18.04.2019 22:21
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
“Eurovision 2019”: Azərbaycanı təmsil edəcək Çingiz Mustafayev kimdir?

 
 



Le Figaro, Fransa
25.03.2019


Müəllif: Damyen Mersero

Azərbaycan Təl-Əvivdə – “Convention Center”də keçiriləcək 64-cü “Eurovision” mahnı müsabiqəsinə 28 yaşlı ifaçısını göndərmək qərarını açıqlayıb.

Müğənni

Çingiz Mustafayev Rusiyanın Moskva şəhərində anadan olub. 6 yaşından Azərbaycanda yaşayır. Hazırda 28 yaşı olan ifaçı 2007-ci ildə “Azərbaycan ulduzu” mahnı müsabiqəsinin qalibi olub. Daha sonra 2016-cı ildə “The Voice of Ukraine” müsabiqəsinin altıncı mövsümündə iştirak edib. Əvvəllər “Palmas” qrupu ilə çıxış edən müğənni sonradan solo karyeraya başlayıb.

Mahnı

Hər il olduğu kimi, bu il də Azərbaycan müsabiqədə ingilis dilində mahnı ilə təmsil olunacaq. Pop-rəqs musiqisi janrında olan “Truth” mahnısı Borislav Milanov, Trey Kempbel, Bo J, Hosted və Pablo Dinero tərəfindən hazırlanıb. Bu, tamaşaçıların dərhal uyğunlaşa biləcəyi hipereffektiv kompozisiyadır.

Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində iştirakının tarixçəsi

- İlk iştirak: 2008-ci il

- İştirak sayı: 11

- Ən yaxşı nəticə: 2011-ci ildə qazanılmış qalibiyyət (Ell & Nikki dueti “Running Scared” mahnısı ilə)

Beləliklə, Azərbaycan iştirak etdiyi 11 “Eurovision” müsabiqəsində 1 dəfə qalib gəlməyə, 4 dəfə ilk beşliyə düşməyə müvəffəq olub. Üstəlik, ötən ilədək heç bir azərbaycanlı iştirakçı final mərhələsindən kənarda qalmamışdı. Yalnız keçən il Lissabonda keçirilmiş yarışda Aysel “X My Heart” mahnısı ilə yarımfinal mərhələsində 11-ci yeri tutub.

Bu il Təl-Əvivdə təşkil olunacaq yarışda Çingiz mayın 16-da keçiriləcək ikinci yarımfinalda çıxış edəcək.

Bilmək maraqlıdır

64-cü “Eurovision” mahnı müsabiqəsi mayın 14-dən 18-dək Təl-Əvivin “Convention Center” mərkəzində Var Rafaeli, Erez Tal, Assi Azar və Lusi Ayının təqdimatı ilə keçiriləcək. Ümumilikdə yarışda 41 ölkə iştirak edəcək. Onlardan 35-i finala adlamaq üçün yarımfinaldan keçməlidir. Son qalib İsrail, həmçinin “Böyük beşlik” ölkələri (bu müsabiqənin beş əsas maliyyə dəstəkçisi olan Fransa, Birləşmiş Krallıq, Almaniya, İtaliya və İspaniya) birbaşa finalda iştirak edəcək.

Fransa müsabiqədə Bilal Hasaninin “Kral” mahnısı ilə təmsil olunacaq.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Le Figaro


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az