01.06.2020 18:52
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Rusiya və Azərbaycan: nadir hekayə
 
01.06.2020
AgoraVox, Fransa
 

  Müsəlman Şərqində ilk Cümhuriyyət
 
31.05.2020
El Epicentro, Çili
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhərlə tanışlıq
 
31.05.2020
JAHANNEWS, İran
 

  Azərbaycan müstəqilliyinin 102-ci ildönümünü qeyd edir
 
31.05.2020
Al-Bayan, BƏƏ
 

  Respublika Günü: Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü
 
31.05.2020
OSTA, Sloveniya
 

 
 
FOTOREPORTAJ| Bakı suvenirləri: Azərbaycan mədəniyyəti və incəsənətindən xatirə

 
 



Fasleqtesad.ir, İran
23.04.2019


Səfər zamanı xatirə hədiyyəsi almaq iranlı turistlərin çoxdankı və məşhur adətlərindəndir. Digər tərəfdən, Bakı xüsusi tədbirlərə ev sahibliyi etməsi, müştərək adət-ənənələrinin olması baxımında, İran vətəndaşlarının sevdiyi populyar turizm istiqamətlərindəndir.

Turistlər səfərlər zamanı uyğun suvenirlərin seçilməsinə xüsusi diqqət ayırır. Çünki suvenir almaq fəlsəfəsi ilk növbədə, həmin bölgənin mədəniyyətindən yadigar əldə etmək, mümkün olduqda isə onu gündəlik həyatda tətbiq etmək deməkdir. Beləliklə, səyahət vaxtının bir hissəsinin hədiyyələr, suvenirlərin seçilməsinə, alınmasına ayrılması qaçılmazdır.

Bakıda suvenir kimi təklif olunan məhsullar keyfiyyət və qiymət baxımından olduqca müxtəlifdir. Onlar mağazadan-mağazaya belə, fərqlənir. Onların bəziləri tarixi Bakı şəhərinin ən məşhur və populyar suvenirləri kimi tanınır. Keyfiyyətli suvenir nümunələri əldə etmək istəyirsinizsə, İçərişəhərdə fəaliyyət göstərən suvenir mağazalarına üz tutun.

Bu yazıda sizi Bakıda satılan ən məşhur suvenirlərlə tanış edəcəyik. Onları Bakıya və ümumiyyətlə, Azərbaycana səfər etmiş əksər insanın çantasında görmək mümkündür.

Dekorativ maqnit

Bu gün müxtəlif maqnitli dekorativ bəzək əşyalarına xüsusilə mətbəxlərdə rast gəlmək mümkündür. Dünyanın hər yanında ölkənin tarixi abidələri maqnit formasında hazırlanaraq, turistlərə təklif olunur. Onlar dostlara, tanışlara hədiyyə etmək üçün dı uğurlu seçimdir. Belə gözəl hədiyyə nümunələrinə Bakıda da çox rast gəlinir.

Papaq və kəlağayı

Əl işləri və ənənəvi Azərbaycan suvenirlərilə maraqlanırsınızsa, toxuculuq sənayesi ən yaxşı seçimdir. Bakıda bir çox gözəl və qiymətli nümunələr, o cümlədən kəlağayı kimi tanınan rəngarəng ipək yaylıqlar əldə edə bilərsiniz. Buta təsvirilə də bəzədilmiş bu gözəl və rəngarəng yaylıqlar Azərbaycan mədəniyyətində alov rəmzi sayılır. Ümumiyyətlə, Zərdüştilik bu ölkənin mədəniyyətində qədim tarixə malikdir.

Saxsı qablar

Azərbaycanın məşhur əl işləri arasında saxsı qablar da özünəməxsus yer tutur. Saxsı boşqab, kasa və sairin Azərbaycan mətbəxində əhəmiyyətli yeri var. Nar formalı qab-qacaq da daxil olmaqla, onlar ikili və ya üçlü dəst kimi satılır. Qabların üzərinə gözəl təsvirlər həkk olunur.

Yağlı boya

Neft əlbəttə ki, Azərbaycanın əsas gəlir mənbəyidir. Amma ondan incəsənət sahəsində də istifadə olunur. Azərbaycanda xam neft rəssamlıq sahəsində maraqlı üslubun yaranmasına səbəb olub. Burada rəsmlər bitki yağlarından hazırlanmış rənglərin sintezindən istifadə etməklə çəkilir. Yaradılan əsərlər əsasən Azərbaycanın təbii mənzərələrindən, tarixi abidələrindən və s. ibarət olur.

Armudu stəkan

Armudu və ya rəngli stəkanlar Azərbaycanın ən gözəl suvenirlərindəndir. Onlar qiymətli əl işləri sənayesinin bir parçasısır və ölkə mədəniyyətinin rəmzidir. Belə stəkanların qiyməti 5 manatdan başlayır. Şüşə, çini və ya gümüşdən hazırlanmasına, növünə görə, 150 manata da stəkan satılır.

Əllə toxunma xalça

Xalça Bakının daha bir qədim suvenirlərindəndir. Bakının bir çox mağazasında xalçalar satılır. Söhbət ən müxtəlif növlü xalçalardan gedir. Azərxalça ən qədim və ən keyfiyyətli xalça brendidir.

Nərd

Nərd əyləncə və istirahət vasitəsi olmaqla yanaşı, bədii xarakter daşıyır. İçərişəhərdə üzərində Bakının qədim təsvirlərinin əks olunduğu taxta nərdlərə rast gəlmək mümkündür. Onlar da əl işidir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Fasleqtesad.ir

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az