18.07.2019 17:36
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
İran-Azərbaycan əlaqələri hərtərəfli genişlənir

 
 



IRNA, İran
10.04.2019


2018-ci il İranla Azərbaycan arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin dinamik inkişafı ili olub.

İran prezidenti Həsən Ruhaninin 2018-ci il martın sonunda yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə Azərbaycana etdiyi səfər, bu zaman əməkdaşlıq haqqında bir neçə sənədin imzalanması, eyni zamanda, iki ölkənin səyləri və əməkdaşlığı nəticəsində tikilmiş bir neçə iqtisadi müəssisənin açılışı, eləcə də 2018-ci il ərzində yüksək vəzifəli rəsmilərin qarşılıqlı səfərləri Bakı ilə Tehran arasında yüksək səviyyəli qarşılıqlı fəaliyyətin göstəricisidir. Beləliklə, bu yazıda iki ölkə arasındakı əməkdaşlığın əsas istiqamətlərinə bəzər salacağıq.

Siyasi əlaqələr

İran İslam Respublikası ilə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olması, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üçün dövlət rəsmilərinin ciddi iradəsi ölkələr arasında əməkdaşlığın bütün sahələrdə, xüsusilə də iqtisadi və mədəni sahələrdə inkişafını və genişəndiriməsini, habelə birgə mühüm ikitərəfli və regional layihələrin həyata keçirilməsini təmin edib. İran təqvimi ilə 1397-ci (2018) ilin ilk günlərində ölkə başçısı Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri və iki ölkə arasında 8 mühüm sənədin imzalanması ilə yadda qalıb: qadın və ailə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, idman və gənclər sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, İran və Azərbaycan arasında mədəni mübadilə proqramı, səhiyyə və müalicə sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu, Xəzərdə kəşfiyyat bloklarının birgə işlənilməsi üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu, Sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu, iqtisadi əməkdaşlıq üzrə Anlaşma Memorandumu və Rəşt-Astara dəmir yolu xəttinin tikintisi üzrə müştərək investisiya sazişi.

“Azərmaş” və “İran Khodro” şirkətlərinin təsis etdiyi müştərək avtomobil zavodunun açılışı, Astara dəmir yolu xətti layihəsinin və elektrik stansiyasının istismara verilməsi İran prezidentinin Azərbaycana səfəri çərçivəsində həyata keçirilmiş işlərdəndir.

Səfər zamanı İran-Azərbaycan əlaqələrini bölgənin və dünyanın xeyrinə olduğunu bildirən prezident Ruhani deyib: “Biz bu gün iki xalq və iki dövlət arasında ən yaxşı münasibətlərin olduğu görürük. Bu səfər zamanı da biz Azərbaycan Respublikası ilə ciddi və tarixi qərarlar qəbul etdik. Bu qərarlar növbəti illərdə xalqlarımız üçün daha aydın olacaq”.

“Azərbaycanın təhlükəsizliyi və inkişafı, İranın təhlükəsizliyi və inkişafı deməkdir. Biz bir ailənin üzvləriyik və mövcud imkanlardan birgə istifadə etməmiz lazımdır”, - deyə H.Ruhani qeyd edib: “İran-Azərbaycan ikitərəfli münasibətləri üçtərəfli və çoxtərəfli əlaqələr səviyyəsinə yüksəlməlidir, bu zaman biz daha etibarlı və sabit bir şəbəkənin qurulduğuna şahidlik edə bilərik”.

Həsən Ruhaninin Bakıya səfərini tarixi səfər adlandıran Azərbaycan prezidenti İlham Əliyev isə deyib: “Bu səfər çərçivəsində iki ölkə arasında tarixi sənədlər imzalanıb və biz gələcəkdə bunun nəticələrini görəcəyik. O, bu səfərin iki ölkə əlaqələrinin inkişafında səmərəli rol oynayacağını bildirib: “Bu səfər ölkələrimiz arasında ticarət əlaqələri haqda geniş fikir mübadiləsi aparmaq üçün əlverişli imkan yaradıb. Hesab edirik ki, münasibətlərin hazırkı səviyyəsi mövcud potensiala savab vermir. İranla Azərbaycan hərbi və təhlükəsizlik sahəsində də yaxşı əməkdaşlıq edir və bu istiqamətdə məsləhətləşmələr davam edir”.

