18.07.2019 17:30
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
Bakı şəhərinin baş planı alman şirkəti tərəfindən hazırlanacaq

 
 



CAUCASUS WATCH, Almaniya
19.04.2019


Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2018-ci ildən paytaxt Bakının baş planının hazırlanmasına başlayıb.

Bu iş iki mərhələyə bölünüb. Birinci mərhələdə ABŞ-ın “Boston Consulting Group” beynəlxalq məsləhətçi şirkəti Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsilə birgə yeni şəhər planının konsepsiyasını hazırlayıb. Bu zaman xüsusilə ölkənin inkişaf prioritetləri, infrastrukturun təkmilləşdirilməsi və prioritet sektorların inkişafı ilə bağlı tələblər nəzərə alınıb. İlk mərhələ 2018-ci ildə başa çatıb və görülmüş təhlil, hazırlıq işlərinin davamı olaraq, beynəlxalq şəhərsalma şirkətinin seçilməsi məqsədilə açıq tender elan edilib. Tender komissiyasının qərarı ilə Bakı şəhərinin baş planının hazırlanması Almaniyanın nüfuzlu “AS+P” şəhərsalma şirkətinə həvalə olunub.

Tenderdə qalib gəlmiş “AS+P”nin qərargahı Almaniyanın Frankfurt şəhərində yerləşir. O, dünyanın ən aparıcı şəhərsalma və memarlıq şirkətlərindəndir. Şirkət 1964-cü ildə yaradılıb və bu günədək dünya üzrə 2000-dən çox uğurlu layihə icra edib. Şirkətin portfoliosu Münhen, Köln, Frankfurt, Qahirə, İskəndəriyyə (Misir), Zürix, Tbilisi, Şanxay, Moskva, İstanbul və s. şəhərlərin ərazi planlaşdırılması sənədlərinin hazırlanmasını əhatə edir.

Beləliklə, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlığa cəlb etdiyi “AS+P” şirkəti ilə birlikdə Bakının baş planının hazırlanması prosesinin 2-ci mərhələsinə start verir. Bu mərhələdə görüləcək işlər “Boston Consulting Group” beynəlxalq məsləhətçi şirkətinin iştirakı ilə Komitə tərəfindən hazırlanmış inkişaf konsepsiyası ilə müəyyənləşdirilmiş inkişaf prioritetləri üzərində qurulacaq.

İkinci mərhələdə strateji və çoxsəviyyəli ərazi planlaşdırılması, əsas parametrlərdən istifadə edilərək, modelləşdirmə kontekstində texniki işlər aparılacaq. Baş planının layihəsi 2020-ci ilin sonunda hazır olacaq. Başqa sözlə, baş planının hazırlanması işinin 2020-ci ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. Sonda yekun layihə təsdiqlənməsi üçün Azərbaycan hökumətinə təqdim olunacaq. Önümüzdəki 20 ildə şəhərin inkişafında iştirak edəcək bütün qurum və təşkilatlar bu istiqamətdə görüləcək işlərdə bu sənədi rəhbər tutulacaq.

(Alman dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CAUCASUS WATCH


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az