18.03.2019 19:44
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Gürcüstan prezidenti Cənubi Qafqazda balansı dəyişdi
 
15.03.2019
Kommersant, Rusiya
 

  Essyenin yeni ünvanı Azərbaycandır
 
15.03.2019
Milliyet, Türkiyə
 

  Pakayin: “Tehranla Bakı strateji əlaqələr haqda düşünür”
 
15.03.2019
ISNA, İran
 

  Belarusun Azərbaycana satdığı “Polonez” tipli komplekslər Ermənistanın hər nöqtəsini vurmağa qadirdir
 
14.03.2019
168hours, Ermənistan
 

  Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı - VİDEO
 
12.03.2019
CBN NEWS, ABŞ
 

 
 
Azərbaycanın genişmiqyaslı hərbi təlimləri Ermənistanı qəzəbləndirib

 
 



RFI, Fransa
12.03.2019


Azərbaycan martın 11-dən genişmiqyaslı hərbi təlimlərə başlayıb. Bu, Ermənistan tərəfindən tənqidlə qarşılanıb. Məsələ ondadır ki, iki ölkə yaxın vaxtlarda aralarında yaşanan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara başlamağa hazırlaşır.

“Təlimlərdə qoşunlar hücum əməliyyatının hazırlanması, şərti düşmənə bir neçə istiqamətdən zərbə vurulması üzrə tapşırıqları yerinə yetirəcək”, - deyə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir. Nazirliyin məlumatına görə, təlimlərə 10 min nəfərədək şəxsi heyət, 500-dək tank, zirehli texnika, 300-dək raket və artilleriya qurğusu, 20-dək hərbi təyyarə cəlb olunacaq.

Ermənistanın xarici işlər nazirisə bu təlimin keçirilməsini pisləyib. Onun fikrincə, bu, sülh üçün əlverişli mühitin yaranmasına xidmət etmir.

Tərəflər arasında danışıqlar nəzərdə tutulur

Təlimlər Ermənistanın baş naziri Nikol Paşinyan ilə Azərbaycan prezidenti İlham Əliyev arasında görüşünün keçiriləcəyi ərəfədə başlayıb. Yaxın günlərdə tərəflər ilk dəfə olaraq Dağlıq Qarabağ bölgəsinin taleyini ətraflı müzakirə edəcək. Düzdür, hələ ki, danışıqların vaxtı tam dəqiqləşməyib. Amma hər iki tərəf görüşün keçirilməsinə razılıq verib.

Ermənistan Xarici İşlər Nazirliyinin sözcüsü Anna Nağdəlyan AFP-yə bildirib ki, Yerevan danışıqların “aynına tapança sıxılmış” vəziyyətdə keçirilməsini qəbul etmək niyyətində deyil.

Bitmək bilməyən münaqişə

Əhalisinin əksəriyyətini ermənilərin təşkil etdiyi Dağlı Qarabağ bölgəsi 1991-ci ildə Ermənistanın dəstəyilə birtərəfli qaydada müstəqilliyini elan edib. Bununla da tərəflər arasında müharibə başlayıb.

Otuz min insanın ölümünə və yüz minlərlə insanın qaçqına çevrilməsinə səbəb olmuş müharibə 1994-cü ilədək davam edib və həmin il tərəflər arasında atəşkəs elan olunub. Bununla belə, Bakı ilə Yerevan sülh sazişi imzalamağa nail olmayıb və tərəflər arasında silahlı qarşıdurmalar bu gün də davam edir.

Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: RFI


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az