16.02.2019 04:22
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana səfər
 
14.02.2019
THE NEWS, Pakistan
 

  İran-Azərbaycan: yaxın qonşular və regional müttəfiqlər
 
13.02.2019
IRNA, İran
 

  “Azərbaycan ABŞ-dan “təyyarələr və satellitlər” kateqoriyasına aid 197 milyon dollarlıq mal alıb”
 
12.02.2019
Aysor.am, Ermənistan
 

  Azərbaycanın Cibutidəki səfiri Elman Abdullayev ilə - MÜSAHİBƏ
 
12.02.2019
La Nation, Cibuti
 

  Paşinyanla Əliyev Moskvanın məqsədini anlamağa çalışırlar
 
11.02.2019
1in.am, Ermənistan
 

 
 
Azərbaycan “Qara yanvar” gecəsini xatırlayır

 
 



20 Minutos, Meksika
24.01.2019


Azərbaycanda 1990-cı il yanvarın 20-sinə keçən gecəni – paytaxt Bakının keçmiş Sovet Ordusu tərəfindən işğalını xatırlayırlar...

Azərbaycan Avropanın uzaq şərqində, Asiyaya bitişik Qafqaz regionunda yerləşir. O, 1918-ci ildə yaradılmış, zəngin və qədim tarixə malik Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. O zaman cəmi 2 il sonra Sovet işğalı ilə üzləşmiş respublika 1991-ci ilədək Sovet İttifaqının tərkibində olub. Məhz həmin il ittifaqa daxil olan ölkələr arasında yaranmış gərginliklər də daxil olmaqla, bir sıra problem SSRİ-nin dağılması ilə nəticələnib.

Bununla yanaşı, 1990-cı illərin əvvəllərində formalaşmış Azərbaycanın milli azadlıq hərəkatı da Sovet İttifaqının süqutuna yol açmış səbəblərdəndir. Hərəkat bütün fəaliyyətini ölkənin müstəqillik qazanmasına yönəltmişdi.

“Həmin gun Azərbaycan Respublikasının və ümumilikdə Avrasiyanın tarixinə təsir göstərmiş dönüş anı oldu. 1990-cı il yanvarın 20-də Sovet rəhbərliyi orduya Azərbaycanın paytaxtı Bakıda sivil insanlara qarşı genişmiqyaslı hərbi əməliyyata başlamaq əmri vermişdi”, - deyə azərbaycanlı diplomat Məmməd Talıbov bildirir: “Güclü kommunist imperiyası olan Sovet İttifaqı mövcud rejimi qorumaq üçün dinc insanları qətlə yetirirdi. Bu, onların çarəsizliyinin göstəricisi idi”.

Dönəmin hesabatlarında da qeyd olunur ki, Moskva 29 il əvvəl,  yanvarın 20-nə keçən gecə Azərbaycanda başlamış xalq hərəkatını yatırmaq üçün ölkəyə hərbi texnika, zirehli maşınlar və s. yeridib. Üstəlik, bu zaman yerli radio və televiziyada elektrik enerjisi kəsilib. Məqsəd Bakıda baş verənlər haqda xaricə məlumat ötürülməsinin qarşısının alınması idi.

“Qızıl ordu” adlandırılan bu qoşunların Bakıya hücumu ilə ən azı 134 nəfər qətlə yetirilib, 741 nəfər yaralanıb, xeyli insan itkin düşüb. Qətlə yetirilmiş vətəndaşlar arasında yalnız azərbaycanlılar deyil, rus, tatar və s. mənşəli insanlar da var.

M.Talıbovun sözlərinə görə, beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Watch”un “Qara yanvar”la bağlı hesabatında bütün bunların Azərbaycan xalqına qarşı törədilmiş kollektiv cəza olduğu bildirilir. “Həmin gün azərbaycanlıların əksəriyyəti Sovet İttifaqının mahiyyətini daha yaxşı anlayaraq, müstəqil Azərbaycan Respublikasının vətəndaşı olmaq yolunda hərəkətə başladı. Halbuki, o zaman müstəqillik hələ əlçatmaz görünürdü”, - deyə diplomat qeyd edib: 20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqil ölkənin vətəndaşı olmaq yolunda addımlarını, müstəqillik qazanmaq istəyini daha da gücləndirdi”.

Bəlkə də “Qara yanvar” faciəsi baş verməsəydi, əsası 18 oktyabr 1991-ci ildə qoyulmuş müstəqil Azərbaycan dövləti də olmayacaqdı.

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: 20 Minutos


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az