16.02.2019 04:22
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycana səfər
 
14.02.2019
THE NEWS, Pakistan
 

  İran-Azərbaycan: yaxın qonşular və regional müttəfiqlər
 
13.02.2019
IRNA, İran
 

  “Azərbaycan ABŞ-dan “təyyarələr və satellitlər” kateqoriyasına aid 197 milyon dollarlıq mal alıb”
 
12.02.2019
Aysor.am, Ermənistan
 

  Azərbaycanın Cibutidəki səfiri Elman Abdullayev ilə - MÜSAHİBƏ
 
12.02.2019
La Nation, Cibuti
 

  Paşinyanla Əliyev Moskvanın məqsədini anlamağa çalışırlar
 
11.02.2019
1in.am, Ermənistan
 

 
 
Əliyevin istehzalı təbəssümü və özünü itirmiş Paşinyan

 
 



Aravot, Ermənistan
05.02.2019


Müəllif: Arpine Simonyan

Politoloq Qurgen Yeğiazaryan Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin görüşündə Qarabağ münaqişəsinin həlli yollarının müzakirə olunmamasını anlamır.

“Ölkəmizi təmsil edən şəxs çox savadlı, böyük siyasi təcrübəsi olan adamla görüşüb. Odur ki, söhbət uğurlu alınmayıb. Bunu görüşdən çəkilmiş şəkillərdən də anlamaq olur”.

Bunu politoloq Qurgen Yeğiazaryan deyib. “Simasında istehzalı təbəssüm olan Əliyev və özünü itirmiş Paşinyan. Şəkildən hər şey aydın olur. Vəziyyət niyə belədir? Niyə bu günə düşmüşük?”, - deyə o, sual edib.

Politoloq xatırladıb ki, bəzi mənbələr son zamanlar azərbaycanlıların Naxçıvan istiqamətində xeyli irəlilədiyini deyir: “Əgər kənd bələdiyyələrinin başçıları əhali arasında əsassız təlaş yaradırsa, sərt şəkildə cəzalandırılmalıdırlar. Yox, əgər belə deyilsə, 11 min hektar ərazinin itirilməsini necə başa düşək? Bundan öncə də 800 hektar torpağı düşmənə verib adını “lazımsız ərazi” qoydular. Bu 11 min hektar da lazımsızdır?”.

Qurgen Yeğiazaryan hesab edir ki, Qarabağ münaqişəsinin həlli prosesində sülh qarşılığında ərazilərin qaytarılmasına razılaşmaq Ermənistan üçün məğlubiyyət deməkdir: “Sanki biz yalvarırıq: xahiş edirəm bizi döyməyin. Əlimdəki bulkanı da sizə verəcəyəm, əmi, yalvarıram, bircə bizi döyməyin... Paşinyan deyir ki, heç zaman “sülh qarşılığında ərazilər” ifadəsini işlətməyib. Əlbəttə, bunu deməyəcəksən. Çünki bu, artıq “Madrid prinsipləri”ndə əks olunub. Sən məhz bunun sayəsində baş nazir olmusan. 2017-ci ilin sentyabrında Serj Sarqsyan artıq çantasını toplayaraq qaçmağa hazırlaşırdı. Sadəcə, hakimiyyəti təhvil verməyə adam tapmaq lazım idi, o da səni tapdı. Hakimiyyəti sənə verdi ki, evində rahat otursun”.

Politoloq hesab edir ki, bu gün Ermənistanın daxili siyasətində də biabırçı vəziyyət yaranıb. O, esk-prezident Robert Köçəryanın həbsinə toxunaraq deyib: “Sizdən üzr istəyirəm. Yanılmışam. Demişdim ki, Robert Köçəryanı ayyarım sonra sərbəst buraxacaqlar. Dediyim müddətdən keçib. Bununla belə, fikrimi dəyişməmişəm. Düşünürəm ki, onu yaxın vaxtlarda azad edəcəklər”.

Yeğiazaryanın fikrincə, baş nazirin heç bir ideologiyası yoxdur və o, Ermənistanı ha yana apardığını özü də bilmir: “Dövlətin idarəetmə institutları məhv edilib. Ətrafına savadsız məsləhətçilər toplamısan. Özünə savadlı məsləhətçi tap və ondan bu institutların işə salması yollarını öyrən”.

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Aravot


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az