İran-Azərbaycan əlaqələrinin və əməkdaşlıq səviyyəsinin dünyada qonşuluq nümunəsi olduğunu deyən Əliyevin sözlərinə görə, son dörd ildə həyata keçirilmiş qarşılıqlı fəaliyyət qəbul edilmiş qərarların, görülmüş işlərin iki xalq üçün yaxşı nəticələr verdiyini göstərib. İki ölkə münasibətlərinin gündən-günə inkişaf etdiyini vurğulayan İlham Əliyev deyib: “Bu, mənimlə möhtərəm İran prezidenti arasında son 4 ildə baş tutan 11-ci görüşdür. Bu müddət ərzində mən İrana 4 dəfə İrana səfər etmişəm. Bu isə prezident Ruhaninin Azərbaycana 3-cü səfəridir”.

Dağlıq Qarabağ münaqişəsilə bağlı İranın mövqeyini yüksək qiymətləndirən İlham Əliyev deyib ki, Azərbaycan da beynəlxalq məsələlərdə İranın yanındadır. “İranla Azərbaycan regionda əməkdaşlıq çərçivəsi formalaşdırıb. İran, Azərbaycan və Rusiya prezidentlərinin Bakıda və Tehranda üçtərəfli görüşləri, eləcə də İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görsüşü, İran, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşü bu çərçivədə regional əməkdaşlığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir”, - deyə o, qeyd edib: “İran-Azərbaycan əlaqələri bölgədə təhlükəsizlik və sabitlik üçün mühüm amilə çevrilib və əminəm ki, bu səfər hər iki ölkə üçün böyük nəticələr verəcək”.

Bakı ilə Tehran arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsi ötən ilin iyununda İranın Prezident Administrasiyası rəhbəri Mahmud Vaezinin Azərbaycana səfəri zamanı da müzakirə olunub. Azərbaycan prezidenti İlham Əliyev Vaezi ilə görüşündə Bakı-Tehran əlaqələrinin inkişafı ilə bağlı ciddi iradənin olduğunu söyləyib. Onun sözlərinə görə, Tehran-Bakı münasibətlərinin genişləndirilməsi üçün heç bir məhdudiyyət yoxdur və heç kəsin bu işə müdaxiləsinə imkan verilməyəcək.

Əliyev Bakının Tehranla əldə etdiyi razılaşmala sadiq olduğunu da söyləyib: “İkitərəfli sazişlərin tam və daha sürətlə icrası Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”.

Bakıya səfərini olduqca məhsuldar adlandıran Vaezi isə bildirib ki, Azərbaycan rəsmiləri ilə görüşdə beynəlxalq məsələlər, o cümlədən ABŞ-ın siyasət və ticarət sahələrindəki birtərəfli addımları müzakirə olunub: “Xoşbəxtlikdən, iki ölkənin bununla bağlı mövqeyi çox yaxındır”.

General Baqerinin Bakıya səfəri

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Baqerinin Bakıya səfəri zamanı iki ölkə arasında hərbi, müdafiə, hərbi-texniki və təhlükəsizlik sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Səfər çərçivəsində Azərbaycanla İran arasında hərbi əməkdaşlığa dair protokol imzalanıb. Sənəd hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.

Tehranla Bakının bölgədə sülh, sabitlik və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olduğunu, bu istiqamətdəki birgə səyləri qeyd edən general Baqeri deyib: “Hər iki ölkə hərbi və hərbi-texniki sahədə əlaqələrin genişləndirilməsi, sərhədlərdə təhlükəsizliyin təmini üzrə əməkdaşlığa ciddi maraq göstərir”. General ölkəsinin terrorçuluqla mübarizə sahəsində fikir mübadiləsi aparmağa hazır olduğunu da bildirib.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov da İranla Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığının genişləndirilməsini əhəmiyyətini vurğulayıb: “Əminəm ki, bu səfərdən sonra iki ölkənin hərbi əməkdaşlığı ən yüksək səviyyəyə çatacaq. Bu görüş Azərbaycan-İran müştərək hərbi komissiyasının fəaliyyətinə baxılması üçün də əlverişli imkan oldu”.

Azərbaycanla İran arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Tehrana səfəri zamanı da müzakirə edilib. Səfər çərçivəsində Məmmədyarov İran prezidenti Həsən Ruhani, ölkə parlamentinin sədri Əli Laricani, Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şamxani, eləcə də iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb.

