18.04.2019 22:20
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
“Azərbaycan ABŞ-dan “təyyarələr və satellitlər” kateqoriyasına aid 197 milyon dollarlıq mal alıb”

 
 



Aysor.am, Ermənistan
12.02.2019


Politoloq Suren Sarqsyan “Facebook” sosial şəbəkəsindəki səhifəsində ABŞ ilə Azərbaycan arasındakı növbəti sövdələşmədən yazıb. O, hesab edir ki, Azərbaycanın Amerikadan bu sövdələşmə nəticəsində əldə etdiyi texnikadan hərbi məqsədlərlə də istifadə oluna bilər.

“Əgər bu, ölkəmizdə kimin üçünsə maraqlıdırsa, deyim: Azərbaycan ötən ilin noyabrında ABŞ-dan “təyyarələr və satellitlər” kateqoriyasına aid 197 milyon dollarlıq mal alıb. Üstəlik, bu, ilk dəfə deyil və davamlı prosesdir. Lakin bu mövzu Ermənistanda heç kəsi maraqlandırmır. Mən də bu texnikanın kimdən, necə və ya nə üçün alındığının heç kəsə maraqlı olmadığı üzündən, mövzunu bağlayıram”, - deyə politoloq qeyd edib.

S.Sarqsyan bu haqda fikirlərini “Aysor.am”a daha geniş açıqlayıb. O, Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi həcminin Ermənistan-ABŞ ticarət dövriyyəsindən bir neçə dəfə çox olduğunu xatırladıb. “Biz Amerikanın ticarət tərəfdaşları sıralamasında 173-cü yerdəyik. Azərbaycan 107-cidir. Nəzərə alsaq ki, BMT üzvü olan 193 ölkənin bir hissəsilə ABŞ arasında diplomatik əlaqələr ümumiyyətlə yoxdur, demək, onlar ticarətlə də məşğul deyil. Daha bir qrup ölkə Vaşinqtonun sannksiyaları ilə üzləşib. Belə olan təqdirdə əminliklə deyə bilərik ki, Ermənistan ABŞ ilə münasibətdə idxal-ixrac göstəricilərinə görə, dünyada ən son yerlərdən birini tutur”, - deyə S.Sarqsyan bildirib: “Azərbaycan isə Ermənistandan fərqli olaraq, ABŞ-dan qeyd etdiyim kateqoriyalara aid malları kifayət qədər fəal şəkildə almaqdadır”. Politoloqun sözlərinə görə, onun araşdırmaları, eyni zamanda müxtəlif mənbələrdən aldığı məlumatlar Azərbaycanın bu istiqamətdə fəal iş apardığını təsdiqləyir: “Azərbaycan ABŞ-dan mümkün olan hər şeyi almağa çalışır. Sabah onun aldığı sərnişin vertolyotunun təyinatını dəyişdirməsi, bu texnikadan hərbi məqsədlərlə istifadə etməsi də mümkündür. Bununla yanaşı, Azərbaycan bənzər texnikanı üçüncü ölkələrdən də ala bilər”.

Suren Sarqsyanın dediyinə görə, o, bu məsələni hələ bir neçə ay əvvəl qaldırıbmış: “Mən vertolyotlarla bağlı məsələsini o zaman da qaldırmışdım. Lakin o vaxt söhbətin mülki təyinatlı vertolyotlardan getdiyini deyərək, mövzunu bağladılar. Halbuki, sonradan həmin mülki vertolyotlar hərbi vertolyotlara çevrildi. Onların şəkilləri də var. Bu gün onlar Azərbaycan Hərbi Hava Qüvvələrinin xüsusi təyinatlı dəstəsinin bazasındadır”.

“Təyyarələr və satellitlər” kateqoriyası dedikdə söhbətin konkret olaraq hansı texnikadan getdiyinə gəlincə, politoloq deyib: “Bu kateqoriyaya müxtəlif mallar və ya texnikalar daxildir. Hələ bir neçə ay əvvəl “Facebook”da yazmışdım ki, azərbaycanlılar Amerika istehsalı olan işəsalma mexanizmləri əldə ediblər və onlardan müxtəlif məqsədlərlə istifadə edilə bilər – məsələn kiçik təyyarələr, yaxud, pilotsuz uçuş aparatları üçün. Bundan dərhal sonra Azəraycanın İsraildən 40 ədəd dron aldığına dair xəbər yayılmışdı. Bu faktları üst-üstə qoysaq, düşünmək olar ki, Azərbaycan ABŞ-dan həmin qurğuları İsrail istehsalı olan pilotsuz uçuş aparatları üçün alıb”.

Politoloq deyir ki, bu məsələlər KİV və ekspertləri çox maraqlandırır, bu haqda geniş müzakirələr aparılır. Halbuki, buna ilk növbədə dövlət səviyyəsində, dövlət qurumları tərəfindən diqqət yetirilməlidir.

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Aysor.am


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az