18.04.2019 22:21
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
Azərbaycan… tolerantlıq və inkişaf məkanı

 
 



Əl-Riyad, Səudiyyə Ərəbistanı
30.01.2019


Müəllif: Dr. Fayiz əl-Şəhri

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin bizimlə söhbəti Azərbaycanda gördüyüm dini və məzhəblərarası unikal tolerantlığın yeganə göstəricisi olmadı. Orada bütün mədəni göstəricilər, rəsmi dairələrlə cəmiyyət, eləcə də Azərbaycan xalqının bütün nümayəndələri arasındakı münasibətlər göstərir ki, sən, həqiqətən də tolerantlıq adasındasan.

Paytaxt Bakının bəzi məscidlərində ibadət etdiyimiz zaman sünnilərlə şiələrin birlikdə, təəccüb doğuracaq qədər səmimi şəkildə namaz qıldıqlarının şahidi olduq. Şeyxülislam Hacı Allahşükür Paşazadəyə gəlincə, öyrəndik ki, o, Gürcüstan, Dağıstan və başqa respublikaların müsəlmanları üçün fətva qaynağı sayılır. O, həm sünnilər, həm də şiələr üçün fətva verir.

Bununla yanaşı, Azərbaycanda birgəyaşayış nümunəsi diqqəti cəlb edən yeganə məsələ deyil. Bu ölkədə 30 ildən də az müddətdə gedən sürətli inkişaf da maraqlıdır. Şərqi Avropa ilə Qərbi Asiyanın arasında yerləşən bu respublika Sovet İttifaqının dağılmasından sonra – 1991- ci ildə müstəqillik əldə edib. Bu dövrdə azərbaycanlılar həm də qərb qonşusu Ermənistan tərəfindən işğal edilmiş, Azərbaycan torpaqlarının 20%-ni təşkil edən Qarabağ regionunu geri qaytarmaq üçün mübarizə aparırb və aparır.

İqtisadiyyatdan yanaşdıqda görürük ki, beynəlxalq göstəricilər Azərbaycan iqtisadiyyatının islahatlar nəticəsində gücləndiyini təsdiqləyir. Dünya Bankına görə, Azərbaycan idarəetmə və təşkilatçılıq sahədə geniş islahatlar aparmış 10 dövlət sırasındadır.

Azərbaycan xalqı qonaqpərvərliyilə də seçilir. Onlar qonaqlarını mürəbbə ilə kəklikotulu, limonlu, nanəli və ya gül tamlı çay süfrəsinə qonaq edir. Azərbaycan mətbəxi də ləziz yeməklərlə, xüsusilə məşhur plov növlərilə zəngindir. Paytaxt Bakıda gündəlik həyatın gedişində şahidi olduğumuz müasirlik, yenilik öz yerində, amma qədim adət-ənənələr, dəyərlər də qorunub saxlanır. Burada ziyalılar, siyasətçilər fəxrlə deyir ki, Azərbaycan xalqı müasir həyatın tələblərilə ailə dəyərləri, mədəni dəyərlər arasında tarazlığı saxlaya bilir. Bunu evlərdə, paytaxt Bakının mərkəzində yerləşən İçərişəhərin dar küçələrində də görmək olar. O, turistlərin üz tutduğu əsas məkanlardandır. İçərişəhərdə Azərbaycan məhsulları, yeməkləri qədim küçələrdə qurulmuş müasir məkanlarda təqdim edilir. Burada müasir tipli restoranlar və kafelərlə yanaşı, müxtəlif geyim və s. təklif edilən dükanlar da var.

Necə deyərlər, əsas qayə insanların razı qalmasıdır.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Riyad


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az