Məmmədyarovla görüşdə İran-Azərbaycan əlaqələrinin səviyyəsindən məmnunluğunu bildirən Həsən Ruhaninin sözlərinə görə, ölkənin bütün rəsmi orqanları Azərbaycanla münasibətlərin genişləndirilməsini dəstəkləyir.

Məhəmməd Cavad Zərif isə azərbaycanlı həmkarı ilə görüşdə İranın Azərbaycanın təhlükəsizliyini və inkişafı öz təhlükəsizliyi və inkişafı hesab etdiyini söyləyib.

Əli Laricani də Məmmədyarovla görüşdə İran parlamentinin iki ölkə əlaqələrinin inkişafını tam dəstəklədiyini vurğulayıb.

İqtisadi əlaqələr

2018-ci il İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq baxımından da əhəmiyyətli il sayılır. Həmin il iki ölkə bir neçə müştərək iqtisadi layihə reallaşdlrlb. Məsələn, İran prezidentinin Azərbaycana səfəri çərçivəsində Bakıdan 168 kilometr cənubda yerləşən Neftçala sənaye zonasında iki ölkənin müştərək avtomobil zavodunun açılışı olub.

“Azərmaş-İran Khodro” müştərək avtomobil zavodunun tikintisinə 2016-cı ildə başlanmışdı. Onun istehsal gücü ildə 10 min ədəd minik avtomobilidir. “İran Khodro”nun bu istehsalat birliyindəki payı 25% təşkil edir.

Qabaqcıl texnologiyanın və müasir texnika və avadanlıqların istifadə olunduğu zavodda “Rana”, “Samand”, “Dena”, “Peugeot 206”, “Peugeot 207”, “Renault”, “Renault pikap” və “Renault Tondar” minik avtomobilləri istehsal olunur. “İran Khodro”ya məxsus 25%-lik pay zavodda layihələndirmə, avadanlıqların quraşdırılması və istismarı, texniki-mühəndis xidmətlərinin göstərilməsindən ibarətdir. Burada ilkin mərhələdə ildə 6 min minik avtomobilinin istehsalı planlaşdırılır. 2018-ci ildə istehsal olunmuş 1000 ədəd avtomobil Azərbaycanın daxili bazarında stılıb. Hazırda zavod məhsullarının bir sıra qonşu ölkələrə ixracı üçün danışıqlar daparılır.

Prezident Həsən Ruhaninin Azərbaycana səfəri zamanı həmçinin Astara-Astara dəmir yolu xəttinin birinci fazasının da açılışı olub. Açılış İran və Azərbaycan dövlət başçılarının iştirakı etdiyi birgə iqtisadi forumunda rəmzi şəkildə keçirilib.

Astara-Astara layihəsi “Şimal-Cənub” və “Şərq-Qərb” dəmir yolu dəhlizinin bir hissəsidir. Bu layihənin həyata keçirilməsi üçün Azərbaycan ərazisində 8,5, İran ərazisində 1,5 kilometrlik dəmir yolu xətti çəkilib.

İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıqın genişləndirilməsi məqsədilə keçən ilin martında Tehranda iki ölkə arasında elektrik enerjisi mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb. Bu ilin yayında Azərbaycandan İrana 180 Mvt elektrik enerjisinin ixracı ilə bağlı razılıq əldə edilib. Buna əsasən, Azərbaycanın “Azərenerji” dövlət şirkəti keçən ilin iyununda İrana elektrik enerjisinin ixracına başlandığını bildirib.

Azərbaycanın rəsmi mənbələri İran şirkətlərinin Azərbaycan iqtisadiyyatına yatırdığı ümumi investisiya həcmini 3 milyard 400 milyon dollar olduğunu deyir.

Azərbaycanın iqtisadiyyat naziri, İran-Azərbaycan dövlətlərarası iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Şahin Mustafayev bu ilin fevralında Rəşt-Qəzvin dəmir yolu xəttinin açılışında iştirak etmək üçün İrana səfər etmişdi. Səfər zamanı o, bildirmişdi ki, indiyədək Bakı ilə Tehran arasında müxtəlif sahələrdə 150-dən çox sənəd imzalanıb, iki ölkənin iqtisadi dairələrinin rəhbərləri və təmsilçilərinin iştirakı ilə 24 iqtisadi forum keçirilib.

