25.05.2019 17:09
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Avropa Liqasının finalı: “Çelsi” - “Arsenal”
 
24.05.2019
RTBF.be, Belçika
 

  Qafqazda müharibə və tərəqqi
 
24.05.2019
24 Horas, Meksika
 

  FOTOREPORTAJ| Bakı: Avropa Liqasının finalı zamanı qalmalı, yeyib-içməli, şopinq etməli məkanlar
 
24.05.2019
INDEPENDENT, Böyük Britaniya
 

  Yay tətili üçün möhtəşəm Bakı çimərlikləri - FOTO
 
24.05.2019
Newsparsi, İran
 

  Mxitaryan Azərbaycanda niyə oynamayacaq?
 
23.05.2019
BESOCCER, İspaniya
 

 
 
Ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımının tarixçəsi

 
 



Əbu Dabi əl-İxbəriyyə, BƏƏ
30.04.2019


Müəllif: İnci Bilal

Xocalı qətliamı iyirminci əsrin sonlarında baş vermiş ən dəhşətli qırğınlardan sayılır. Bu, ermənilərin azərbaycanlılara qarşı törətdiyi qətliamdır. Bəs onun tarixçəsi nədən ibarətdir, səbəbi nədir?

Xocalı qətliamının tarixçəsi

Xocalı qətliamı iyirminci əsrin sonlarında törədilib. “Böyük Ermənistan” ideyasını reallaşdırmağa çalışan ermənilər Azərbaycanın Dağlıq Qarabağ regiona da iddia edirdilər. Onlar bununla, guya regional iqtisadiyyatı qorumağa çalışdıqlarını deyirdilər. Bu, çox dəhşətli hadisə idi...

Xocalı qətliamına dair çox sayda jurnalis məqaləsi var. Ermənilərin bu qətliam zamanı törətdikləri alman faşistlərinin, eləcə də sionistlərin etdiklərindən dəhşətlidir. Ermənilər Xocalıda 4-5 yaşlı uşaqları, həmçinin qadınları da öldürüb.

Erməni əsilli jurnalist Davud Xeyriyan bu qətliam haqda bunları yazıb: “Səhərin şaxtasında Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün meyitlərdən körpü düzəltməli olduq. Mən onların üzərilə getmək istəmirdim. Bunu görən polkovnik-leytenant Ohanyan mənə “qorxma” işarəsi verdi. Bundan sonra ayağımı təxminən... 9-11 yaşlı qız meyitinin sinəsinə basaraq addımlamağa başladım. Ayaqlarım, şalvarım qan içində idi. Beləcə, saysız-hesabsız meyitin üzərilə addımlayaraq bataqlığı keçdim”.

Bu qətliamda öldürülmüş insanların əksəriyyətinin qadın və uşaq olduğunu bir çox hüquq müdafiə təşkilatı da təsdiqləyib. Üstəlik, orada daha çox məhz uşaq cəsədləri eybəcər hala salınıb. Bəzi uşaqların yalnız başı tapılıb.

Rusiyanın “İzvestiya” qəzeti Xocalıda baş verənlər haqda bunları yazırdı: “Kameraya qulaqları kəsilmiş uşaq cəsədləri də düşmüşdü. Bir qadının üzünün yarısı kəsilmiş, kişilərin baş dərisi dərisi soyulmuşdu”.

Fransanın “Le Monde” qəzetinin xanım jurnalisti isə bu cinayət haqda bunları qeyd edib: “Ağdamda olan media mənsubları Xocalıda öldürülmüş qadin və uşaqlar arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış üç cəsəd görmüşdülər. Bu, azərbaycanlıların təbliğatı yox, gərçəkdir”.

Fransanın “Valer Actuel” jurnalı: “Bu muxtar bölgədəki erməni silahlıları Yaxın Şərqdən də gəlmiş silahlılarla birlikdə yeni avadanlıqlara, vertolyotlara malik idilər. Məlum olduğu kimi, erməni terror təşkilatı olan ASALA-nın Suriya və Livanda hərbi düşərgələri, silah anbarları var. Bu cür silahlanmış ermənilər 100-dən çox müsəlman kəndində azərbaycanlılara qarşı soyqırım həyata keçirib”.

1992-ci ilin həmin ağır günündə çox sayda erməni silahlısı Xocalı şəhərinə hücuma keçib. O vaxt bu şəhərdə 7 minə yaxın müsəlman yaşayırdı. Şəhərə daxil olan ermənilər 613 silahsız mülki şəxsi qətlə yetirib. Onların arasında 63 uşaq, 106 qadın və 70 qoca da var. Qətliam nəticəsində 70 ailə məhv edilib, 490-a yaxın mülki şəxs yaralanıb, azı 150 nəfər itkin düşüb.

Bununla yanaşı, Xocalı qətliamı ermənilərin müxtəlif rayonlarda törətdiyi qırğınlardan yalnız biridir. Onlar Dağlıq Qarabağ müharibəsi zamanı 1988-ci ildən 1994-cü ilin mayınadək ayrı-ayrı rayonlarda azərbaycanlılara qarşı qırğınlar törədib.

Tərəflər arasındakı münaqişənin kökü 1923-cü ilə gedib çıxır. O dövrdə həm Azərbaycan, həm də Ermənistan Sovet İttifaqına tabe idilər və Qarabağ uğrunda o vaxtdan müəyyən mübahisələr var idi. Sovet İttifaqının dağılmasından sonra iki müstəqil respublika arasında müharibə başlayıb və problem hələ də davam edir. Hər iki tərəf Dağlıq Qarabağın ona mənsub olduğunu deyir.

Xocalı şəhəri harada yerləşir?

Xocalı şəhəri Dağlıq Qarabağ bölgəsinin böyük şəhərlərindəndir. O, bölgənin mərkəzində yerləşir. Bununla yanaşı, Xocalı Dağlıq Qarabağda Şuşadan sonra azərbaycanlıların məskunlaşdığı ikinci böyük yaşayış məntəqəsi olub. Orada 7 minədək insan yaşayıb.

Xocalı qətliamı nə vaxt baş verib?

Erməni ordususunun Xocalıda mülki əhaliyə qarşı son dərəcə qəddarlıqla törətdiyi qətliam 1992-ci il fevralın 26-na keçən gecə baş verib. Erməni vəhşiliyi nəticəsində orada 106-sı qadın olmaqla, 613 mülki şəxs qətlə yetirilib.

Ermənistanla Azərbaycan arasında müharibə

Ermənistanla Azərbaycanarasında müharibə 1988-ci ildə başlayıb. Hərbi toqquşmalar təxminən 6 il davam edib. Nəticədə Ermənistan Azərbaycan ərazisinin 20%-ni işğal edib. Bundan sonra tərəflər arasında atəşkəs müqaviləsi imzalanıb.

Müharibə nəticəsində təqribən 1 milyon azərbaycanlı ev-eşiyindən didərgin düşüb.

(Ərəb dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Əbu Dabi əl-İxbəriyyə


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az