17.09.2019 16:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
“Odlar yurdu”nun yeni mənası var

 
 



THE JERUSALEM POST, İsrail
18.02.2019


Müəllif: Ali Serim

Azərbaycan 7 il əvvəl “Eurovision”un qalibi olub və o vaxtdan onun Avropa və dünyadakı imici çox dəyişib.

7 il əvvəl Azərbaycan “Eurovision” mahnı müsabiqəsində qalib gələrkən Bakı şəhərində hər kəs bunu bayram edirdi. Həmin gün əllərində milli bayraqlarını tutmuş azərbaycanlılar paytaxtın küçələrinə axışmışdı. Bir emosional göz yaşlarını zorla saxlayaraq deyirdi ki, “Avropadan uzaq ola bilərik. Amma ölkəmiz bu gün bütün avropalıların qəlbindədir”.

Azərbaycanlılar Nigarla Eldarın müsabiqədə ifa etdikləri “Running Scared” mahnısına heyran qalmışdılar. Ölkələrinin yarışda qalib gəlməsisə onları daha çox sevindirirdi. Azərbaycan məhz bu qələbə ilə Avropanın da mədəniyyət arenasında tanındı.

Ümumiyyətlə, “Eurovision”  inkişaf etməkdə olan ölkələr üçün Avropaya qapıdır. Çünki bu yarış həmin ölkələrə özlərini göstərməyə, həmçinin onlarla bağlı streotipləri dağıtmağa imkan verir. Türkiyə, Ukrayna, Serbiya və nəhayət, Azərbaycan “Eurovision”da qələbə qazanan zaman yerli insanlar ölkələrinin sanki futbol üzrə Avropa çempionatınında qalib gəldiyi kimi sevinirdilər. Doğrudur, həyatımızın bütün aspektlərində olduğu kimi, bu yarışda da siyasət mühüm rol oynayır. Amma musiqi bütün sədləri aşır. Bu musiqi yarışı xaricdə yaşayan insanlar üçün vətənlərini təmsil edən ifaçılara səs vermək, özlərini doğma ölkələrinə daha yaxın hiss etmək imkan da yaradır.

Azərbaycanın 7 il əvvəl “Eurovision”da qalib gəlməsindən sonra onun Avropa və dünyadakı imici çox dəyişib. Məlum olduğu kimi, postsovet respublikalarına hər zaman müəyyən şübhə ilə yanaşılıb. Çünki Qərb ölkələrində yaranmış streotipə görə, postsovet ölkələrində onilliklərlə davam etmiş kommunist idarəçiliyindəki korrupsiya ənənələri yeni demokratik dövlətlərə keçib. Amma bu zaman Qərb dövlətləri mühüm bir faktı nəzərdən qaçırır: demək olar ki, bütün postsovet respublikalarında insanların savadlılıq dərəcəsi yüksəkdir və bu ölkələr elm, idman və mədəniyyətə böyük həcmdə investisiya qoyub. Bu, Rumıniya, Polşa və Macarıstan kimi keçmiş Varşava Müqaviləsi təşkilatı ölkələrinə də aiddir.

Konkret Azərbaycana gəlincə, o, dünyanın mədəni xəritəsində çox maraqlı yerdə qərarlaşıb. Mərkəzi Asiyanın qapısı olan bu ölkəyə Avropa incəsənəti və mədəniyyəti böyük təsir göstərib. Çünki “Odlar yurdu” əsrlər boyu güclü imperiyaların arasında yerləşib. Osmanlı imperiyasının nüfuzu İran şahlarının təsiri ilə balanslaşıb. Azərbaycan əhalisinin 96%-i müsəlman olsa da, ölkənin dünyəvi düzəni uzun illər burada həm dini, həm də müasir incəsənətin çiçəklənməsinə imkan verib. Nəticədə ölkədə maraqlı və heyranedici vəhdət meydana gəlib. Odur ki, Azərbaycanda dövlətin mədəniyyətə dəstəyi, gənc sənətkarların çıxışı bütün sahələrində nəzərə çarpır.

Paytaxt Bakı gənc rəssamlar və incəsənəti sevənlər üçün də sanki cənnətdir. Xəzər dənizinin sahilində yerləşən, Qafqazın incisi olan bu şəhər qalereyaların, muzeylərin və sərgilərin mərkəzinə çevrilib. Bu gün Bakı şəhəri canlı memarlıq muzeyidir. Burada son dərəcə gözəl tarixi binalar var. Onlar gecələr möhtəşəm işıqlandırması ilə bir sehrli ab-hava yaradır.