Rəsmi məlumata görə, mindən çox İran şirkəti sənaye, inşaat, xidmət, rabitə, nəqliyyat və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərmək üçün Azərbaycanda dövlət qeydiyyatından keçib. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 74% artaraq, 446 milyon dollara çatıb.

Siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsi mədəni əməkdaşlığa təkan verib

İran İslam Respublikası ilə Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin möhkəmlənməsi mədəni sahədə əməkdaşlığa da təkan verib, hər iki ölkədə qarşılıqlı mədəni proqramların keçirilməsinə səbəb olub.

İranın mədəniyyət və islam oriyentasiyası naziri Seyid Abbas Salehinin Bakıya 2018-ci ilin iyulunda etdiyi səfəri zamanı bu ölkənin prezidenti və digər yüksək vəzifəli dövlət rəsmilərilə mədəni əlaqələrin inkişafı yolları müzakirə olunub. Azərbaycan prezidenti İlham Əliyev iranlı nazirlə görüşdə deyib: “Xalqlarımız arasındakı mədəni oxşarlıq o qədər dərinləşib və genişlənib ki, demək olar, İran və Azərbaycan eyni mədəniyyətə malikdir”.

Salehi isə öz növbəsində, Azərbaycanın dövlət başçısı ilə görüşünü səmərəli adlandırıb. “Görüşdə iki ölkənin müxtəlif mədəni sahələrdə, o cümlədən kino, musiqi, teatr, təsviri incəsənət, kitab və nəşriyyat sahələrində əməkdaşlığının əhəmiyyəti vurğulanıb. Bizim yekdil fikrimiz belədir ki, mədəni sahəyə əsaslanmaqla, münasibətləri daha da dinamikləşdirə bilərik”, - deyə o, bildirib.

Tərəflər mədəni sahənin ölkələr və xalqlar arasında, xüsusən də tarixi əlaqələrə malik İranla Azərbaycanın münasibətlərindəki rolunun əhəmiyyətini qeyd edib.

Mədəniyyət həftələrinin keçirilməsinin iki ölkəni bir-birinə daha da yaxınlaşdıra biləcəyini düşünən Salehi deyib: “Bu il mədəniyyət həftəsinin keçirilməsinə, Təbrizin islam dünyasının turizm paytaxtı, Naxçıvanın isə islam dünyasının mədəni paytaxı elan edilməsinin şahidi olduq. Bu, İran-Azərbaycan münasibətlərini daha da yaxınlaşdıra bilər”.

İranın mədəniyyət nazirinin Azərbaycana səfəri zamanı Bakı və Gəncə şəhərlərində İran mədəniyyəti həftəsi də təşkil olunub. Bu tədbirlər çərçivəsində müxtəlif mədəniyyət və incəsənət proqramları keçirilib. Bu, Azərbaycan vətəndaşlarının İranın zəngin mədəniyyəti və incəsənətilə yaxından tanış olmasına imkan yaradıb.

2018-ci ilin oktyabrında IRNA Dövlət İnformasiya Agentliyinin baş direktoru Seyid Ziya Haşemi də Azərbaycanda səfərdə olub. 2018-ci ilin oktyabrında baş tutçuş səfər zamanı IRNA ilə “AZƏRTAC”ın iki ölkə reallıqlarının qarşılıqlı olaraq ictimaiyyətə çatdırılması, eyni zamanda, yalan xəbərlərin yayılmasının qarşısının alınmasında əməkdaşlıq etməsi müşzakirə olunub.

Bakıya Qlobal Humanitar Forumda iştirak etmək üçün yollanmış Haşemi orada “AZƏRTAC” Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanovla görüşüb. İki agentlik arasında sıx əməkdaşlığının digər informasiya qurumları üçün nümunə olduğunu vurğulayan Haşemi deyib: “KİV arasında sıx əlaqələr iki ölkə xalqlarının münasibətlərinin genişlənməsinə töhfə verir”.

Ötən il İranın Bakıdakı səfirliyinin Mədəniyyət Mərkəzi tərəfindən də hər il olduğu kimi, İranın islam mədəniyyəti və incəsənətinin təbliği, iki qonşu ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi istiqamətində müxtəlif proqramlar həyata keçirilib. Müxtəlif dini və bədii kitabların tərcüməsi və nəşri, mədəniyyət, incəsənət və elm xadimlərinin qarşılıqlı səfərlərinin təşkili, Azərbaycanın dövlət, elm, mədəniyyət və akademik qurumlarının dəstəyilə fars dili təlim kurslarının və olimpiadalarının keçirilməsi İranın Bakıdakı Mədəniyyət Mərkəzinin fəaliyyətinə daxildir.

