17.09.2019 16:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Azərbaycanda kaşrut yeməkləri təklif edən restoran açılacaq

 
 



JEWISH TELEGRAPHIC AGENCY, ABŞ
12.03.2019


Müəllif: Knaan Lipşiz

Bu yaxınlarda Azərbaycanda kaşrut yeməklərinin təklif olunacağı ilk restoran açılacaq.

“7/40” adlanacaq restoran ölkə paytaxtı Bakının Səməd Vurğun küçəsində may ayından fəaliyyətə başlayacaq. O, şəhərin ravini Şneor Seqalın nəzarəti altında işləyəcək. Bu haqda restoranın sahibi Moşe Moiseyev “Jewish Telegraphic Agency” nəşrinə məlumat verib.

Restoran paytaxtın Nəsimi rayonunda yerləşir. Bu rayonda bir zamanlar yəhudi məhəlləsi olub. Restoran aşkenazi yəhudilərinin sinaqoqunun yaxınlığında, gürcü yəhudilərinin sinaqoqundan isə 500 yard məsafədə yerləşir.

Nasıyevin sözlərinə görə, 100 yerlik restoranda qonaqlara Azərbaycan mətbəxi ilə bərabər İsrail mətbəxi təklif olunacaq. Nasıyev Xəzər dənizinin sahilində yerləşən, meqapolis olan Bakıda Sovet İttifaqı dönəmində anadan olub. O, İsrail və Ukraynada qida sənayesi sahəsində çalışıb.

Doğrudur, restoran Bakıda yəhudi əhalisinin azaldığı dövrdə fəaliyyətə başlayacaq. Bu gün Azərbaycanın paytaxtında təxminən 8 min yəhudi yaşayır. Bu, 2000-ci ildəki göstəricidən 2 dəfə azdır. “Amma burada qalan yəhudilərin iudaizmə bağlılığı daha da güclənib”, - deyə Seqal vurğulayıb. Şneor Seqalın sözlərinə görə, yeni restoran bu bağlılığı daha da gücləndirməyə, həmçinin yəhudi ailələri birləşdirməyə yardım edəcək. Seqal deyir ki, bu gün Azərbaycandakı bəzi yəhudi ailələrinin yalnız bəzi üzvləri kaşrut qaydalarına riayət edir.

Bununla yanaşı, yeni restoran Bakıya daha çox səfər etməyə başlamış yəhudi turistlər üçün gözəl imkan olacaq. Restoranın sahibi Moiseyev isə onun biznes modelinin daha çox qeyri-yəhudi müştərilərin cəlbinə əsaslandığını deyir: “Doğrudur, bura kaşrut yeməklərin hazırlanacağı restoran olacaq. Lakin bizim uğur qazanmamız üçün digər Azərbaycan restoranlarının müştərilərini özümüzə cəlb edə bilməliyik. Onların “7/40” restoranında özlərini evdəki kimi hiss etmələri üçün hər şey etmişik”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: JEWISH TELEGRAPHIC AGENCY


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az