26.06.2019 09:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Qlobal enerji təhlükəsizliyinin gücləndirilməsi
 
25.06.2019
The Washington Times, ABŞ
 

  “Qafqazın incisi”nin sehrinə şahid - Azərbaycandan reportaj
 
25.06.2019
SABQ, Səudiyyə Ərəbistanı
 

  Çin Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi ola bilərmi?
 
24.06.2019
THE DIPLOMAT, Yaponiya
 

  Azərbaycan-ABŞ əlaqələrinə baxış
 
20.06.2019
TasnimNews, İran
 

  “Bursagaz” və “Kayserigaz” “SOCAR Türkiyə”yə satıldı
 
19.06.2019
DHA, Türkiyə
 

 
 
“Peugeot 405” bundan sonra Azərbaycanda istehsal ediləcək - FOTO

 
 



Motor1.com, Fransa
15.04.2019


Müəllif: Mael Pilven

Onun bu dəfəki adı “Khazar 406” olacaq!

“Peugeot 405”, yoxsa bitməyən tarix? Biləndə ki, bizdə (Fransada) hələ 1987-ci ildə istehsal olunmuş bu model 2017-ci ildə Fransanın avtomobil istehsalçısı “PSA”nın dünyada ən çox satılmış üçüncü modeli olub, onun istehsalının dayandırılmasının hələ də gündəmdə olmamasının səbəbini asanlıqla anlamaq mümkündür. İrana tətbiq edilmiş embarqo üzündən bu ölkədə istehsalı dayandırılmış “Peugeot 405” bundan sonra Azərbaycanda yığılacaq.

Bundan sonra bu avtomobilləri İran üçün “Peugeot” istehsal edən “İran Khodro” şirkətilə Azərbaycanın “Azərmaş” Açıq Səhmdar Cəmiyyətinin birgə yaratdığı, Azərbaycanın Neftçalada rayonunda yerləşən “Khazar” Avtomobil Zavodu yığacaq. Onlar satışa “Khazar406” adı ilə çıxarılacaq.

Zavodda illik istehsalın tezliklə 10 min avtomobilə çatdırılacağı gözlənilir. Birinci mərhələdə (2019-cu il) zavodda 6 min avtomobil yığılacaq. “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot”, “Reno” markalı avtomobillər əsasən yerli bazar üçün nəzərdə tutulur. Daha sonra onların ixraca, xüsusilə Rusiya, Ukrayna və Mərkəzi Asiya ölkələrinə yönəldilməsi gündəmdədir.

“207” modeli gəlir

“405”in bazasında yığılacaq “Khazar406” avtomobilləri Azərbaycandakı Neftçala avtomobil zavodunda istehsal ediləcək tək “Peugeot” modeli olmayacaq. Tezliklə orada avtomat sürət qutusu ilə təchiz edilmiş “207” modelinin də istehsalına başlanacaq. O, 17 min 500 manata, yaxud təxminən 10 min avrodan bir qədər az məbləğə satılacaq.

(Fransız dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Motor1.com


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az