“Alov qüllələri” kimi yeni tikililər ölkənin dinamik inkişafının rəmzidir. Amma guman ki, şəhərin əbədi müasir memarlıq səhnəsinin incisi dünyaca məşhur memar, mərhum Zaha Hadinin dizayn etdiyi Heydər Əliyev Mərkəzidir.

Heyranedici YARAT Müasir İncəsənət Mərkəzi isə Azərbaycanın ən fəal rəssamlıq təşkilatlarından biridir. YARAT mərkəzində bir neçə sərgi məkanı, muzey, tədris mərkəzi və studiya var. Bu mərkəzdə hindistanlı rəssam Şilpa Quptanın “Mən bu lisanə sığmazam – 100 məhkum şair” fərdi sərgisi təşkil olunub və o, insanlarda böyük maraq oyadıb. Quptanın, həmçinin digər xarici rəssamların işləri beynəlxalq rəssamlıq arenasında, həmçinin Doha, Dubay, Əbu-Dabi, İstanbul və Kiyev kimi rəssamlıq sahəsində inkişaf edən şəhərlər arasında Bakının mövqelərini gücləndirir.

YARAT mərkəzinin ən vacib aspektlərindən biri “ART Könüllü” proqramıdır. Bu proqram vasitəsilə gənc tələbələr yayda tədris mərkəzində yaradıcıqla məşğul ola, həmçinin əylənə bilir. Qeyri-hökumət təşkilatı olan YARAT və digər belə təşkilatlar Azərbaycan rəhbərliyi tərəfindən dəstəklənir. YARAT Müasir İncəsənət Mərkəzinin əsasını yenilikçi rəssam Aida Mahmudova 2011-ci ildə qoyub. A.Mahmudovanın işləri güclü rəssamlıq təhsilinə əsaslanır. Onun istedadı Azərbaycandakı gənc rəssamların potensialına töhfə verməyə imkan yaradır. Bununla yanaşı, A.Mahmudovanın işləri Bakıdakı və digər şəhərlərdəki incəsənət pionerlərinə təsir göstərəcək. Nəticədə digər şəhərlərdə də YARAT kimi mərkəzlər açılacaq.  

Azərbaycan hökumətinin Bakının dünyada tanıdılması ilə bağlı ən böyük və iddialı addımı şəhərin “EXPO 2025” sərgisinə ev sahibliyi etməsi üçün namizədliyini irəli sürməsi olub. “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusu ilə ilhamlanmış təşkilatçılar ümid edirdi ki, Bakı bu sərgiyə ev sahibliyi edəcəyi təqdirdə şəhərə 18 milyon insan gələcək, 30 milyon nəfər isə sərgiyə virtual şəkildə qoşulacaq. Amma Bakı səsvermədə qalib gələ bilməyib. Bu şəhər nə vaxtsa “EXPO” sərgisinə ev sahibliyi edərsə, Azərbaycan özünü təkcə enerji resusrları ixrac edən ölkə kimi deyil, həm də texnologiya, informasiya, mədəniyyət və incəsənət sahəsində yenilikçi ölkə kimi təqdim etmək şansı qazanacaq.

Hər kəsə Bakını ziyarət etməyi məsləhət görürəm. Əgər bu şəhərə səfər etsəniz, bu zaman postsovet ölkəsinin paytaxtını deyil, qalereyaların, mədəniyyət mərkəzlərinin, dünya mətbəxinin ən dadlı təamlarının yüksək səviyyədə hazırlandığı və təklif olunduğu restoranların yerləşdiyi qlobal kosmopolit mərkəz görəcəksiniz. Bakıda Xəzər dənizinin sahilində gəzən, yaxid ən prestijli restoralardan birində içkidən zövq alan zaman özünüzü həqiqətən də Avropa şəhərində hiss edəcəksiniz.

Azərbaycanın, xüsusilə də Bakının mədəniyyət və estetik baxımdan turistlərə təklif edəcəyi çox şeyi var. Bu ölkə ilə bağlı qabaqcadan meydana gəlmiş yanlış fikir və fərziyyə möhtəşəm Azərbaycan xalqı, onun qonaqpərvərliyi, həmçinin mədəniyyət, incəsənət, texnologiya, innovasiya və inkişafa dəstək verən hökumət sayəsində asanlıqla dağılacaq. İsrailli investorlardan, biznesmenlərdən tutmuş incəsənəti sevən insanlara qədər hər kəs “Odlar yurdu”nu alternativlərlə dolu yeni istiqamət kimi qiymətləndirməlidir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: THE JERUSALEM POST


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az