18.03.2019 19:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Ravinin başçılıq etdiyi ABŞ yevangelistləri müsəlman Azərbaycanına səfər edib

 
 



The New York Times, ABŞ
11.03.2019


Bir qrup amerikalı yevangelist keşiş əhalisinin əksəriyyəti şiə müsəlmanı olan Azərbaycana səfər edib. Səfərdə məqsəd dinlərarası dialoqa töhfə vermək, eyni zamanda, Azərbaycan-İsrail əlaqələrinin səviyyəsini nümayiş etdirmək olub.

Keşişlər ediblər ki, Azərbaycana səfərdən sonra qütbləşmiş ABŞ cəmiyyətində birgəyaşayışın mümkünlüyünə şübhə etməyə başlayıblar. Nyu-Yorkda yaşayan və Azərbaycana yollanmış yevangelistlərə başçılıq etmiş ravin Mark Şnayer “The Associated Press” nəşrinə açıqlamasında yevangelist nümayəndə heyətinin Azərbaycana ilk dəfə səfər etdiyini söyləyib.

Ravinin sözlərinə görə, 10 milyonluq Azərbaycan əhalisinin əksəriyyəti şiə müsəlmanıdır: “Amma bu ölkədə sünnilər, xristianlar və təxminən 30 min yəhudi yaşayır”.

Azərbaycan həm İran, həm də Rusiya ilə həmsərhəddir.

12 amerikalı keşişdən ibarət nümayəndə heyəti Azərbaycan prezidenti İlham Əliyev, həmçinin bu ölkənin xarici işlər naziri, Qafqaz müsəlmanlarının Şeyxülislamı, yerli xristian dini liderləri və İsrailin Azərbaycandakı səfirilə görüşüb.

“Azərbaycan prezidenti İlham Əliyev dedi ki, Bakı şəhərində ilk dəfə yəhudi qonaqların yerləşdirilməsi üçün otelin, kaşrut yeməklərin hazırlanacağı restoranın olduğu yəhudi mədəniyyət mərkəzi tikiləcək”, - deyə Şnayer bildirib.

Nümayəndə heyəti Bakıda yəhudi məktəbini də ziyarət edib. Orada uşaqlar qonaqlar üçün İsrail haqda ivrit dilində mahnılar ifa ediblər.

“Sözün əsl mənasında özümü çimdiklədim. Əhalisinin əksəriyyəti müsəlman olan ölkədəki yəhudi məktəbində idim. Burada məktəblilər İsrail haqda mahnılar oxuyurdu. Bu, heç bir ölkədə rast gəlinməyən fenomendir”, - deyə Şnayer qeyd edib.

Nyu-Yorkda fəaliyyət göstərən ABŞ Etnik Anlaşma Fondunun prezidenti olan Mark Şnayer həm də bu şəhərdəki Hempton sinaqoqunun əsasını qoyub. O, ABŞ və Yaxın Şərqdə müsəlmanlarla yəhudilər arasında əlaqələrin qurulmasına çalışır. M.Şnayer dinlərarası dialoq sayəsində müsəlman liderlərlə İsrail arasında daha sıx əlaqələrin yaranmasına töhfə verir.

Amerikalı yevangelistlər ötən il Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər etmişdilər. Bu iki ölkə məhz yevangelistlərin dəstəyilə, Tramp administarsiyası ilə daha sıx əlaqələr qurmaq istəyir. Bu gün Fars körfəzində yerləşən ərəb ölkələri İsraillə vaxtilə qurduqları təmaslardan daha çox danışır, eyni zamanda, İranı təcrid etməyə çalışır.

Fars körfəzində yerləşən Ərəb ölkələrindən fərqli olaraq, Azərbaycanın İsraillə diplomatik əlaqələri belə, var. Bununla yanaşı, Bakı ilə Tel-Əviv arasında birbaşa uçuşlar həyata keçirilir. Azərbaycan dövlət başçısı 2016-ci ildə isə israilli baş naziri qəbul edib.

Kaliforniya ştatının Ranço-Kukamonqa şəhərində yerləşən kilsəyə başçılıq edən keşiş Adam Mesanın sözlərinə görə, o, əhalisinin əksəriyyəti müsəlman olan ölkəyə ilk dəfə səfər edib. O, Bakıya Azərbaycanın dinlərarası dialoqla bağlı səylərinə və İsraili dəstəklədiyinə görə yollandığını deyir.

Bir çox amerikalı yevangelist üçün İsrailin dəstəklənməsi onların etiqadlarının əsasını təşkil edir. Onlar hesab edir ki, İsa peyğmbər zühr etməmişdən qabaq yəhudilər müqəddəs torpağa qayıtmalıdır. Bundan başqa, yevangelistlərin fikrincə, İsa peyğəmbər Yerusəlimdə yerləşən yəhudi məbədinin bərpasından sonra zühr edəcək. Qeyd edək ki, bu məbəd qədim dövrdə müsəlmanların Əl-Əqsa məscidinin yerində yerləşib.

“ABŞ-da çox güclü qütbləşmə var. Elə vəziyyət yaranıb ki, müxtəlif etiqadlara mənsub insanlar bir-birindən ayrı durmalı olur, bir-birilə münasibət qurmur”, - deyə A.Mesa vurğulayıb. O, hesab edir ki, əhalisinin əksəriyyəti müsəlman olan ölkənin dinlərarası, icmalararası, həmrəylik dialoqu uğrunda mübarizəyə rəhbərlik etməsi inanılmazdır.

A.Mesa deyir ki, Azərbaycanda katolik, yəhudi və müsəlman liderlərlə müzakirələr zamanı ziddiyyətli məsələlər olmayıb və onlar bir-birinin fikirlərindən hiddətlənməyiblər.

“Hesab edirəm ki, bu yanaşmanı ABŞ-a gətirməyə ehtiyac var. Kilsəm və siyasi liderlər üçün bu məsələni xüsusi vurğulamaq istəyirəm”, - deyə keşiş bildirib.

Oklahama ştatının Tulsa şəhərində fəaliyyət göstərən xristian mərkəzinin rəhbəri Kelvin Bətl da Azərbaycan ziyarətini “inanılmaz səfər” adlandırıb. O da müsəlman ölkəsinə ilk dəfə səfər edirmiş. K.Bətl müsəlman liderlərlə ilk dəfə imiş ki, müzakirələr aparırmış. Amerikalı keşiş Azərbaycanda İbrahimi dinlərin bir-birinə necə oxşar olduğunu öyrənib. “Düzünü desəm, Azərbaycana səfərdən qabaq bu region haqda məlumatım az olub. Onun əhalisi haqda düşüncələrim də fərqli idi. Səfər zamanı bu region haqda daha çox məlumat əldə etdim”, - deyə K.Bətl qeyd edib.

Azərbaycan təkcə dinlərarası dialoqa töhfə vermir, həm də yəhudi və xristianlarla əlaqələrindən siyasi divident qazanmaq istəyir.

“Azərbaycan siyasi nöqteyi-nəzərdən şübhəsiz ki, ABŞ administrasiyasi, həmçinin ABŞ Konqersi ilə əlaqələri gücləndirmək niyyətindədir. İsrail bu məsələdə ona çox kömək edir”, - deyə M.Şnayer vurğulayıb.

Azərbaycan prezidenti Qərblə sıx əlaqələri dəstəkləyir. O, Qərbin enerji və təhlükəsizlik sahəsində maraqlarının qorunmasına yardım göstərir, həmçinin Rusiyanın strateji Xəzər regionunda təsirini balanslaşdırır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: The New York Times


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az