25.05.2019 17:07
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Avropa Liqasının finalı: “Çelsi” - “Arsenal”
 
24.05.2019
RTBF.be, Belçika
 

  Qafqazda müharibə və tərəqqi
 
24.05.2019
24 Horas, Meksika
 

  FOTOREPORTAJ| Bakı: Avropa Liqasının finalı zamanı qalmalı, yeyib-içməli, şopinq etməli məkanlar
 
24.05.2019
INDEPENDENT, Böyük Britaniya
 

  Yay tətili üçün möhtəşəm Bakı çimərlikləri - FOTO
 
24.05.2019
Newsparsi, İran
 

  Mxitaryan Azərbaycanda niyə oynamayacaq?
 
23.05.2019
BESOCCER, İspaniya
 

 
 
Xocalı onu xatırlamamızı tələb edir

 
 



teleSUR, Venesuela
01.03.2019


Müəllif: Pablo Xofre Leal

Tarix bizə nəsə öyrədirsə, o da həyatımıza təsir göstərmiş, yaşanmış hadisələrə geri dönmək zərurətidir.

Belə hadisələrdən biri də Xocalı qətliamıdır. Qətliamın, soyqırımın nə demək olduğunu bilmək istəyənlər Ermənistan hərbi birləşmələrinin 1992-ci ilin 25-26 fevral tarixlərində Dağlıq Qarabağın bu bölgəsində keçmiş Sovet İttifaqına məxsus 366-cı alayın dəstəyilə azərbaycanlılara necə divan tutduğunu öyrənsin.

Xocalının dinc sakinlərinin qətliamından 27 il sonra, yalnız Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsini deyil, ümumilikdə müxtəlif ölkələrə qarşı təcavüzləri unutmamalıyıq. Böyük tarixi zənginliyə malik olan, sivilizasiyaların beşiyi, mədəniyyətlərin kəsişdiyi bu bölgədə yaşananları üzə çıxarmaq, ədaləti bərpa etmək, ümumiyyətlə, ədalətə ehtiyacın olduğu bölgələri unutmamaq bizim insanlıq borcumuzdur.

Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. BMT Təhlükəsizlik Şurası bölgənin qanuni sahibinə qaytarılmasını tələb edən qətnamələr də çıxarıb. Lakin Ermənistan bu qətnamələrə məhəl qoymur və bölgənin işğalını davam etdirir.

Mən yaddaşlara həkk olunmuş bu hadisəni təkrar-təkrar danışıram. Qadınların, uşaqların, qocaların qətliamı bütün duyğu və hislərimizə, ləyaqətimizə zərbədir. Dünyanın istənilən bölgəsində etnik zəmində şiddət baş verirsə, ona qarşı duruşumuz bir olmalıdır: qəbul etməmək, qınamaq, gerçəkləri, faktları, sübutları hər hansı siyasi və ya iqtisadi maraqlar naminə gizlətməmək! Soyqırımı qəbul etmək, etiraz səsini yüksəltməmək olmaz!

Xocalıda 613 nəfər, o cümlədən 83 uşaq qətlə yetirilib. Öldürülənlərin 106-sı qadındır. Qana susamış erməni hərbi birləşmələri Xocalıda məhz silahsız insanlara hücum edib. Dağlıq Qarabağın kəndləri, şəhərləri bombalanıb, əhalinin oradan kütləvi şəkildə qaçması üçün etnik təmziləmə aparılıb, fevralın 26-na keçən gecə isə Xocalı mühasirəyə alınıb və şəhərdə qətliam başlayıb. Bu hadisə zamanı 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 150 insan isə itkin düşüb. Amma Xocalı bundan əvvəldən sistemli şəkildə bombalanırdı. Yaxınlıqda yerləşən Xankəndi, Əsgəranın erməni işğalçıları tərəfindən artıq işğal edilmişdi. Lakin Xocalı Ermənistan üçün strateji əhəmiyyətə malik idi. Çünki bölgənin tək hava limanı məhz bu şəhərdə yerləşirdi.

