16.02.2019 04:20
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana səfər
 
14.02.2019
THE NEWS, Pakistan
 

  İran-Azərbaycan: yaxın qonşular və regional müttəfiqlər
 
13.02.2019
IRNA, İran
 

  “Azərbaycan ABŞ-dan “təyyarələr və satellitlər” kateqoriyasına aid 197 milyon dollarlıq mal alıb”
 
12.02.2019
Aysor.am, Ermənistan
 

  Azərbaycanın Cibutidəki səfiri Elman Abdullayev ilə - MÜSAHİBƏ
 
12.02.2019
La Nation, Cibuti
 

  Paşinyanla Əliyev Moskvanın məqsədini anlamağa çalışırlar
 
11.02.2019
1in.am, Ermənistan
 

 
 
Paşinyan hara və niyə tələsir?

 
 



168hours, Ermənistan
31.01.2019


Müəllif: Armine Vardanyan

“Danışıqlar prosesində heç bir yenilik yolxdur. Yeni sənədlər, prinsiplər və ya elementlər müzakirə edilmir. Fikrimcə, müzakirələr hər kəsə yaxşı tanış olan “Madrid prinsipləri” ətrafında gedir. Bu prinsip isə Dağlıq Qarabağa aralıq statusunun verilməsi qarşılığında ərazilərin geri qaytarılmasını nəzərdə tutur”.

Bunu “168 hours”a açıqlamasında Rusiyanın “Regnum” informasiya agentliyinin baş redaktoru Modest Kolerov deyib. “Başqa sözlə, hazırda münaqişənin mərhələli həlli variantı müzakirə olunur. Yəni, ilk mərhələdə 2 rayon qaytarılır, sonra daha bir neçə rayon və sair. Yeri gəlmişkən, hazırda danışıqlar yox, məsləhətləşmələr aparılır”, - deyə Kolerov qeyd edib. O, Ermənistan rəhbərliyinin tələskənliyi və prosesin sürətindən narahat olduğunu da söyləyib.

“Prosesin sürətlə getdiyi göz qarşısındadır. Tərəflər sanki tələsir. Amma bu cür məsələlərdə tələsmək nəyə lazımdır? Axı bu işi daha uzun zaman kəsiyində görmək daha məqsədəuyğundur. Bu, daha düzgün qərarların qəbuluna imkan yaradar. Səmimi desəm, mən prosesin daha ləng aparılmasının tərəfdarıyam. Ermənistanla bağlı onu deyə bilərəm ki, Yerevanın tələskənliyini anlamaq mümkün deyil. Çünki, bu ölkənin çoxsaylı daxili problemləri var və hakimiyyət Qarabağ məsələsinə keçməzdən əvvəl, bu problemlərin həllilə məşğul olmalıdır. Ermənistanın baş naziri deyir ki, yüksək səviyyəli görüşlər zamanı münaqişənin tarixi müzakirə edilir. Əgər siz görüş zamanı tarixdən başqa heç nə müzakirə etmirsinizsə, onda görüşmək mənasızdır”, - deyə Kolerov qeyd edib.   

Modest Kolerov fikrini belə davam etdirib: “Mən xarici təzyiqlərin olduğuna inanmıram. Deyirlər guya kimsə Ermənistanın yeni rəhbərlərinə təzyiq edir, ondan güzəştə getməsini istəyir. Mən buna inanmıram. Ermənistan parlamentində müxalifət yoxdur, yeni baş nazirin reytinqi kifayət qədər yüksəkdir. Belə olan təqdirdə ona ölkəni rahat idarə etməyə nə mane olur? O, ən azı iki il rahat ola bilər. Bəs o, hara və niyə tələsir? Anlaya bilmirəm. İndiki mərhələdə danışıqlar prosesinin intensivləşdirilməsinin heç bir məntiqi izahı yoxdur. Ən maraqlısı isə odur ki, Ermənistan hakimiyyətinin verdiyi izah ən yaxşı halda uşaqları qane edə bilər. Mən isə çoxdan böyümüşəm”.

Kolerov hesab edir ki, son bir neçə ayda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ münaqişəsinin həllilə bağlı bəyanatlarında dəyişiklik hiss olunmur. “Rusiyanın xarici işlər naziri Azərbaycanın mövqeyini niyə konstruktiv qiymətləndirir ki? O, Azərbaycanı niyə tərifləyir?” sualına “Regnum” informasiya agentliyinin baş redaktoru belə cavab verib: “Dəyişiklik baş verməyib. Moskva Azərbaycan tərəfindən hərbi əməliyyatların azaldılmasını, Düşənbə şəhərində əldə edilmiş razılaşmanı müsbət qiymətləndirir. Bu görüş Putinin təşəbbüsü ilə baş tutub. Bir daha təkrarlayıram, Rusiyanın xarici işlər nazirliyi Düşənbə görüşünün nəticəsini alqışlayır, çünki bu Putinin təşəbbüsü ilə keçirilib. Vəssalam.”.

Kolerov hesab edir ki, Ermənistanda bəzi insanlar Lavrovu, Putini və Rusiyanı bəhanə gətirərək, Qarabağ məsələsində güzəştə getmək istəyirsə, bu da yenilik deyil: “Misal kimi, Serbiyanı göstərə bilərəm. Serbiya prezidenti Aleksandr Vuçiç də tez-tez bu fikirləri təkrarlayırdı: “Putin mənə deyir ki”, “Putinlə müzakirə edəcəm” və sair. Nəticədə o, Kosovanı təhvil verdi. Vuçiç Putinin kölgəsi altında gizlənirdi ki, torpaqları rahat verə bilsin. Mən bu iki məsələ arasında bənzərlik görürəm. Ermənistanda “Putin fəallaşır”, “Lavrov təşəbbüslə çıxır edir” deyənlər nağıl uydurmaqla məşğuldur. “Lavrov planı” da onların uydurmasıdır. Guya onlar güzəştə getmək istəmir, amma Lavrov onları məcbur edir. Bu, yalandır! Bununla onlar sadəcə, acı konfeti gözəl kağıza bükmək istəyir”.

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: 168hours


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az