25.05.2019 17:07
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Avropa Liqasının finalı: “Çelsi” - “Arsenal”
 
24.05.2019
RTBF.be, Belçika
 

  Qafqazda müharibə və tərəqqi
 
24.05.2019
24 Horas, Meksika
 

  FOTOREPORTAJ| Bakı: Avropa Liqasının finalı zamanı qalmalı, yeyib-içməli, şopinq etməli məkanlar
 
24.05.2019
INDEPENDENT, Böyük Britaniya
 

  Yay tətili üçün möhtəşəm Bakı çimərlikləri - FOTO
 
24.05.2019
Newsparsi, İran
 

  Mxitaryan Azərbaycanda niyə oynamayacaq?
 
23.05.2019
BESOCCER, İspaniya
 

 
 
Belarusun Azərbaycana satdığı “Polonez” Ermənistanın hər nöqtəsini vurmağa qadirdir

 
 



168hours, Ermənistan
14.03.2019


Müəllif: Zvart Xaçaturyan

“Dilimizdə belə bir söz var: tülkünün ağzı üzümə çatmadıqda, deyir kaldır. İndi, Ermənistan deyir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsi bizim üçün ikinci, hətta üçüncü dərəcəli vəzifədir. Halbuki, Azərbaycanın prezidenti KTMT-nin baş katibi postunu kimin tutmasının ölkəsi üçün böyük önəm daşıdığını söyləyir”.

Bunu “168 hours”a hərbi ekspert Van Hambarsumyan deyib. “O, bunu hələ Yuri Xaçaturovun KTMT-nın baş katibi olduğu dövrdə deyirdi. Fikrimcə, bu vəziyət Ermənistan üçün həyati əhəmiyyət daşıyır”, - deyə ekspert bildirib.

Hambarsumyan xatırladır ki, KTMT-nin baş katibi Ermənistanın nümayəndəsi olan zaman qoşunların təmas xəttindəki hər bir insident dərhal qeydə alınır və təşkilatın qarşısında qaldırılırdı. Yəni bu, Yerevanın maraqlarına xidmət edirdi: “Amma bu gün bu insidentləri heç kəs qeydə almır, ona reaksiya vermir. Bu gün KTMT-nin baş katibinin vəzifəsini Belarus nümayəndəsi Stanislav Zas icra edir və Azərbaycan onun ikinci vətənidir!”.

“Belarusun Azərbaycana “Polonez” tipli komplekslərin satmasının vasitəçisi və təşəbbüskarı məhz Zas olub. Bu komplekslər Ermənistanın bütün ərazisini vurmağa qadirdir. Təsadüfi deyil ki, Ermənistanın baş naziri o zaman qarşı tərəfə “bu silahları Ermənistanın işğal olunması üçünmü satırlar?” sualını verib. Stanislav Zas hərbi təhsilini Bakıda alıb. Onun Azərbaycanın müdafiə naziri, Silahlı Qüvvələrin Baş Qərargah rəisilə isti münasibətləri, İlham Əliyevlə isə dostluq münasibətləri var. Zas ailəsilə birlikdə Azərbaycanda istirahət edir. İndi anlayırsınızmı ki, bu vəzifədən Ermənistanın nümayəndəsini süni yolla, əsassız olaraq məhrum ediblər? Ola bilsin ki, indi bu vəzifəyə məhz Azərbaycanpərəst Stanislav Zas gətiriləcək”, - deyə hərbi ekspert bildirib.

Van Hambarsumyan hesab edir ki, Stanislav Zasın KTMT-nın baş katibi vəzifəsinə təyin edilməsi Azərbaycan üçün əsl “cek-pot” olacaq. Onun fikrincə, bu, Ermənistan hakimiyyətinin düşünülməmiş addımları nəticəsində İlham Əliyevə edilmiş Yeni il hədiyyəsidir. Ekspert bu yerdə KTMT-nin dünyada NATO-dan sonra ikinci böyük hərbi təşkilat olduğunu da xatırladıb.

“NATO-nun bu xəbərdən nə qədər sevindiyini təsəvvür edirsinizmi? Faktiki olaraq, KTMT-nın keçmiş baş katibi “cinayətkar”dır, çünki öz xalqına qarşı “qırğın törədib””, - deyə ekspert qeyd edib.

“Belə bir şəraitdə Ermənistanın NATO-nun yanında da etimadını itirə bilərmi?” sualına Van Hambarsumyan belə cavab verib: “Ümumiyyətlə, başqa dövlətlərdə Ermənistana qarşı böyük inam yoxdur. Bir ölkənin baş naziri öz xalqına “sizi divara vuraram, asfalta sərərəm” deyirsə, düşünmürəm ki, başqa ölkələr onu ciddi tərəfdaş və ya müttəfiq kimi qəbul etsin. Türkiyə NATO-nun çox nüfuzlu üzvüdür və aydındır ki, Ankaranın maraqlarına xidmət edən təşkilat Ermənistanın maraqlarını nəzərə ala bilməz. Bu gün Ermənistan böyük təhlükələr qarşısında tənhadır”.

(Erməni dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: 168hours


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az