18.07.2019 17:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
Azərbaycan Qran Prisi Formula 1 təqvimində yerini təmin etdi

 
 



Motosport, Fransa
05.02.2019


Müəllif: Bazil Davuan

Azərbaycan Qran Prisi Formula 1 rəhbərliyilə müqaviləsinin müddətini uzadıb. Bununla da yarışın artıq növbəti 5 il ərzində də təqvimdə olacağı qətiləşib.

Azərbaycan Qran Prisinin təşkilatçıları Formula 1 rəhbərliyilə yeni 3 illik müqavilənin imzalandığını bəyan ediblər. Bu, Bakı yarışının 2023-cü ilədək Formula 1-in təqvimindəki yerini təmin etdiyi deməkdir.

Azərbaycan paytaxtında ilk belə yarış 2016-cı ildə Avropa Qran Prisi adı altında keçirilib. 2017-ci ildə onun adı dəyişdirilib.

Son iki mövsümdə Azərbaycan paytaxtının şəhər trasında keçirilən yarış azarkeşlərə həyəcan dolu anlar yaşadıb. Bakı yarışı son iki ildə podiuma yalnız “Mercedes”, “Ferrari” və ya “Red Bull” komandaları pilotlarının çıxmadığı yeganə Qran Pridir.

“Bakı ilə Formula 1 arasındakı ilkin müqavilə 2020-ci ilə qədər nəzərdə tutulmuşdu. Amma artıq müqavilənin müddəti uzadılıb. Biz Azərbaycan Qran Prisinin gələcək bir neçə ildə də Formula 1-in təqvimində yer almasını nəzərdə tutan müqavilənin imzalanmasından çox şadıq”, - deyə Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerri bildirib: “Bakı yarışı gərgin mübarizə və həyəcan dolu anlarla çox qısa müddətdə mövsümün ən məşhur yarışlarından birinə çevrilib”.

Müqavilənin uzadılması ilə bağlı anons Formula 1 Promouterlər Assosiasiyasının (FOPA) təşəbbüsü ilə başlayan təzyiqlərdən bir neçə gün sonra elan edilib. Belə ki, bir neçə gün əvvəl 16 Qran Pri təşkilatçısı “Liberty Media” şirkətinin strategiyasını tənqid edən birgə açıqlama yaymışdı. Lakin bir çox ölkə onlarla həmrəylik nümayiş etdirməyib.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov əminliklə bildirib ki, müqavilənin uzadılması heç vaxt mübahisəli məsələ olmayıb. O, hesab edir ki, yeni icarə promouterlərin azarkeşlərlə bağlı fəaliyyəti intensivləşdirməsinə, Formula 1-in qlobal platformasından daha çox faydalanmaqla, yerli və regional şirkətlərin sponsorluğa cəlbinə, bununla da kommersiya gəlirlərinin maksimum səviyyədə çatdırılmasına imkan verəcək.

“Bu, bizim üçün qürurverici hadisədir”, - deyə nazir əlavə edib: “Son bir neçə ildə paytaxt sakinlərinin arzuları gerçəkləşib. Biz Bakıda keçirilən Formula 1 yarışlarının sadə bir ideyadan həyəcan və gərginliklə dolu ən maraqlı yarışlardan birinə çevrilməsinə şahid olduq”.

2019-cu ildə Azərbaycan Qran Prisi aprelin 28-də, həftəsonu keçiriləcək.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Motosport


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az