18.04.2019 22:17
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
Azərbaycanı – “Odlar yurdu”nu kəşf edin

 
 



FOREIGN POLICY, ABŞ
04.02.2019


Müəllif: Culi Peys

Sirlər bizdən çox uzaqdadır. Biliklərimizsə sanki dünyanın müxtəlif hissələrində gizlənib. Bəzi ölkələr haqda məlumatımız var. Amma Azərbaycan kimi bəzi istiqamətlər çox da məşhur deyil. Halbuki, bu ölkəyə səfər zamanı ona çox tez öyrəşirsiniz.

Azərbaycan Avropanın arxa bağçasında, Qafqaz dağlarının arasında yerləşir. Böyük Qafqaz dağları ölkənin şimalında, Kiçik Qafqaz dağları isə qərbində və cənub-qərbində yerləşir. Dağlar ovalıqların bol olduğu bu ölkənin mərkəzi hissəsinədək uzanır.

Azərbaycan dağlarının, toxunulmamış landşaftının ətrafı gözəl təbiətlə əhatələnib. Odur ki, kifayət qədər unikal istiqamət olan Azərbaycan insanda xüsusi hisslər yaradır. Ölkə paytaxt Bakıya və buradakı “Alov qüllələri”nə görə “Odlar yurdu” adlanır. Amma Azərbaycanın təbiəti və dağları ilə bu adı sanki bir-birinə ziddir.

Azərbaycan dağları həqiqətən də görməli yerlərdir. Amma Qobustandakı palçıq vulkanlarını da görməyə dəyər. Onlar Qobustan dövlət tarixi-bədii qoruğunda yerləşir. Buraya turlar da təşkil olunur. Buranı yerli bələdçi ilə ziyarət etməyiniz dana məsləhətdir. Çünki o, sizə Qobustanın gözəlliyini daha yaxşı başa düşmək imkanı yaradacaq.

Bütün bunlarla yanaşı, Azərbaycanı daha yaxşı anlamaq üçün, ilk növbədə onun tarixi ilə tanış olmaq lazımdır.

Azərbaycan tarixi ilk növbədə alovla bağlıdır. Dağlardan, hətta dənizdən qalxan alova görə, Azərbaycan qədim zamanlardan burada yaşamış insanlar üçün müqəddəs məkana çevrilmişdi. Söhbət zərdüştlərdən gedir. Bəzi ekspertlər hesab edir ki, zərdüştlük hətta iudaizmə də təsir göstərib. Onlar alova ibadət ediblər. Zərdüştlər üçün alov müdriklik və bilik rəmzi olub. Onlar alova ibadət üçün ziyarətgahlar belə, tikiblər. Belə ziyarətgahlardan biri də Bakının mərkəzindən bir neçə kilometr məsafədə yerləşən “Atəşgah” məbədidir. Zərdüştlər qədimdə bu məbədi ziyarət ediblər. Nəhayət, 10-cu əsrdə vəziyyət dəyişib və Azərbaycanda islam dini yayıldığından, burada yaşayan zərdüştlərin əksəriyyəti Hindistanın şimalına üz tutub.

5-ci əsrə aid olan Bizans mənbələrində belə, Azərbaycanda əbədi alovların olduğu göstərilir. Bizans mənbələrində bu yerlər “şeytanın istirahət etdiyi məkan” kimi təsvir edilib.

Azərbaycan neft və qazla zəngin ölkədir. Qədim dövrün savadsız insanlarının bu yanaşmasını bundan yaranıb. 2500 il əvvələ aid Roma mənbələrində belə, Abşeron yarımadasında neft çıxarıldığı haqda məlumat var. Burada yüksək yeraltı təzyiqlər nəticəsində qaz çatlar vasitəsilə yerin üst qatına çıxır, hava ilə təmas nəticəsində isə alovlanır. Bu alov yerin alt qatında qaz tükənənədək davam edir.

Keçmiş Sovet İttifaqı Azərbaycanın enerji resusrlarını böyük imkan sayıb. XX əsrdə ölkənin enerji resursunun istismarı nəticəsində bu cür təbii alovların əksəriyyəti sönüb.

Qədim yunan əfsanəsinə görə, “tanrılar tanrısı” olan Zevs Prometeyi cəzalandırıb. Çünki Prometey tanrılardan alovu oğurlamışdı. Zevs Prometeyi Qafqaz dağlarında həbsdə saxlayıb. Nəticədə buranın dağlarında və landşaftında əbədi alovlar meydana gəlib və bu ölkə “Odlar yurdu” adlandırılıb.

Azərbaycan kəndlərinin də gözəl təbiəti var. Amma turistlərin əksəriyyəti kəndlərə getmir. Bakı Azərbaycanın ən gözəl məkanlarındandır. Əgər paytaxtda bir neçə gün qalmaq istəyirsinizsə, Bakının ən gözəl məkanları haqda daha çox məlumat toplamalısınız.

Ümid edirəm ki, Azərbaycan haqda qeyd etdiyim məlumatlar sizdə bu ölkəyə səfər üçün “macəra ruhu” oyadacaq. Fikrimcə, bu ölkəni mütləq görməli, Azərbaycan təcrübəsini yaşamalısınız.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: FOREIGN POLICY


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az