10.12.2019 22:21
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTOREPORTAJ| Azərbaycanda uzunömürlülüyün sirri dağ havasıdır?
 
10.12.2019
CNN, ABŞ
 

  Azərbaycan modernləşmək üçün növbədənkənar seçkiyə hazırlaşır
 
10.12.2019
EurActiv, Aİ
 

  Bakı-Yerevan: güclü ordu yoxsul ölkəyə qarşı
 
10.12.2019
ANAJ, İran
 

  Qışda Bakı
 
09.12.2019
Titrebartar, İran
 

  Avro-2020: Bakıya necə getmək olar?
 
09.12.2019
GOAL.COM, Türkiyə
 

 
 
Səfir Əlizadə: “Heydər Əliyev Fondu Pakistanda humanitar fəaliyyəti davam etdirəcək”

 
 



DNA, Pakistan
08.04.2019


Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Müzəffərabad şəhərində yerləşən, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adına olan qızlar məktəbini ziyarət edib. Səfir bildirib ki, Heydər Əliyev Fondu Pakistanın müxtəlif bölgələrində humanitar və xeyriyyəçilik fəaliyyətini davam etdirəcək.

Ə.Əlizadə orta məktəbin müəllimləri və şagirdlərilə görüşüb. Ölkədə 2005-ci ildə baş vermiş zəlzələ zamanı bu məktəb yararsız hala düşmüşdü. O, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən yenidən inşa olunub. Ə.Əlizadə məktəbi ziyarət etməkdən məmnunluğunu ifadə edib.

Bu il Heydər Əliyev Fondunun yaranmasının 15-ci ildönümü olduğunu xatırladan diplomat deyib: “Fond bu illər ərzində Pakistanla əlaqələrə xüsusi diqqət yetirib. Fondun prezidenti, birinci xanım Mehriban Əliyeva Pakistanla əlaqələrə və əməkdaşlığa xüsusi diqqət edir”.

Səfir Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə, həmçinin Pakistanda sosial-humanitar sahə daxil olmaqla, təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ətraf mühit və s. sahələrdə həyata keçirdiyi layihələr haqda məlumat verib. Onun sözlərinə görə, Müzəffərabad şəhərində 400 şagirdlik məktəbin tikintisi bunun ən yaxşı nümünəsidir: “Bu, Azərbaycanla Pakistan arasındakı dostluq və qardaşlıq əlaqələrinin təzahürüdür”. Əlizadə qeyd edib ki, Fond bu məktəbə hər zaman diqqət göstərir və o, səfir kimi buranı mütəmadi olaraq ziyarət edir: “Bu məktəblə əlaqələrimiz gələcəkdə də davam edəcək”.

Azərbaycanlı diplomat Heydər Əliyev Fondunun adından məktəbə və şagirdlərə hədiyyələr – komputerlər, printerlər, idman ləvazimatları, dərsliklər, çantalar, oyuncaqlar, Fondun nəşrlərini və s. verib.

Məktəbin direktoru Şirin Qadri bildirib ki, bu məktəb Heydər Əliyev Fondu tərəfindən Pakistan üçün çətin və ehtiyac duyulduğu zamanda tikilib. O, Fondun bu addımını yüksək qiymətləndirib. Direktor məktəbdə tədris üçün yaradılmış yaxşı şəraitə, diqqətə, qayğıya görə Azərbaycan dövlətinə, xüsusilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıq bildirib.

Sonda şagirdlər Fondun 15 illik yubileyinə həsr olunmuş tamaşalar göstəriblər.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: DNA

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az