18.07.2019 17:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
VİDEO| İlham Əliyev deyir ki, skeptik yanaşmaya atdığımız addımlarla cavab verməliyik

 
 



CGTN, Çin
23.01.2019


Müəllif: Tyan Vey

- Adətən yeni ideya irəli sürüldükdə, xüsusən də bunu yeni formalaşmış və inkişaf edən ölkə etdikdə ona o qədər də inamla yanaşmırlar. İnkişaf edən ölkənin prezidenti kimi, Siz buna necə yanaşırsınız?

- Bilirsiniz, onlardan bəziləri, sadəcə, informasiya çatışmadığından, mümkünsüz görünən layihəni icra etməklə bağlı qətiyyətimiz haqda məlumatın olmamasından irəli gəlir. 2000-ci ilin əvvəlində layihənin (Azərbaycandan Aralıq dənizinə boru kəmərinin çəkilməsi) icrasına başladığımız zaman Azərbaycan bu günkü kimi güclü deyildi. O vaxt biz xarici maliyyə dəstəyindən çox asılı idik.

Skeptik ideyaların böyük qismi qeyri-ədalətli yarışma cəhdləri ilə də bağlı idi. Mən bunu belə diplomatik formada təsvir edirəm. Odur ki, biz cavab tədbirləri görmədik. Bildirdik ki, bunlara görəcəyimiz işlə cavab verəcəyik. Biz nəticələrlə cavab verməli idik. Bakı ilə Aralıq dənizindəki Ceyhan arasında uzunluğu təxminən 2 min kilometr olan boru kəməri çəkildikdən sonra hamı gördü ki, biz skeptik düşüncəni darmadağın etdik.

Eyni yanaşma daha böyük layihə olan “Cənub Qaz Dəhlizi”lə bağlı da müşahidə olunurdu. Bu, 7 ölkəni əhatə edən, təxminən 10-a yaxın beynəlxalq bankın, çoxsaylı şirkətlərin iştirak etdiyi, dəyəri 40 milyard dollar olan layihədir. Bu layihəni biz başlatmışıq. Resursların həcmi, kəmərin necə tikiləcəyi, texniki çətinliklər, maliyyə mürəkkəbliyi və digər məsələlərlə bağlı çox skeptik fikirlər var idi. Biz isə dedik: biz bunu başlamışıqsa, edəcəyik. Artıq bu layihə tamamlanmaq üzrədir. Beləliklə, biz skeptik yanaşmaya sözlə deyil, atdığımız addımlarla, gördüyümüz işlərlə cavab verməliyik. Bundan ancaq fərəhlənə bilərik. Artıq bu layihəyə skeptik yanaşanların səsi eşidilmir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CGTN


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az