Beləliklə, beynəlxalq ictimaiyyət Xocalıda baş verənləri unutmamalıdır. Bu, fundamental prinsipdir. Xocalı bizə Qarabağın işğal altında olduğunu xatırladır. Ermənistanın beynəlxalq hüququn bütün norma və prinsiplərini pozduğunu yada salır. Onun BMT Təhlükəsizlik Şurası kimi qurumun beynəlxalq hüquqa riayət olunması tələbinə məhəl qoymadığını göstərir.

30 ildir davam edən bu münaqişədə haqq-ədalət hələ də bərpa olunmamış qalır. Azərbaycan bu savaşdan böyük zərər çəkib. O, Dağlıq Qarabağı özünün ayrılmaz hissəsi sayır və bu, BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrində də təsdiqini tapır. Qurumun 1993-cü ildən etibarən qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü dəstəklənir, onun beynəlxalq sərhədlərinin toxunulmazlığı qeyd edilir, bu məqsədlə güc tətbiqinin yolverilməzliyi bildirilir. İstər BMT Təhlükəsizlik Şurasının, istərsə də Baş Assambleyasının sənədlərində Dağlıq Qarabağ “Azərbaycanın işğal olunmuş ərazisi” kimi göstərilir.

Azərbaycan torpaqlarının işğalı faktı çoxsaylı müsəlman ölkəsini özündə birləşdirmiş İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən də təsdiqlənib. Yeri gəlmişkən, bu təşkilatın nüfuzu gündən-günə artırır. İƏT Xocalı həqiqətlərini, onun soyqırım olduğunu hələ 2010-cu ildə qəbul etdiyi qətnamə ilə təsdiqləyib.

Bu məsələdə Avropa da eyni fikirdədir. ATƏT, AŞPA, NATO, Avropa Parlamenti və s. kimi ali qurumların qəbul etdikləri sənədlərdə BMT TŞ-nin Dağlıq Qarabağla bağlı qətnamələrinin yerinə yetirilməsinin vacibliyi vurğulanır.

Xocalı soyqırımı yalnız 613 dinc sakinin qətli deyil. Ermənistanın işğalı nəticəsində insanlara ciddi maddi-mənəvi zərər dəyib. Bu işğal nəticəsində yüz minlərlə insan öz torpağından köçkün düşüb. Onların əmlakı talan olunub, işğal olunmuş torpaqlardakı mədəni irs nümunələri məhv edilib. Bir sözlə, isğal zamanı BMT Nizamnaməsinin bir çox tələbi kobud şəkildə pozulub, İnsan Haqları Bəyannaməsinə məhəl qoyulmayıb.

Elə beynəlxalq səbədlərə əsasən, işğalçı qüvvə işğal etdiyi ərazilərə öz mülki əhalisinin köçürə bilməz. Lakin beynəlxalq hüquqda zidd olaraq, oraya ermənilər köçürülüb. Yalnız bu fakt BMT Nizamnaməsinin müxtəlif maddələrinin pozulmasıdır.

Hələ bir neçə il əvvəl dünyanın müxtəlif regionlarında sülhə olan ehtiyac haqda yazmışdım. O zaman Qafqaz regionundan da bəhs etmiş, bildirmişdim ki, burada sülhün bərqərar olunması üçün Dağlıq Qarabağın işğaldan qeyd-şərtsiz azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpası vacib şərtdir. Bu, sadəcə Qafqaz regionu üçün deyil, bütünlükdə Yaxın Şərq və Orta Asyada sülhün əldə olunması və qorunması üçün vacibdir.

Bir sözlə, beynəlxalq hüququn normalarına hörmət və riayət etmək lazımdır. Erməni qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım unudulmamalıdır. Gələcəkdə ölkələr və cəmiyyətlər arasında münasibətlər inkişaf etsə belə, unutqanlıq, yaşanmış faktları, hadisələri gizlətmək müsbət nəticələr verməz. Odur ki, Xocalı onu xatırlamamızı tələb edir...

(İspan dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: teleSUR


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az