25.05.2019 17:09
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Avropa Liqasının finalı: “Çelsi” - “Arsenal”
 
24.05.2019
RTBF.be, Belçika
 

  Qafqazda müharibə və tərəqqi
 
24.05.2019
24 Horas, Meksika
 

  FOTOREPORTAJ| Bakı: Avropa Liqasının finalı zamanı qalmalı, yeyib-içməli, şopinq etməli məkanlar
 
24.05.2019
INDEPENDENT, Böyük Britaniya
 

  Yay tətili üçün möhtəşəm Bakı çimərlikləri - FOTO
 
24.05.2019
Newsparsi, İran
 

  Mxitaryan Azərbaycanda niyə oynamayacaq?
 
23.05.2019
BESOCCER, İspaniya
 

 
 
Gürcüstan prezidentindən qalmaqallı bəyanat: bəlkə xəbəri yoxdur?

 
 



Lragir.am, Ermənistan
01.03.2019


Müəllif: Naira Hayrumyn

Gürcüstan prezidenti Salome Zurabişvili Bakıya səfəri zamanı narahatlıq doğuran bəyanatla çıxış edib.

“Ölkələrimizin ərazi bütövlüyü hələ də bərpa edilməyib. İşğal hələ də bizim qanayan yaramız olaraq qalır. Bu, ölkələrimizin inkişafına mane olur. Lakin biz bu faciələrə rəğmən belə, ölkələrimizi, iqtisadiyyatımızı gücləndirə bilirik”, - deyə Zurabişvili bildirib.

Bu, nə deməkdir? Tbilisi Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyini dəyişir, yoxsa Zurabişvili regional siyasətin dərinliklərinə varmır? Bəlkə o, ölkələrarası münasibətlərin incəliyini kifayət qədər anlamır?

Bu illər ərzində Gürcüstan ən ağır anlarda belə, Ermənistan və Azərbaycanla münasibətdə balansı qoruyub saxlaya bilmişdi. Azərbaycanın iqtisadi ekspansiyasına, müxtəlif siyasi təzyiqlərə, bu ölkə ilə birgə həyata keçirilən iri enerji və nəqliyyat layihələrinə baxmayaraq, söhbət Ermənistandan gedən zaman Gürcüstan heç vaxt ölkələrin ərazi bütövlüyünün müdafiəsinə dair təşəbbüslərə qoşulmurdu. O, yalnız Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələrdən danışarkən ölkələrin ərazi bütövlüyünün bərpasını tələb edirdi. Bu münaqişələrin Dağlıq Qarabağ problemindən fərqi odur ki, onlarda təcavüzkar tərəf kimi, Rusiya göstərilir.

Qarabağ münaqişəsinə gəldikdə, söhbət hər zaman münaqişənin dinc yolla həll edilməsindən gedib. Burada beynəlxalq hüququn əsas prinsiplərindən, o cümlədən xalqların öz müqəddaratını təyin etməsi prinsipindən danışılıb. Gürcüstan da bu günədək heç zaman Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb etməmiş, sadəcə, ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair səylərini dəstəklədiyini deməklə kifayətlənmişdi. Bəzi hallarda Gürcüstan Azərbaycanın BMT-də qaldırdığı təşəbbüslərə dəstək verməyə çox yaxın olsa belə, son anda bundan yayınmışdı.

Bəs Gürcüstanın mövqeyindəki dəyişikliyin səbəbi nədir? Görünən odur ki, Gürcüstanın prezidenti faktiki olaraq, Qarabağ ermənilərinin müqəddaratını təyin etmək hüququnu tanımır. Bəlkə bu Gürcüstanın rəsmi mövqeyi yox, təkcə prezidentin mövqeyidir? Belədirsə, rəsmi Tbilisi mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Bilinməlidir ki, onlar əvvəllər olduğu kimi, Minsk qrupunun səylərini və sülh danışıqları dəstəkləməklə kifayətlənir, yoxsa Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini istəyir?

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Lragir.am


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az