29.01.2020 18:25
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Paşinyanın Qarabağ açıqlaması və yeni qalmaqal
 
29.01.2020
ANAJ, İran
 

  MÜSAHİBƏ| İlham Əliyev: “OPEC+ çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır”
 
28.01.2020
ROSSİYA 24, Rusiya
 

  Azərbaycanın qədim, yeni və qeyri-adi inciləri
 
24.01.2020
Kamloops This Week, Kanada
 

  20 Yanvar Azərbaycanda ümumxalq hüzn günüdür
 
23.01.2020
Shabestan, İran
 

  Azərbaycan: Bakıda törədilımiş “Qara yanvar” faciəsindən 30 il ötür
 
21.01.2020
Notizie Geopolitiche, İtaliya
 

 
 
VİDEO| “Qarabağ” mövsümə Antalyada hazırlaşır

 
 



TRT SPOR, Türkiyə
16.01.2019


Azərbaycan Premyer Liqasının iddialı komandalarından olan Qarabağ qış təlim-məşq toplantısını Antalyada – Belekdə davam etdirir. Çempionluq uğrunda Bakının “Neftçi” klubu ilə mübarizə aparan klub hazırlığı yüksək templə davam etdirir.

“Qarabağ” qapılarını “TRT Spor”un üzünə açıb. Baş məşqçi Qurban Qurbanov təlim-məşqin gedişini bizə açıqlamasında belə qiymətləndirib: “Hər şey yaxşıdır, qaydasındadır. Hələlik futbolçularımdan istədiyim nəticəni tam ala bilməmişəm. Amma vaxtımız var və düşünürəm ki, təlim-məşq toplantısının sonuna istədiyimiz nəticəni əldə edəcəyik. Çempionatın ilk hissəsi bizimçün çox çətin keçdi. Amma bəlkə ikinci hissə ondan da çətin olacaq. Ona görə futbolçularımız hər məşqə, hər matça çox ciddi yanaşmalıdırlar”.

Komandanın kapitanı Rəşad Sadiqov isə birinci yer uğrunda mübarizədə yenə iddialı olduqlarını deyib: “Bizi çətin mövsüm gözləyir. Rəqibimiz bizdən 3 xal öndədir. İkinci dövrədə ilk oyunumuz da onlarladır. İnşallah, yenə çempion olmaq istəyirik. Biz sonadək mübarizə aparacağıq. Amma necə olacağını Allah bilir”.

Bir müddət “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor” formaları da geymiş təcrübəli futbolçu Türkiyə çempionatını yaxından izlədiyini deyir: “Bu il “Başakşehir”in çempion olmasını çox istərdim. Çünki Abdulla hoca buna layiqdir. Komanda olaraq da buna layiqdirlər. Yəni onların çempion olmasını ürəkdən istəyirəm”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TRT SPOR

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az