18.07.2019 17:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
MÜSAHİBƏ| Azərbaycanın Cibutidəki səfiri Elman Abdullayev ilə müsahibə

 
 



La Nation, Cibuti
12.02.2019


Müəllif: Suber

“Ölkələrimiz arasında bir çox sahədə çox sıx münasibət var”.

- Cibuti haqqında ümumi təəssüratlarınızı bilmək maraqlı olardı.

- Mən etimadnaməmi dövlət başçısına 2016-cı ilin iyununda təqdim etmişəm. Həqiqətən, Cibutinin hakimiyyət orqanları, xüsusilə də prezident İsmail Ömər Qelleh tərəfindən çox isti və səmimi qarşılandım. Ölkənizin hakimiyyət orqanlarında keçirdiyim görüşlərdə ikitərəfli münasibətlərə, ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrinə, həmçinin xalqlarımızın dostluq münasibətlərinə toxunmuşuq. Bu dövrdə Cibuti Prezidenti Administrasiyasının rəsmiləri, hökumət üzvləri və iş adamları ilə görüşlər keçirmişəm. İki millət arasındakı qardaşlıq əlaqələri artıq aydın sezilməkdədir. Bu, həm də ona görə belədir ki, bizim dövlət başçılarımız arasında dostluq və qardaşlıq münasibətləri var. Onların müxtəlif sahələrlə bağlı fikirləri üst-üstə düşür.

- Cibuti ilə Azərbaycan arasındakı münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?

- Ölkələrimiz arasında bir çox sahədə çox sıx münasibət var. Biz xüsusilə hökumətlər arasında siyasi məsləhətləşmələrə dair çoxsaylı sazişlər imzalamışıq ki, onlar da əlaqələrimizin əsasını təşkil edir. Bundan başqa, müxtəlif fəaliyyət sahələrində ikitərəfli əməkdaşlıq üçün möhkəm təməl yaratmışıq. Buraya mülki aviasiya, ticari-iqtisadi mübadilə sahələrində əməkdaşlıq aiddir. Hökumətlər arasında tez-tez səfərlər və mübadilələr həyata keçirilir. Hər iki ölkənin nümayəndələri bu yaxınlarda da qarşılıqlı səfərlər edib. Məsələn, Cibuti və Azərbaycan hava limanlarının direktorları bu sahədə əməkdaşlıq və dostluq əlaqələrini genişləndirmək məqsədilə qarşılıqlı işgüzar səfərlərdə olublar. Cubuti Milli Assambleyası sədrinin Azərbaycana səfərini də qeyd etmək lazımdır.

Bu arada ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımını pisləyən qətnamənin qəbuluna, bu məsələdə xalqımıza dəstəyinə görə Cibuti Respublikasına təşəkkürümü bildirirəm. 

- Mülki aviasiya sahəsində əməkdaşlığa toxundunuz. Bu haqda dəqiq nə deyə bilərsiniz?

- Azərbaycan hava nəqliyyatı, xüsusilə də hava yükdaşımaları sahəsində uzunmüddətli təcrübəyə malikdir. Biz bu təcrübəni başqa ölkələrlə də bölüşürük. Odur ki, təcrübəmizi Cibutinin müvafiq orqanları ilə də bölüşməyə hazırıq.

Bu məqsədlə, Cibuti Limanı və Azad Ticarət Zonasının rəhbərilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsilə bağlı müvafiq sənəd imzalamışıq. “Azərbaycan Hava Yolları” ilə “Djibouti Airlines” şirkəti cibutili mühəndislərin və pilotların hazırlanması ilə bağlı Anlaşma Memorandumunu da təsdiqləyibər.

Digər tərəfdən, Azərbaycan Cibuti ilə ölkəmiz arasında birbaşa reyslər həyata keçirməyə hazırdır.

Ölkələrimiz cibutili tələbələrə təqaüdlərin verilməsi, həmçinin yüksək kadrların hazırlanmasını nəzərdə tutan razılaşmalar da imzalayıblar.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: La Nation


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az