23.08.2019 12:59
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Azərbaycanın İpək Yolu: qonaq evləri və karvansaralar şəhəri
 
14.08.2019
Titreshahr, İran
 

  Seyid İmadəddin Nəsimi: “Kövnü məkana sığmayan” həqiqət şairi
 
08.08.2019
Ən-Nahar, Küveyt
 

  Sen-Meri kilsəsində Səidə Zülfüqarovanın konserti
 
02.08.2019
PARIS, Fransa
 

  İnkişaf etməkdə olan Fransa-Azərbaycan iqtisadi əlaqələrinə baxış
 
02.08.2019
TasnimNews, İran
 

  Azərbaycanın “Şanlı otuzilliy”i: yenidənqurmadan cəsarətli islahatlara
 
01.08.2019
Eurolatio, Fransa
 

 
 
Qafqazın mirvarisi Azərbaycanda görməli olduğunuz 10 məkan - FOTO

 
 



Əş-Şarq əl-Avsat, Böyük Britaniya
25.04.2019


Dünyada800-dək palçıq vulkanının təxminən 350-si Azərbaycandadır. Yaxın Şərq regionundan təyyarə ilə 3-4 saatlıq məsafədə yerləşən bu ölkəyə çatar-çatmaz, öz mədəni zənginliyi, turistik yerləri, təbii müalicəvi sanatoriyaları ilə təkrarçılıqdan tam uzaq dünyaya düşdüyünü hiss edirsən…

Azərbaycana istər tək, istərsə də ailə ilə səyahət edənlərə səfər zövqünü daha da artıracaq 10 məkana baş çəkməyi təklif edirik:

1. Qədim Qobustan qayaları

Bakıdan 60 kilomter uzaqda yerləşən Qobustan UNESCO-nun Dünya İrsi siyahısına salınıb. Orada tarixi 40 min il əvvələ gedib çıxan 6 mindən çox qayaüstü şəkillər var. Qobustan qayaları üzərində vaxtilə Roma əsgərlərindən birinin həkk etdiyi qraffiti yazısını belə, görmək mümkündür. Deyilənə görə, o, Şərqdə tapılmış ən qədim qraffitilərdəndir.

Bu gün bu qədim qayalar sənət salnaməsinı çevrilib. Onlar qədim dövrü, eləcə də arxaik sənətkarlıq sahələrini öyrənmək baxımından əhəmiyyətlidir. Qobustan abidələrinin Qədim Daş Dövründən əsrimizin əvvəlinədək təxminən 20 min il yaşı var.

2. Bakı

Bakı qədimliklə müasirlik arasında bir körpüdür. Şəhərdə çox sayda köhnə bazarla yanaşı, caz klubları və s. var. Bakı bulvarına getsəniz, qayıqla gəzintiyə çıxın. Bu zaman Xəzər dənizindən əsən duzlu mehlə qarışıq təmiz havanı hiss edəcəksən. Bura səpələnmiş adaları, sahil boyu yayılmış kanallarda üzən Qandola qayıqları ilə İtaliyanın məşhur Venesiya şəhərinə bənzəyir.

3. Şəki xan sarayı

Bakıdan Şəkiyə avtomobillə 4-5 saatlıq yol var. Şəkidə ənənəvi sənətkarlıq nümunələri, xüsusilə “şəbəkə” sənətilə tanış ola biləcəksiniz. “Şəbəkə” şüşə parçalarının mismar və yapışqandan istifadə edilmədən, taxtaya yığılması sənətidir.

Şəki xan sarayında təxminən 5 min taxta və şüşə parçasından düzəldilmiş unikal “şəbəkə” sənət nümunəsi baxanlara zövq verir.

Səfərin sonunda sarayda dadlı yeməklərə də qonaq ola bilərsiniz. Onların içərisində yerli sakinlərin ən məşhur yeməklərdən olan piti də var. O, quzu əti və noxuddan hazırlanır.

Bir sözlə, gözəl məkanla ləziz yeməklər səni İpək Yolu üzərində ən mühüm dayanacaqlardan biri olmuş Şəkinin qədim dövrlərinə aparır.

4. İçərişəhər

İçərişəhərin divarları sanki qədim şəhərin sirlərini pıçıldayır. Bura əhəng daşından olan tikililər arasında salınmış dar küçələr labirintindən ibarətdir. İçərişəhərin ən məşhur yerlərindən olan Şirvanşahlar sarayı və Qız qalası UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Bu saray Azərbaycan memarlığının mirvarisi kimi tanınır. O, qədim əsrlərdə inşa olunmuş müxtəlif tikililərdən ibarətdir. Orada Orta əsrlər, eləcə də Asiya və İslam memarlıq üslublarının əsrarəngiz sintezi hiss olunur.

