan bu qondarma qurumu “Artsax” adlandırır. Azərbaycan isə buranı özünün qanuni ərazisi hesab edir. Ermənistanın Qarabağın işğalına beynəlxalq səviyyədə hüquqi don geyindirmək cəhdləri iki ölkə arasındakı mübahisədə əsas problemdir.

Türkiyə rəsmiləri deyirlər ki, Ankaranın Ermənistanla münasibətlərini normallaşdırması üçün onun qonşusu ilə razılığa gəlməsi lazımdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın mövqeyini beynəxalq səviyyədə müdafiə edir. O, İlham Əliyevi əmin edib ki, iki ölkə strateji müttəfiq olaraq qalacaq.

Bir sözlə, sülh Ermənistanla Azərbaycanın düşmənçiliyə son qoyacağı təqdirdə mümkündür. Yeri gəlmişkən, ötən ilin payızında buna müəyyən ümid yaranıb. Həmin vaxt iki ölkənin liderləri Rusiyanın ev sahibliyi etdiyi konfransda bir araya gəlib. Amma keçmişdə baş vermiş vəhşiliklərlə bağlı ədalətin bərqərar olunmasına dair sualları hələ də açıq qalır.

Dağlıq Qarabağ münaqişəsilə bağlı məşhur kitabların müəllifi, bu münaqişəni işıqlandıran ilk Qərb jurnalistlərindən olan Tomas Qoltsun fikirləri: “Ermənilərlə azərbaycanlıların münaqişənin həllinə yaxınlaşması mümkündürmü? Bəli, nəzəri cəhətdən mümkündür. Amma hesab edirəm ki, indiki mərhələdə ilk addımı ermənilər atmalıdır. Onlar müharibə dövründə vəhşiliklərə yol verdiklərini etiraf etməlidirlər. Keçmiş Yuqoslaviyada qətliamlar törətmiş canilərinin məhkəməsi olub. Buraya Srebrenitsada, Bosniyanın müxtəlif hissələrində, həmçinin Xorvatiyada törədilmiş cinayətlər daxildir. Amma Dağlıq Qarabağ münaqişəsilə bağlı belə hal yoxdur”.

Beləliklə, bu münaqişə ilə bağlı indiyədək heç bir məhkəmə olmayıb. Problemin həlinə dair danışıqlar prosesində irəliləyiş də yoxdur. Odur ki, ermənilərlə azərbaycanlılar köhnə yaraları sağaltmaq haqda düşünməlidirlər.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TRT WORLD

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az