17.09.2019 16:37
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Müsəlman Azərbaycanı – yəhudi dövlətilə birgə mövcudluq modeli

 
 



CBN NEWS, ABŞ
25.04.2019


Müəllif: Culi Ştal

Antisemitizmin getdikcə artdığı indiki dövrdə bir müsəlman ölkəsi İsrail dövləti və yəhudi xalqı ilə dostluq əlaqələrilə diqqət çəkir. Bu ölkə Azərbaycandır. Bəs o, digər müsəlman ölkələri üçün nümunə ola bilərmi?

Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşir. İranda olduğu kimi, Azərbaycanda da islamadək, 800 ildən çox zərdüştlük dini hakim olub. 10 milyon əhalisi olan Azərbaycan bu göstəriciyə görə dünyanın 90-cı ölkəsidir. O, cənubdan İran, qərbdən Türkiyə, şimaldan Rusiya ilə həmsərhəddir. Xəzər dənizinin sahilində yerləşən bu postsovet respublikası neft hasil edən əsas ölkələrdəndir. Onun iqtisadi mərkəzi paytaxt Bakıdır.

“İsrailin neft idxalının təxminən üçdə biri Azərbaycanın payına düşür. Azərbaycandan idxal olunan yüksək keyfiyyətli neft İsrail üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə İsrailin Azərbaycandakı səfiri Dan Stav bildirib.

Bununla yanaşı, neft iki ölkə əlaqələrindəki yeganə amil deyil. Məsələn, Azərbaycan prezidenti İlham Əliyev hələ bir müddət əvvəl bildirmişdi ki, ölkəsi İsraildən təxminən 5 milyard dollarlıq müdafiə avadanlıqları alıb.

“Mürəkkəb strateji mövqeyə malik Azərbaycan üçün bu mövqeyini qorumaq, müdafiə qabiliyyətini artırmaq vacibdir”, - deyə D.Stav qeyd edib.

İsrailin Azərbaycandakı səfiri “CBN News”a iki ölkənin iqtisadi əməkdaşlığı şaxələndirmək səylərindən də danışıb: “İsrail Azərbaycana xüsusilə kənd təsərrüfatı sahəsinin inkişafında yardım edə bilər. Bundan başqa, iki ölkə səhiyyə, təhsil, informasiya texnologiyaları sahələrində də əməkdaşlıq edir”.

Amma Azərbaycan-İsrail əlaqələri iqtisadiyyat və müdafiə sahəsilə məhdudlaşmır.

“Azərbaycanda səfir kimi fəaliyyət göstərmək xüsusi imtiyazdır. Çünki yəhudilərlə azərbaycanlılar arasındakı əlaqələr iki ölkə arasındakı münasibətlərdən çox əvvəl meydana gəlib”, - deyə D.Stav vurğulayıb: “Bəzi tarixi mənbələrə əsasən, dağ yəhudiləri icması Azərbaycana xristian və islam dini yayılmamış gəlib. Bəzi əfsanələrə görə isə ilk yəhudilər Azərbaycana eramızdan əvvəl 722-ci ildə, yəni Şimali İsrail krallığının dağılmasından sonra köçüb”.

Əhalisinin əksəriyyəti şiə müsəlmanı olan Azərbaycan dünyəvi dövlətdir. Yəhudi icması burada özünü hər zaman evindəki kimi hiss edib. Azərbaycan müstəqillik qazandıqdan sonra İsraillə yaxşı əlaqələr qurub.

Yeri gəlmişkən, İsrailin baş naziri Benyamin Netanyahu 2016-cı ildə Azərbaycana səfər edib. Səfər zamanı həm o, həm də Azərbaycan prezidenti İlham Əliyev yəhudilərlə azərbaycanlılar arasındakı dərin əlaqələri bir daha təsdiqləyiblər.

“Əsrlər boyu Azərbaycanda yəhudilər ilə azərbaycanlılar sülh və dostluq şəraitində yaşayıblar və yaşamaqda davam edirlər. Azərbaycandakı yəhudi icması cəmiyyətimizin çox fəal hissəsidir. Onlar müasir Azərbaycanın inkişafına çox töhfələr verirlər”, - deyə İ.Əliyev o zaman bildirmişdi.

İsrailin baş naziri isə demişdi ki, “illər boyu Azərbaycanda yəhudilərə qarşı göstərmiş olduğunuz qarşılıqlı hörmət, gözəl yanaşma bu əlaqələri, Azərbaycana olan rəğbətimizi və heyranlığımızı daha da gücləndirir. İsraildə Azərbaycandan olan 70 min yəhudi, “insan körpüsü” yaşayır. Bununla yanaşı, dünyaya göstərə biləcəyimiz başqa şeylər də var. Bu gün dünya çox dözülməzliklərə, çox zülmətlərə şahidlik edir. Burada isə müsəlmanlarla yəhudilər arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmalı olduğunun nümunəsi var”.

D.Stav deyir ki, İsraildə yaşayan Azərbaycan yəhudilərinin bir çoxu vətəninə mütəmadi səfərlər edir: “Əgər siz antisemitizmin olduğu mühitdən qaçmısınızsa, oraya heç zaman qayıtmazsınız”.

Azərbaycan İsrail arasında diplomatik əlaqələr Sovet İttifaqının dağılmasından sonra – 1992-ci ildə qurulub. “Biz müsəlmanları düşmən hesab etmirik. Azərbaycan bunun sübutudur”, - deyə İsrailin Azərbaycandakı səfiri bildirib.

Müqayisə üçün qeyd edək ki, Azərbaycanın qonşusu, əhalisinin əksəriyyəti şiə müsəlmanı olan İran bu ölkədən çox fərqlənir: “Bu iki ölkə arasında heyrətləndirici müxtəliflik var. Azərbaycan məsələnin şiəlikdə olmadığını hər kəsə göstərir”.

D.Stavın sözlərinə görə, uzun müddət davam etmiş düşmənçiliyə rəğmən, artıq İsraillə regionun müsəlman ölkələri də bir-birini daha yaxşı anlamağa başlayıb: “İsrail düşmən deyil. Bizimlə əməkdaşlıq çox faydalı ola bilər. Azərbaycana gəlincə, o, sələfilik və ya siyasi şiəlik kimi modellərə alternativdir”.

Ümid edirik, müsəlmanlarla yəhudilər arasındakı əlaqələrə nümunə olan Azərbaycan-İsrail münasibətləri Yaxın Şərqdə sabitliyə də töhfəsini verəcək.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: CBN NEWS


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az