26.06.2019 10:05
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
Azərbaycanlılar Əliyevin islahatlarını dəstəkləyir

 
 



Anadolu Ajansı, Türkiyə
13.04.2019


Müəllif: Ruslan Rəhimov

Fransız sorğu şirkətinin apardığı tədqiqata əsasən, azərbaycanlıların 90,5%-i prezident İlham Əliyevin siyasi, iqtisadi, ictimai, ədliyyə, təhsil və səhiyyə kimi sahələrdə apardığı islahatları, həmçinin onun sosial siyasətini yüksək qiymətləndirir.

Azərbaycanda aparılmış rəy sorğusu xalqın böyük əksəriyyətinin prezident İlham Əliyevin siyasətini bəyəndiyini, son dövrdə həyata keçirilən islahatları müsbət qarşıladığını ortaya qoyub. Mərkəzi Fransada yerləşən sorğu şirkətinin apardığı araşdırmaya əsasən, Əliyevin siyasi, iqtisadi, sosial, hüquq, təhsil və səhiyyə kimi sahələrdə son bir ildə apardığı islahatlar, həyata keçirilən sosial siyasət Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır.

Gənclərin yüksək vəzifələrə gətirilməsi, vətəndaşların devalvasiya üzündən artmış kredit borclarının silinməsi, Qarabağ müharibəsi şəhidlərinin ailələrinə maddi yardımın göstərilməsi, bəzi siyasi partiya və insan haqları təşkilatları tərəfindən “siyasi məhbus” olduqları iddia edilən şəxslərin əfvi, təbii fəlakət və ya yanğın səbəbilə zərər çəkmiş vətəndaşlara dövlətin dəstəyi və s. kimi son bir ildə görülmüş işlər İ.Əliyevin reytinqini artırıb.

Fransız şirkətinin keçirdiyi sorğuda məqsəd azərbaycanlıların ölkədəki ictimai-siyasi vəziyyətə, prezident ilham Əliyevin islahatlarına, hökumətin daxili və xarici siyasətinə münasibətini öyrənmək olub. Naxçıvan Muxtar Respublikasından başqa, bütün ölkə ərazisində keçirilmiş sorğuda iştirak etmiş şəxslərin 80,1%-i ölkədəki sosial və iqtisadi sabitliyi məhz Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi qiymətləndirib. Rəyi soruşulanların 85,1%-i “İlham Əliyevin son bir ildəki fəaliyyətlini necə qiymətləndirirsiniz?” sualına müsbət, 6,8%-i mənfi cavab verib. 8,1%-in cavabı “bilmirəm” olub.

Sorğu nəticəsində məlum olub ki, insanların 90,5%-i Əliyevin siyasi, iqtisadi, sosial, ədliyyə, təhsil və səhiyyə kimi sahələrdəki islahatlarını müsbət qiymətləndirir.

Bundan başqa, respondentlərin 75,6%-i İlham Əliyevin seçki öncəsi verdiyi vədləri yerinə yetirdiyini düşünür. Bunun əksini düşünənlər 5,8%-dir. 4,2% bu suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.

Sorğuda iştirak edənlərin əksəriyyəti prezident İlham Əliyevin son kadr dəyişikliklərini və korrupsiya ilə mübarizəsini də yüksək qiymətləndirib. Onların 78,8%-i kadr islahatlarından məmnun olduğunu ifadə edib. 75,6% isə korrupsiyanın aradan qaldırılması üçün görülən tədbirləri “səmərəli və qənaətbəxş” sayır.

Əhali regionların inkişafı məqsədilə qəbul edilən hökumət proqramları və Əliyevin bölgələrə səfərlərini də yüksək qiymətləndirir. Rəyi soruşulanların 90,4%-i hesab edir ki, prezidentin regionlara səfərləri faydalıdır.

Sorğu xalqın İlham Əliyevin xarici siyasətinə də müsbət baxdığını ortaya çıxarıb. Respondentlərin 73,9%-i ölkə başçısının xarici siyasətini “çox yaxşı”, 16%-i “qənaətbəxş”, 2,4%-i isə “pis” qiymətləndirib. 7,7% iştirakçı isə suala “tam məlumatım yoxdur” cavabını verib.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Anadolu Ajansı


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az