26.06.2019 10:01
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
“Peugeot Khazar” satışa hazırdır - QİYMƏT

 
 



Shabestan, İran
05.04.2019


İranın “İran Khodro” və Azərbaycanın “Azərmaş” şirkətlərinin müştərək təsis etdiyi avtomobil zavodunun açılışı İran prezidentinin Bakıya ötən ilin martında etdiyi səfər zamanı olmuşdu. Müxtəlif avtomobillərin istehsalından sonra zavod “Peugeot” markalı avtomobillərini də satışa çıxarır.

“Shabestan” xəbər verir ki, İranla Azərbaycan siyasi, iqtisadi və mədəni sahələrdə geniş əməkdaşlıq edir və iki ölkə rəsmilərinin görüşləri nəticəsində indiyədək bir çox razılaşma və saziş imzalanıb. Tehranla Bakı arasında həyata keçirilən əməkdaşlıq sahələrindən biri də avtomobil istehsalıdır. Bu məqsədlə Bakıdan 168 kilometr cənubda yerləşən Neftçala sənaye zonasında İranın “İran Khodro” və Azərbaycanın “Azərmaş” şirkətlərinin müştərək müəssisəsi olan avtomobil zavodu inşa olunub. O, İran prezidenti Həsən Ruhaninin Azərbaycana 2018-ci ilin martında etdiyi səfər zamanı istismara verilib.

Zavodun illik istehsal gücü müxtəlif modellər olmaqla, 10 min minik avtomobilidir. “İran Khodro” istehsalat birliyində 25%-lik paya malikdir. Zavodda müasir texnologiya, qabaqcıl avadanlıqlar və texnikadan istifadə olunur. Birgə avtomobil zavoduna qoyulmuş ümumi investisiyanın həcmi 24 milyon manatdır. Əldə olunmuş razılığa əsasən, zavodun fəaliyyəti üçün nəzərdə tutulan ümumi sərmayənin 25%-i İranın avtomobil istehsalı şirkəti tərəfindən yatırılıb.

Bu ilin yanvarında “Azərmaş” şirkətinin İdarə Heyətinin sədri Emin Axundov fevraldan zavodda “Peugeot” markalı avtomobillərin də istehsal ediləcəyini bildirmişdi. O, demişdi ki, “Peugeot Khazar” adlanacaq yeni avtomobillər avtomatik sürət qutusu ilə təchiz olunacaq. Onların mühərrikinin həcmi 1600-1700 sm3, qiyməti modeldən və mühərrik həcmindən asılı olaraq, 17-21 min manat arasında dəyişəcək.

Nəhayət, bu xəbərdən iki ay sonra “Peugeot” avtomobillərinin satışına başlanılıb. “Bu avtomobillər bazara yeni daxil olub. Onlar 17500 manata (10 min dollardan artıq) satılır və vətəndaşların onlara marağı yüksəkdir”, - deyə Axundov qeyd edib. Emin Axundovun dediyinə görə, hazırda “Peugeot” avtomobillərinin ixracına başlanılması istiqamətində iş aparılır.

2018-ci ildə zavodda mindən artıq minik avtomobili istehsal olunub. Onların 95%-i satılıb. İstehsal olunmuş avtomobillərin 40%-i Azərbaycanın dövlət qurumları tərəfindən alınıb. Statistik rəqəmlər bu avtomobillərə vətəndaşların da böyük maraq göstərdiyini ortaya qoyur.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Shabestan


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az