25.05.2019 17:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Avropa Liqasının finalı: “Çelsi” - “Arsenal”
 
24.05.2019
RTBF.be, Belçika
 

  Qafqazda müharibə və tərəqqi
 
24.05.2019
24 Horas, Meksika
 

  FOTOREPORTAJ| Bakı: Avropa Liqasının finalı zamanı qalmalı, yeyib-içməli, şopinq etməli məkanlar
 
24.05.2019
INDEPENDENT, Böyük Britaniya
 

  Yay tətili üçün möhtəşəm Bakı çimərlikləri - FOTO
 
24.05.2019
Newsparsi, İran
 

  Mxitaryan Azərbaycanda niyə oynamayacaq?
 
23.05.2019
BESOCCER, İspaniya
 

 
 
Əliyevlə Paşinyan əl sıxmağa hazırlaşırlar

 
 



Nezavisimaya qazeta, Rusiya
12.03.2019


Dağlıq Qarabağla bağlı danışıqlar prosesinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış edərək, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin tezliklə görüşəcəkləri haqda məlumatı təsdiqləyiblər. Lakin görüşün dəqiq tarixi və yeri açıqlanmır.

Minsk qrupunun son bəyanatı, dəqiq desək, həmsədrlərin təmas xəttindəki vəziyyəti və danışıqların perspektivlərini budəfəki qiymətləndirməsi əvvəlki bəyanatlardan daha nikbindir. Bununla yanaşı, danışıqların tam məxfi aparılması bizə yalnız bəzi ehtimallar irəli sürmək imkanı verir.

Bakı ilə Yerevan arasında əldə olunmuş razılaşmaya əsasən, yüksək səviyyəli görüşlər yalnız tərəflərin praktiki müstəvidə konkretliyə yaxın olduğu halda keçirilməlidir. Əks halda bu, boş vaxt və vəsait itkisidir. Üstəlik bu, Azərbaycan və Ermənistan cəmiyyətlərində yanlış gözləntilər doğurur, nəticə olaraq isə məyusluğa və yumşaq desək, qarşılıqlı etimadsızlığın artmasına səbəb olur.

Belə olduğu təqdirdə, Əliyevlə Paşinyanın görüşə razılıq vermələri onların güzəştə getməyə, nizamlama prosesini irəli aparmağa hazır olduqları anlamına gəlirmi? Yuxarıda deyilənlərdən çıxış etsək, məntiqlə bu suala müsbət cavab verilməlidir. Üstəlik Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Bakının “nəticəyə hesablanmış danışıqlara hazır olduğunu” bəyan edib. Yeri gəlmişkən, son vaxtlar tərəflərin güzəştlərə yaxınlaşdığını ehtimal etməyə əsas verən belə eyhamlar dəfələrlə səsləndiriib. Lakin mövqelərin hələ də daşdan möhkəm olduğunu, tərəflərin heç bir güzəşt haqda düşünmədiyini göstərən qətiyyətli təkziblər daha çoxdur.

ATƏT-in Minsk qrupunun bəyanatından belə çıxır ki, danışıqlar masası üzərində mahiyyət etibarilə elə həmin “Madrid prinsipləri” qalmaqdadır. Onu isə istər Yerevan, istərsə də Bakı qismən, hərəsi öz yozumunda qəbul etməyə hazırdır. Hər halda, son zamanlaradək məhz belə olub.

Həmsədrlər Minsk prosesi ilə bağlı səslənən bəzi ziddiyyətli bəyanatlara istinadən bildiriblər ki, ədalətli və möhkəm nizamlama Helsinki Yekun Aktına, o cümlədən güc tətbiq etməmə və ya bununla hədələməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərinə əsaslanmalıdır. Sənəddə vurğulanır ki, Qarabağ münaqişəsinin nizamlanması “həmçinin həmsədr ölkələrin prezidentlərinin 2009-2012-ci illərdə təklif etdikləri əlavə elementləri nəzərdə tutmalıdır. Bu sıraya Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılması, Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarəetməyə təminat verəcək müvəqqəti statusun tanınması, Ermənistanı Dağlıq Qarabağla birləşdirəcək dəhlizin verilməsi, Dağlıq Qarabağın yekun hüquqi statusunun mütləq hüquqi qüvvəsi olan səsvermə yolu ilə müəyyənləşdirilməsi, qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnun təmini, sülhməramlı əməliyyatlar da daxil olmaqla, beynəlxalq təhlükəsizlik təminatının verilməsi daxildir”.

İndiyədək Azərbaycan tərəfi planın mərhələli şəkildə reallaşdırılmasında və “DQR”in (dırnaq işarəsi bizə aiddir - WM) statusu məsələsinin sonraya saxlanmasında israr edirdi. Ermənistan isə bütün bu bəndlərin paket şəklində qəbul olunması və sülh müqaviləsinin imzalanmasını istəyirdi. Liderlərin mövqeyində hər hansı dəyişikliyin olub-olmadığı məlum deyil və məsələyə yalnız növbəti danışıqlardan sonra qismən, hətta bəlkə də tam aydınlıq gələ bilər. Danışıqlar isə sözsüz ki, özü-özlüyündə faydalıdır. Ən azı ona görə ki, Əliyevlə Paşinyanın bir neçə görüşü təmas xəttində gərginliyin azalmasına səbəb olub. Bunu Minsk qrupunun həmsədrləri də etiraf edir. Onların bəyanatında deyilir ki, son aylar münaqişə tərəfləri hərbçi itkisilə üzləşmir.

(Rus dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Nezavisimaya qazeta


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az