18.07.2019 17:32
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
Prof. Dr. İlber Ortaylıdan “Azəri” xəbərdarlığı

 
 



Sözcü, Türkiyə
16.04.2019


Tarixçi-publisist Prof. Dr. İlber Ortaylı azərbaycanlılara “Azəri” deyilməsinin doğru olmadığını bildirib. “Türkiyədə “Azəri” kəlməsi cahillik nəticəsində işlənir. Bu, sonradan ortaya atılmış ifadədir. Azərbaycanın əhalisi türkdür”, - deyə o, qeyd edib.

İlber Ortaylı bu sözləri Azərbaycanın paytaxtı Bakıdakı Heydər Əliyev Mərkəzində “Qafqaz tarixi” mövzusunda təşkil olunmuş konfransda çıxış edərkən deyib. Qafqazın tarixinin çox qədimlərə gedib çıxdığını, burada müxtəlif millətlərin yaşadığını deyən Ortaylı bildirib ki, bu bölgə ilə bağlı yazılı mənbələr çox qədim olmasa da, Qafqaz dillərinin tarixi çox qədimdir.

“Qafqazda ən hakim irq türklərdir”

Qafqazdakı etnik problemlərdən, münaqişələrdən bəhs edən Ortaylı ermənilərin həm Anadoluya, həm də bu torpaqlara iddialı olduğunu xatırladıb. “Ermənilər iddia edir ki, urartular onların əcdadıdır. Halbuki, ermənilər Anadoluya qərbdən, Balkan yarımadasından keçərək gəliblər. Onların urartularla heç bir əlaqəsi yoxdur. Böyük ehtimalla, urartuların çeçenlərlə əlaqəsi var. Amma onların Qafqazdan Anadoluya gəldikləri, yoxsa Anadoludan Qafqaza getdikləri dəqiq məlum deyil. Bir şey dəqiqdir ki, ermənilər Qafqazda sonradan məskunlaşmış millətdir. 18-ci əsrə qədər bu ərazilərdə ermənilərin sayı çox az olub. Şübhəsiz ki, Qafqazda ən hakim irq və dil türklər və türk dilidir. Burada oğuz ləhcəsində danışılır”, - deyə İlber Ortaylı bildirib.

“Türklər dövlətsiz yaşaya bilməz”

Türk xalqının əsrlər boyu Orta Asiyadan Balkanlara qədər çox sayda dövlət qurduğunu xatırladan Ortaylı deyib: “Azərbaycanla Türkiyə də bir-birinə yaxın iki türk dövlətidir. Heydər Əliyev münasibətlərimizi çox yaxşı müəyyən edib – bir millət, iki dövlət! Biz eyni mədəniyyətin parçalarıyıq. Bu mədəniyyətin bir çox rəngi var. Biz zəngin tarixə malikik. Türklər dövlətsiz yaşaya bilməz. Dövlətimizi ovucumuzun içərisində saxlamalıyıq”.

“Cəhalətdən irəli gəlir”

Ortaylı azərbaycanlılara “Azəri” deyilməsinin doğru olmadığını da söyləyib. O, hesab edir ki, Türkiyədə “Azəri” kəlməsinin işlədilməsi cəhalətin nəticəsidir: “Bu, sonradan ortaya atılmış sözdür. Azərbaycan xalqı türkdür”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Sözcü


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az