18.07.2019 17:35
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
Nizami Gəncəvi... Zamana sığmayan tolerantlıq nümunəsi

 
 



Əl-Ruya, BƏƏ
29.04.2019


Müəllif: Abdullah Fədaq

Əl-Əzhər əş-Şərif və Müsəlman Alimləri Şurasının təşkilatçılığı ilə Misir paytaxtı Qahirədə hələ bir neçə ay əvvəl təşkil olunmuş “İslam və Qərb... müxtəliflik və inteqrasiya” mövzusunda simpozium hərtərəfli səmərəli tədbir kimi qiymətləndirilə bilər. “İslamla Qərb arasında münasibətlərin inkişafı” adı altında təşkil olunmuş simpoziumda İslam dünyası ilə Avropa arasındakı əlaqələrin əhəmiyyətindən bəhs olunmuşdu.

Amma bu, kifayət deyil. Bəzi ekstremist qruplar öz mənafeləri üzündən Qərbdə İslamın simasını zədələməyə çalışır, bununla da münasibətlər çətinləşir. Odur ki, İslam dünyası ilə Avropa arasında əlaqələrin qurulması zəruridir. Bu münasibətlərdə sabitlik yaradıla, tərəflər bir-birini qəbul edə bilər. Tərəflər arasında mübahisənin yaşanması, onların bir-birini inkar etməsi mümkündür. Odur ki, qarşılıqlı əlaqələrin qurulması dinlər arasında dialoqun mümkünlüyünü ortaya qoyacaq. Münasibətlərdə səhv anlayışların düzəldilməsi, bir vətəndə ictimai birgəyaşayışı təmin etmək üçün müxtəlif din nümayəndələri arasında dialoq həyati tələb və böyük zərurətdir.

Misirdə keçirilmiş simpoziumda Nizami Gəncəvinin adı çox çəkilib. Odur ki, bu şəxsiyyət haqqında qısa da olsa yazmağı, onu tanıtmağı özümə vəfa borcu bilirəm.

Şair 1140-cı ildə Azərbaycanın Gəncə şəhərində doğulub, 1209-cu ildə vəfat edib. O, həyatsevərliyi və insan ləyaqətini hər şeydən üstün tutması ilə seçilib. Nizaminin əsərlərində milli sərhəd yoxdur. Onlar bütün bəşəriyyətə mənsubdur. Ümumiyyətlə, Nizami şeirlərilə bəşər tarixində yeni mərhələnin əsasını qoyub. O, ərəb poeziyasından da çox təsirlənib. Bir sözlə, Nizami Gəncəvi əsərləri zamanın çərçivəsinə sığmayan dahilərdən sayılır.

Nizami ilham mənbəyi, sülhə, anlaşmaya, müxtəlifliyə, ehtirama və təcrübə mübadiləsinə əsaslanan bir fəlsəfənin daşıyıcısıdır. O, daim dialoqa çağırış edib. Şair müxtəlifliyi insan azadlığının əlamətlərindən sayırdı. Onun pronsipləri tolerantlıq və anlaşma dəyərlərinin irəli çəkilməsinə ən yaxşı nümunələrdən hesab olunur.

Nizami Gəncəvi dünya tarixində və mədəniyyətində dərin iz qoyub. Onun dəyərini bilənlər Nizamini saray şairi deyil, əsl xalq şairi kimi xarakterizə edir. O, adi insanların qəlblərində yaşayıb, zaman və məkan arasında körpü olub. Nizaminin şeirləri, poemaları məkan və zaman hüdudlarını aşıb. Bu yaradıcılıq ərəb ənənələrilə də bağlı olub. Nizami elmə, o cümlədən riyaziyyata, astronomiyaya və s. də böyük maraq göstərib.

Sonda bir maraqlı məqamı qeyd etmək istərdim. Dünya şöhrətli ədib Vilyam Şekspirin məşhur faciəvi eşq hekayəsi olan “Romeo və Cülyetta” məhz Nizami Gəncəvi yaradıcılığından ilhamlanaraq yazılmış əsərlərdən biridir. Mənim Nizami haqqında yazmağımın səbəbisə yuxarıda qeyd etdiyim simpoziumdur.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əl-Ruya


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az