25.05.2019 17:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Avropa Liqasının finalı: “Çelsi” - “Arsenal”
 
24.05.2019
RTBF.be, Belçika
 

  Qafqazda müharibə və tərəqqi
 
24.05.2019
24 Horas, Meksika
 

  FOTOREPORTAJ| Bakı: Avropa Liqasının finalı zamanı qalmalı, yeyib-içməli, şopinq etməli məkanlar
 
24.05.2019
INDEPENDENT, Böyük Britaniya
 

  Yay tətili üçün möhtəşəm Bakı çimərlikləri - FOTO
 
24.05.2019
Newsparsi, İran
 

  Mxitaryan Azərbaycanda niyə oynamayacaq?
 
23.05.2019
BESOCCER, İspaniya
 

 
 
Azərbaycan: “Bir kəmər-bir yol” təşəbbüsünün fəal iştirakçısı - MÜSAHİBƏ

 
 



GLOBAL TIMES, Çin
06.03.2019


Müəlliflər: Li Sikun, Se Çzyun

Enerji resusrları ilə zəngin ölkələrin “holland sindromu” ilə üzləşməməsi bir az çətin olur. Söhbət pul müqavilində öz enerji resusrlarını ixrac edən ölkələrdən gedir. Digər dövlətlər pulu istehsal, araşdırma, texnologiyaların inkişafı kimi çətin yollarla qazanır. Lakin təəssüf ki, enerji resusrlarından istifadə kimi rahat üsul çox vaxt sabit olmur.

Azərbaycan da zəngin neft ehtiyatları ilə tanınır. Lakin bu ölkənin hökuməti son illərdə qeyri-neft və qeyri-qaz sektorunun inkişafını sürətləndirmək, ölkədə investisiya mühitini yaxşılaşdırmaq məqsədilə geniş iqtisadi islahatlar aparır.

Bu il martın 1-də Pekində Çinlə Azərbaycan arasında “Bir kəmər-bir yol” təşəbbüsü ilə bağlı dəyirmi masa keçirilib. Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev “Global Times” nəşrinə müsahibəsində ölkəsinin iqtisadi sahəsində həyata keçirmək istədiyi dəyişikliklərdən danışıb.

- Çinlə Azərbaycan arasındakı iqtisadi-ticari əməkdaşlıq haqda məlumat verərdiniz...

- Ötən il Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 1,3 milyard dollara çatıb. Bu, 2013-cü illə müqayisədə 2 dəfə çoxdur. Niyə məhz 2013-cü ili qeyd edirəm? Çünki Çinin rəhbəri Si Cinpin “Bir kəmər-bir yol” təşəbbüsünü məhz o ildə irəli sürüb. 2015-ci ildə isə Azərbaycan prezidenti İlham Əliyev Çinə rəsmi səfər edib. O zaman bu təşəbbüsün birgə inkişaf etdirilməsi, Azərbaycanın “Bir kəmər-bir yol” layihəsini dəstəklədiyinin ortaya qoyulması məqsədilə iki ölkə arasında Anlaşma Memorandumu imzalanmışdı. Bu gün ölkəmiz Çinlə müxtəlif sahələrdə əməkdaşlıq edir. Biz Pekinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər-bir yol” layihəsinin də fəal iştirakçısıyıq.

İki ölkə arasında ticarət dövriyyəsini artırmaq niyyətindəyik. Buna nail olmaq üçün müxtəlif addımlar atır, tədbirlər keçiririk. Son illərdə müxtəlif ölkələrdə Azərbaycanın ticarət nümayəndəliyi açılır. İlk belə nümayəndəlik məhz Çində fəaliyyə başlayıb. Ötən il Çində Azərbaycanın 2 “Şərab evi”, 1 “Ticarət evi” açılıb.

Bu yaxınlarda Çinin maliyyə naziri Çju Şanla görüşüm olub. Görüşdə iki ölkə arasında Preferensial Ticarət Sazişilə bağlı danışıqlara başlanması haqda razılığa gəldik. Bütün bunlar Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin artması ilə nəticələnəcək.

- Çin II Beynəlxalq İdxal Sərgisi keçirməyə hazırlaşır. Ümumiyyətlə, iki ölkə arasındakı iqtisadi-ticari əməkdaşlıqdan hansı gözləntiləriniz var?

- Bu gün Azərbaycanla Çin arasındakı əlaqələr yüksək səviyyədədir. Həm Pekin, həm də Bakı neft-qaz, beynəlxalq nəqliyyat, investisiya, turizm, kommunikasiya və informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Ölkəmiz son illərdə Çinə birbaşa olmasa da, 1,6 milyard dollar investisiya qoyub. Bu, Azərbaycan üçün böyük rəqəmdir. Ölkəmiz bununla Çin liderlərinə, hökumətinə, həmçinin Çin xalqına inandığını göstərir. Çin rəhbərliyi də öz növbəsində, Azərbaycanın Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat Dəhlizindəki potensialını görüb və bu layihəyə dəstək verdiyini bəyan edib.

Maliyyə sahəsində əməkdaşlığa gəlincə, Asiya İnfrastruktur İnvestisiya Bankı Transanadolu qaz kəmərinin tikintisi məqsədilə ölkəmizə kredit ayırıb. Bütün bunlar və qeyd etdiyim nailiyyətlər göstərir ki, Azərbaycanla Çin arasında əməkdaşlığın parlaq gələcəyi var.

- Azərbaycan qarşısına ümumdaxili məhsulunun 80%-nin qeyri-neft sektorunun payına düşməsi kimi bir hədəf qoyub. Bu sahədə hansı irəliləyişlər var?

- Bu, bizim üçün çox vacib strategiyadır. Bu, ölkəmizin hədəfidir. İqtisadiyyatımızın neft-qazdan asılı olmamasını, həmçinin daha da şaxələndirilməsinini istəyirik. Odur ki, bu hədəfə nail olmaq niyyətindəyik. Doğrudur, son 3 ildə bu istiqamətdə inkişafımız bir qədər azalıb. Çünki Azərbaycan iqtisadiyyatına proteksionizm və unilateralizm kimi xarici amillər öz təsirini göstərir. Amma bu istiqamətdə işləri qətiyyətlə davam etdirəcəyik.

- Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşir. Bu, çox vacib coğrafi mövqedir. Məhz coğrafi mövqe ölkənin inkişafına necə təsir göstərir?

- Bəli, Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşir. Bununla yanaşı, bir neçə marşrut ölkəmizdən keçir. Bu, Azərbaycanı nəqliyyat mərkəzinə, həmçinin tranzit nöqtəsinə çevirir. Ötən il Azərbaycanda yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Bu yaxınlarda isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsində işlər başa çatıb. Bu dəmir yolu Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat Dəhlizini Çinlə Avropanı birləşdirən ən təhlükəsiz və ən qısa marşruta çevirəcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: GLOBAL TIMES


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az