17.09.2019 16:38
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
VİDEO| Əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan yevangelist liderlərə qucaq açdı

 
 



CBN NEWS, ABŞ
12.03.2019


Müəllif: Kris Mitçel

Bu yaxınlarda 10-dan çox yevangelist keşişi rəsmi səfərlə Azərbaycana gedib. Görəsən bu müsəlman ölkəsinin prezidentini yevangelist xristianlar niyə maraqlandırır? Bunu “CBN News”un Yaxın Şərq bürosunun rəhbəri Kris Mitçel izah edir.

Şimaldan Rusiya, cənubdan İranla həmsərhəd olan Azərbaycan Xəzər dənizinin sahilində yerləşir. Şiə və sünni müsəlmanlar arasında sıx əlaqələrin olduğu, xristianlarla yəhudilərin isə azad yaşadığı bu postsovet respublikası tolerantlığın ən doğru yol olduğuna inanır.

Mübariz Qurbanlı (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri): “Bu gün dialoq çox vacibdir. Çünki dünyanın müxtəlif hissələrində çox sayda münaqişə və müharibə yaşanır. Odur ki, dialoqa ehtiyac var”.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 15 yevangelist lideri və ravini qəbul edib.

Mübariz Qurbanlı: “Azərbaycan müsəlman ölkəsidir. Buna rəğmən, ölkəmiz 3 müxtəlif dinin vətənidir. Odur ki, belə tədbirə ev sahibliyi etməyimiz mühüm əhəmiyyət kəsb edir”.

Qurbanlı “CBN News”a deyib ki, ölkəsi bu dialoqda öz keçmişinə əsaslanır. Azərbaycanda hələ islam yayılmamışdan 800 il əvvəl iudaizm və xristianlıq daxil olmaqla, çox sayda din mövcud olub.

Mübariz Qurbanlı: “Odur ki, tarix bizə toleranlıq və qarşılıqlı anlaşma kimi ideyaları gerçəkləşdirmək üçün yaxşı imkan yaradıb”.

Kris Mitçel: “Yevangelist liderlərin Azərbaycana səfəri prezident İlham Əliyevin ravin Mark Şnayerdən bunu istəməsilə baş tutub. Şnayer 15 ildir müsəlmanlarla yəhudilər arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində çalışır. O, xristianlarla müsəlmanlar arasında qarşılıqlı anlaşmanın olması üçün də Robert Störnslə birgə səy göstərir. Azərbaycana səfər ilk belə vacib addım idi”.

Mark Şnayer (ABŞ Etnik Anlaşma Fondunun prezidenti): “Dünyada 57 müsəlman dövləti var. Azərbaycan daha mütərəqqi, inklüziv, mərkəzçi və mötədil islamın təqdim olunduğu ölkədir. O, İsraili dəstəkləyir”.

Baş Keşiş Robert Störns (“İqls Vinqs” təşkilatının rəhbəri): “Hesab edirəm ki, bu, Müqəddəs hakimiyyətdə qeyri-adi andır. Tanrı hər yerdədir və biz bunun necə olduğunu təsəvvür belə edə bilmərik”.

Nümayəndə heyəti Azərbaycanın paytaxtı Bakıda öncə Fəxri Xiyabanı və 1990-cı ildə Sovet İttifaqı ordusu tərəfindən qətlə yetirilmiş mülki vətəndaşların dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri deyir ki, nümayəndə heyətinin əlaqələr qurmaq niyyəti dinə deyil, ümumi insanlıq dəyərlərinə əsaslanır. O, nahar zamanı nümayəndə heyətini öz iqamətgahında qəbul edib. Keşişlər bundan mütəəsir olublar.

Pator Veyn Qrem (“Kinqs Park” Beynəlxalq Kilsəsi): “Bu ölkədəki dinlərarası ünsiyyət və münasibət məni çox təəccübləndirdi. Bu, müxtəlif konfessiyalar arasında həqiqi dostluqdur. Bunu ABŞ-da belə, görə bilməzsiniz. Bu gün bizim ölkəmizdə qeyri-tolerantlıq halları çoxdur”.

Şnayer bunun müsəlmanlarla yevangelistlər arasında barışığın yaranması istiqamətində atılmış ilk addım olduğuna inanır.

Störns isə bunu Müqəddəs hakimiyyətin yaradılması üçün imkan sayır.

Baş Keşiş Robert Störns: “Bu, Azərbaycan üçün möhtəşəm xeyir-dua anı ola bilər. Odur ki, bütün dünyadakı xristian kilsələrini Tanrının şöhrətinin bu ölkəyə gəlməsi üçün mənimlə birgə dua etməyə çağırıram”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CBN NEWS


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az