17.09.2019 16:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
VİDEO| Azərbaycanda və dünyada Xocalı qurbanları yad edilir

 
 



ROSSİYA 24, Rusiya
27.02.2019


Müəllif: Aleksandr Çernetsov

Bakıda Xocalı hadisələrinin 27-ci ildönümünə həsr olunmuş çoxminlik yürüş keçirilib. İnsanlar Azadlıq meydanından Xocalı abidəsinə qədər yürüş edib. Azərbaycan prezidenti İlham Əliyev abidə önünə əklil qoyub. Ətraflı Aleksandr Çernetsovun reportajında.

Bu gün Azərbaycan Respublikasının bütün şəhərlərində Xocalı hadisələrinin ildönümünə həsr olunmuş mitinqlər keçirilir. Paytaxtdakı “Ana fəryadı” abidəsinin önünə səhər tezdən yüz minə yaxın insan axışıb. Anım yürüşündə prezident İlham Əliyev və xanımı da iştirak edib.

İlham Əliyev, Azərbaycan prezidenti: Günahsız insanlarqocalar, qadınlar və uşaqlar həlak olub, zərər çəkiblər. Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq, həmişə xatırlayacaq. Bu, bizim yaddaşımızda həmişəlik qalacaq. Əsas odur ki, belə faciələr daha təkrarlanmasın”.

Xocalı faciəsinin qurbanları Azərbaycanın bütün müsəlman və xristian məbədlərində yad edilir. Düz 27 il əvvəl, fevralın 26-na keçən şaxtalı qış gecəsində Xocalıda baş vermiş hadisələr Dağlıq Qarabağ münaqişəsi tarixində ən dəhşətli səhifələrdən biri kimi qalıb. Nanə Məmmədova həmin hadisələr zamanı ən yaxın insanlarını itirib.

Nanə Məmmədova, Xocalı sakini: “Beləcə də yaşayıram, ailəmin xatirələri ilə. Bax burada mənim Gülmirəm uyuyur”.

“Xalam Məhbubə, övladı Çinqiz. Bu da mənim atam və anamdır. Onlar 27 il əvvəl həlak olublar. Lakin xatirələri həmişə yaşayır. Biz qisas deyil, sülh və ədalət istəyrik”.

Xocalıya hücum nəticəsində Hüseynovlar ailəsinin yaxın qohumlarından 49 nəfər həlak olub. Onlar yeni müharibə istəmir. Qafqaz müsəlmanlarının ruhani lideri də deyir ki, indi müharibə edən hər iki dövlətin öz cəmiyyətinə tolerantlıq ruhunu aşılamasının tam zamanıdır.

Şeyxülislam Allahşükür Paşazadə: “Müxtəlif hesablamalara görə, bu gün Azərbaycanda 40 minə yaxın erməni yaşayır. Erməni kilsəsi təmir edilib, onun kitabxanası qorunub saxlanıb. Tolerantlıq elə budur. Katolikos Qaregin Bakıya gələn zaman biz ona bu kilsəni göstərmişik. Biz öz xütbələrimizdə münaqişənin sülh yolu ilə ədalətli həllinə çağırışlar edirik”.

Münaqişənin mərhələli həllinin şərtləri ATƏT-in Minsk qrupunun hazırladığı sənəddə dəqiq əksini tapıb. “Kazan formulu” adlanan sənəd işğal olunmuş torpaqların azad edilməsi, Dağlıq Qarabağla əlaqə üçün dəhlizin yaradılması, qaçqınların geri qaytarılması və referendumun keçirilməsini nəzərdə tutur.

Aleksandr Çernetsov (Rossiya 24): “Ekspertlər hesab edir ki, sülhə aparan yolu yalnız müharibə vəziyyətində olan iki dövlətin – Ermənistanla Azərbaycanın liderləri tapa bilər. Bu günlərdə dünya birliyi Bakı ilə Yerevandan danışıqlar prosesinin bərpası üçün konkret addımları hər zamankından daha çox gözləyir”.

 

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ROSSİYA 24


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az