18.07.2019 17:33
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
Azərbaycanlı nazir deyir ki, OPEC hasilatın azaldılması sazişini uzatmaq niyyətindədir

 
 



Bloomberg, ABŞ
07.02.2019


Müəllif: Zülfüqar Ağayev

Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, OPEC və tərəfdaşları guman ki, neftin qiymətini “münasib səviyyədə” saxlamaq üçün neft hasilatının azaldılmasına dair sazişi uzadacaqlar. “Qərarın uzadılması ehtimalı var”, - deyə P.Şahbazov bildirib.

OPEC ilə tərəfdaşları arasında ötən ilin dekabrında imzalanmış sazişə əsasən, 2019-cu ilin birinci yarısında neft hasilatı gündəlik 1,2 milyon barel azaldılacaq. Bu razılaşma sayəsində neftin qiyməti artıq 15% artıb.

Azərbaycanlı nazirin sözlərinə görə, OPEC ölkələri nazirlərinin apreldə Bakıda keçiriləcək sammitində hasilatın azaldılması ilə bağlı sazişin müddəti aha 6 ay uzadıla bilər. Bu arada Bakı sammitdən əvvəl, yəni martda da neft istehsalçılarının görüşünə ev sahibliyi edəcək. Görüşdə istehsalçılar neft bazarının vəziyyətini qiymətləndirəcək.

P.Şahbazov bildirib ki, Azərbaycan OPEC tərəfdaşı olaraq 2019-cu ilin ilk yarısı ərzində gündəlik hasilatı 20 min barrel azaltmağa razılaşıb: “Əgər razılaşma uzadılmasa, Azərbaycan ilin ikinci yarısında illik hasilatı qoruyub saxlamaq üçün “kranları açacaq””.

Nazir hesab edir ki, 2021-ci ildə hasilatın həcmi gündə 30 min barelə qədər artacaq.

Bu gün “Brent” markalı neftin bir barelinin qiyməti 62 dollar civarındadır. Ötən il bu rəqəm 50 dollaradək enmişdi.

P.Şahbazovun fikrincə, bu gün neftin qiyməti “münasib” səviyyədədir: “Əgər neftin qiyməti 60-70 dollar arasında dəyişərsə, bu, bizim iqtisadiyyatımız və planlarımız üçün müsbət olacaq. Bu, istehsalçı və istehlakçılar üçün də ən yaxşı qiymətdir”.

Azərbaycan postsovet məkanında Rusiya və Qazaxıstandan sonra üçüncü böyük neft istehsalçısıdır. Buna baxmayaraq, azərbaycanlı nazir hesab edir ki, ölkəsinin OPEC-ə üzv olmasına ehtiyac yoxdur. Onun sözlərinə görə, Azərbaycan neft hasilatının azaldılması sazişin uzaldılması prosesində onsuz da fəal iştirak edir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Bloomberg


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az