Silindr formalı Qız qalası da tarixçiləri heyrətləndirir. Onun tikilmə səbəbi və tarixilə bağlı müxtəlif nəzəriyyələr var. Qız qalası Bakının vizit kartlarından biri hesab edilir. Bir sözlə, ona baş çəkməyə dəyər.

Qalada Bakının tarixinə həsr olunmuş muzey də var. Orada zaman-zaman beynəlxalq sənətkarlıq festivalları da keçirilir, sufi yaradıcı sənətkarların işləri nümayiş olunur.

Ginnesin “Rekordlar kitabı”na salınmış Miniatür Kitab Muzeyini də İçərişəhərdə yerləşir. Muzeydə 5600-dən çox miniatür kitab var.

5. Atəşgah və Yanardağ

Atəşgah hindus və zərdüştilərin məbədi olub. Fasiləsiz yanan alov üzündən ora “Od məbədi” kimi də tanınır. Bu məkanda Qərb və Şərq mədəniyyətləri sanki bir-birinə qarışır.

Yaxınlıqdakı Yanardağ da maraqlı məkandır. Maraqlı foto çəkmək istəyənlərin çoxu məhz oraya üz tutur.

6. “Tusi Bohm Planetarium” və “Megafun”

“Tusi Bohm Planetarium” Bakının mərkəzində yerləşir. Ən yeni texnoloji imkanlara malik bu məkanda sənədli filmlər, cizgi filmləri, eləcə də özəl təqdimatlar “4K” formatında təqdim olunur.

“Megafun” əyləncə mərkəzi isə hər bir uşağın arzusudur. Orada 200-dək oyun, buz meydançası, boulinq, eləcə də 5D və 6D formatda filmlərin təqdim olunduğu fəaliyyət göstərir.

7. Heydər Əliyev Mərkəzi

Heydər Əliyev Mərkəzi məşhur memar xanım Zaha Hadidin layihəsi əsasında tikilib. Bu gün o, Bakı şəhərinin görməli yerlərindən birinə çevrilib. Mərkəzin ayrı-ayrı mərtəbələrində sənət, müasir mədəniyyət, klassik dövr mədəniyyəti, o cümlədən qədim maşınlar və bir sıra geyim sərgilərilə tanış ola bilərsiniz. Onun yaxınlığında tanqo rəqsi, şahmat dərsləri və s. keçirilir.

8. Qəbələ

Şəhərdən bezənlərə münasib alternativ Qəbələdir. Bu rayonu paytaxt Bakıdan avtomobillə 3-4 saatlıq məsafə ayırır. Rayon Nohur gölünə qədər şam ağacı meşələri ilə əhatələnib. Meşələr şəlalələrlə zəngindir. Bütün bunlar sayəsində Qəbələ sağlamlıq və istirahət üçün ideal məkandır.

Azərbaycanın “Disneyland”ı adlandırılan “Qəbələnd” əyləncə şəhərciyi oranı uşaqlar üçün də uyğun məkana çevirir. Şəhərcikdə atraksion, min kvadrat metr sahəsi olan “Lazer maks” meydançası kimi oyunlar, müxtəlif əyləncələr uşaqları gözləyir.

Qışda isə Qəbələ buzda sürüşmək həvəskarlarını cəlb edir. Buradakı Tufandağ kanat yolu ilə gəzmək, gözəl mənzərələri seyr etmək hər kəsə zövq verir.

9. Göygöl

Göygöl gölü Qafqaz dağlarında XI əsrdə baş vermiş zəlzələ nəticəsində yaranıb. Ümumiyyətlə, bu bölgədə ölkədə çox məşhur olan bir neçə dağ gölü var. Onlar sıx yaşıl meşələrlə əhatələnib.

Göygöl eyniadlı şəhərdən avtomobillə 1 saatlıq məsafədə yerləşir.

10. Azərbaycan mətbəxi

Kababdan tutmuş, təndir çörəyinə qədər… Azərbaycan mətbəxinin nümunələrində müxtəlif mədəniyyətlərin izlərini, eləcə də Avropa, Yaxın Şərq, Asiya yeməklərinin izlərini görmək olar. Dadılması lazım olan məşhur yerli yeməklərdən zəfəranlı plovu, kababı, çəkilmiş quzu ətindən hazırlanan dolmanı və müxtəlif turşuları qeyd edə bilərik.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əş-Şarq əl-Avsat


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az