18.04.2019 22:20
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Azərbaycan prezidenti deyir ki, “Bir kəmər-bir yol” təşəbbüsü regional sabitlik üçün vacibdir
 
18.04.2019
Xinhua, Çin
 

  Moskva Qarabağ prosesində liderliyini göstərdi: Lavrov niyə fəallaşıb?
 
18.04.2019
1in.am, Ermənistan
 

  Bakı ilə Yerevan Qarabağ danışıqlarını davam etdirməklə bağlı razılığa gəlib
 
17.04.2019
IRNA, İran
 

  Ermənistanla Azərbaycan sülh danışıqlarını davam etdirir
 
17.04.2019
Nouvelles d’ARMÉNIE, Fransa
 

  Dağlıq Qarabağ münaqişəsinin həllində Avropanın liderliyinə ehtiyac var
 
17.04.2019
Eurasia Review, ABŞ
 

 
 
Azərbaycan rəsmisi: ““Bir kəmər-bir yol” təşəbbüsü əməkdaşlıq üçün böyük imkanlar yaradır”

 
 



Xinhua, Çin
15.04.2019


“Çinin təklif etdiyi “Bir kəmər-bir yol” təşəbbüsü inklüziv qarşılıqlı fəaliyyət üçün çox böyük imkanlar yaradır”. Bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

““Bir kəmər-bir yol” təşəbbüsü ilə Azərbaycanın inkişaf gündəliyi arasında böyük uyğunluq görürük”, - deyə o, vurğulayıb. Hacıyev Bakının “Bir kəmər-bir yol” təşəbbüsünü dəstəklədiyini deyib.

H.Hacıyev hesab edir ki, ölkəsinin Çinlə ticarət, investisiya, maliyyə sahələrində əməkdaşlığı üçün geniş imkanlar var. O, “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində bu yaxınlarda keçiriləcək beynəlxalq əməkdaşlıq forumunun iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə ümidini dilə gətirib.

Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri ümumiyyətlə, “Bir kəmər-bir yol” təşəbbüsünün fəlsəfəsini xoş qarşılayır. Onun sözlərinə görə, bu layihə ölkələrin ümumi inkişafına və çiçəklənməsinə töhfə verir: “Ölkələrin ən yaxşı inkişafı ümumi inkişafdır”.

Hacıyev vurğulayıb ki, “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq Azərbaycan-Çin əlaqələrini, xüsusilə də iki ölkə xalqları arasında və enerji sahəsində əməkdaşlığı görmək üçün vacib ölçüdür. O, hökümətlərarası əməkdaşlıqla yanaşı, iki ölkənin iş adamlarının əməkdaşlığının da gücləndirilməsini təklif edir: “Azərbaycanla Çin arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, enerji, neft-kimya, turizm və sair sahələrdə əməkdaşlıq üçün böyük imkanlar yaranıb. Bakı Azərbaycanda Çin investisiyalarının artmasını alqışlayır”.

“Bakı ilə Pekin xarici siyasəti iki ölkə arasında beynəlxalq səviyyədə də hörmətə əsaslanan əlaqələrin qurulmasına töhfə verir”, - deyə Azərbaycan rəsmisi bildirib. O, hər iki ölkənin çoxtərəfli əməkdaşlığı dəstəklədiyini söyləyib: “Tərəflər Şanxay Əməkdaşlıq Təşkilatı daxil olmaqla, bir sıra regional və beynəlxalq qurumlar çərçivəsində çoxtərəfli əməkdaşlıq edir. Bu, Bakı ilə Pekin arasındakı ikitərəfli əlaqələrə də töhfə verir”.

Xatırladaq ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Hacıyevin fikrincə, bu institutun qlobal səviyyədə etimadı, sülhü və təhlükəsizliyi möhkəmləndirmək potensialı var: “Sədrliyimiz dövründə Hərəkatın daha da güclənməsinə kömək edəcək, beynəlxalq sülhə və təhlükəsizliyə töhfə verəcəyik”.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Xinhua


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az