25.05.2019 17:10
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Avropa Liqasının finalı: “Çelsi” - “Arsenal”
 
24.05.2019
RTBF.be, Belçika
 

  Qafqazda müharibə və tərəqqi
 
24.05.2019
24 Horas, Meksika
 

  FOTOREPORTAJ| Bakı: Avropa Liqasının finalı zamanı qalmalı, yeyib-içməli, şopinq etməli məkanlar
 
24.05.2019
INDEPENDENT, Böyük Britaniya
 

  Yay tətili üçün möhtəşəm Bakı çimərlikləri - FOTO
 
24.05.2019
Newsparsi, İran
 

  Mxitaryan Azərbaycanda niyə oynamayacaq?
 
23.05.2019
BESOCCER, İspaniya
 

 
 
Essyenin yeni ünvanı Azərbaycandır

 
 



Milliyet, Türkiyə
15.03.2019


Müəllif: Onur Dinçer

Azərbaycanın Səbail” futbol klubu ulduz futbolçu Maykl Essyen ilə transfer müzakirələrinə başladığını bəyan edib.

Qana futbolunun ən önəmli ulduzlarından olan Maykl Essyen futbol həyatını sürpriz sayılacaq şəkildə davam etdirməyə hazırlaşır. Son dəfə İndoneziyanın “Persib Bandung” klubunun formasını geydikdən sonra komandasız qalmış 36 yaşlı futbolçu Azərbaycana yollanır.

Klub rəsmən elan edib

Milli komanda karyerasını başa vursa da, klub səviyyəsində futbol oynamağa davam edən, futboldan getməyi düşünməyən Maykl Essyen karyerasını Azərbaycanın “Səbail” klubunda davam etdirəcək. Klunub rəsmi internet saytında yer almış məlumatda deyilir ki, “klubumuz dünya miqyasında məşhur futbolçu olan Essyen ilə danışıqlara başlayıb”.

Son detallar müzakirə edilir

Artıq yeni klubunun forması ilə şəkil də çəkdirmiş qanalı futbolçu ilə danışıqlarda son detalların razılaşdırılmasından sonra Essyen Bakıda “Səbail”lə müqavilə imzalayacaq. Azərbaycanda transfer mövsümü başa çatsa da, klubsuz və ya sərbəst futbolçularla müqavilə imzalana bilər.

Nəhəng klublarda çıxış edib

58 dəfə Qana milli komandasının formasını geymiş və bu matçlarda 9 qol vurmuş Maykl Essyen indiyədək “Çelsi”, “Real Madrid”, “Milan” və “Lion” kimi klublarda çıxış edib.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Milliyet


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az