Ötən il yenə də həmin Mədəniyyət Mərkəzinin dəstəyilə İranın “Xarəzmi” Universiteti ilə Bakı Ali Neft Akademiyası arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənəd professor və tələbə mübadiləsi, birgə təlim seminarlarının keçirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər texniki və mühəndis təcrübəsinin ötürülməsi, tədqiqatların elmi səviyyəsinin artırılması, professor mübadiləsi, tələbələrin mütəmadi səfərləri, ixtisaslaşdırılmış görüşlər və konfransların təşkili sahəsində əməkdaşlıq edəcək.

Bakı ilə Tehran regional əməkdaşlıq çərçivəsində əlaqələrin inkişafında maraqlıdır

2018-ci ildə İranla Azərbaycan ikitərəfli əlaqələrlə yanaşı, regional münasibətlər çərçivəsində əməkdaşlıq istiqamətində də birgə səyləri davam etdirib. Ötən ilin oktyabrında İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin İstanbulda keçirilmiş 6-cı görüşü regional əməkdaşlığın göstəricisi sayıla bilər. Görüşdə gündəlikdə duran məsələlərin geniş spektri və müxtəlif iqtisadi sahələrdə, o cümlədən tranzit, nəqliyyat, enerji, gömrük, həmçinin siyasi və regional əməkdaşlıqla bağlı məsələlər, xüsusilə bölgədə sülh və sabitliyə yardım yolları müzakirə olunub.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu görüşün sonunda deyib ki, hər üç ölkə regional məsələlərlə bağlı ortaq mövqedən çıxış edir və əməkdaşlıq üçün lazımi iradəyə malikdir.

“Hər üç ölkə regional problemlərin dialoq və sülh yolu ilə həllini vacib sayır. Bu məsələdə vahid iradə nümayiş etdirilir”, - deyə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu bildirib: “170 milyona qədər əhalisi olan üç ölkə arasındakı ticarətə nəzər saldıqda görürük ki, onun həcmi 10 milyard 650 milyon dollara çatır. Lakin biz İranla iaramızda ticarət dövriyyəsi həcminin 30 milyard dollara yüksəlməsinə çalışırıq. Azərbaycana gəlincə, onunla ticarət dövriyyəmizi 10 milyard dollara çatdırmaq istəyirik. Bunun reallaşması üçün investorların bu üç ölkədə sərmayə qoyuluşunun təşviqi vacibdir”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə görüşdə Azərbaycan, Türkiyə və İranın müştərək tarixi və mədəniyyətinə, son illərdəki üçtərəfli əməkdaşlığa toxunub: “Biz nəqliyyat sahəsində əməkdaşlıqda, ticarət əlaqələrinin genişləndirilməsində maraqlıyıq”.

2018-ci ildə regional əməkdaşlıq çərçivəsində Bakıda İran, Azərbaycan, Türkiyə və Rusiyanın rabitə nazirlərinin görüşü də keçirilib. Məhəmməd Cavad Azəri Cəhromi, Ramin Quluzadə, Məhəmməd Cahid Turhan və Konstantin Noskov “Bakutel-2018” beynəlxalq sərgisi çərçivəsində keçirilmiş görüşdə rabitə və informasiya texnologiyaları sahəsində dördtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Görüşdə startap ekosistemlərinin inkişafı, texnologiya parklarının layihələndirilməsi və idarə edilməsi istiqamətində informasiya və təcrübə mübadiləsinin aparılması, peyk xidmətləri sahəsində əməkdaşlıq, bu sahədə elmi mübadilə, ticarət məqsədli peyk xidmətləri, kibertəhlükəsizlik sahəsində əməkdaşlıq və müştərək kiber təlimlərin təşkili məsələlərindən danışıblar.

4 nazirin görüşündə poçt xidmətləri sahəsində əməkdaşlıq, nəqliyyat və tranzit imkanlarından istifadə edilməsi, yeni poçt xidmətləri sahəsində təcrübə mübadiləsi və beynəlxalq fiberoptik şəbəkələrin genişləndirilməsi sahəsində əməkdaşlıq da müzakirə edilib.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: IRNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az