18.07.2019 17:31
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
Azərbaycan prezidenti deyir ki, mədəniyyətlərarası dialoq ölkələri yaxınlaşdırmağın yeganə yoludur

 
 



DNA, Pakistan
03.05.2019


Azərbaycan prezidenti İlham Əliyev mədəniyyətlərarası dialoqu ölkələri yaxınlaşdırmağın yeganə yolu hesab edir. “Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olub”, - deyə o, bildirib.

Azərbaycanın dövlət başçısı İlham Əliyevlə birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində təşkil olunmuş “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak ediblər. 

Pakistandan bu Forumda Milli Assambleyanın vitse-spikeri Qasim Suri, Milli Assambleyanın deputatları Amir Doqar və Rumeş Kumar iştirak ediblər. APNS-nin prezidenti Hamid Harun isə oraya yollanmış pakistanlı media nümayəndələrinə başçılıq edib.

Prezident İlham Əliyev Forumda 100-dən artıq ölkədən 500-dən çox qonağın iştirak etdiyini söyləyib: “Bu, onu göstərir ki, bu Forum nisbətən qısa zaman ərzində cari gündəlikdə duran mövzulardan biri olan mədəniyyətlərarası dialoqun müzakirəsi baxımından qlobal platformaya çevrilib”.

“Xatirimdədir, 8 il əvvəl ilk forum təşkil ediləndə biz onun bu qədər geniş beynəlxalq dəstək qazanacağını təsəvvür edə bilməzdik. 2011-ci ildə bizim mədəniyyətlərarası dialoqa həsr edilmiş dünya forumunun təşkil edilməsi təşəbbüsümüz tariximiz, coğrafiyamız və düşüncəmizdən qaynaqlanırdı ki, dünyanı təhlükəsiz etmək üçün biz sivilizasiyalar, mədəniyyətlər və müxtəlif etnik qrup və dinlərin nümayəndələri arasında dialoqun təşviqi sahəsində çox fəal olmalıyıq”, - deyə Azərbaycan dövlət başçısı əlavə edib: “Tarix və coğrafiyamız nümayiş etdirir ki, biz uğura yalnız tərəfdaşlıq və qarşılıqlı hörmət ruhunda nail ola bilərik. Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır”.

“Biz qədim tariximizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri qədim Şamaxı şəhərində yerləşir. Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə bizim qədim Şəki şəhərindədir. Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir”, - deyə İlham Əliyev vurğulayıb.

Prezident Dağlıq Qarabağ münaqişəsi haqda da danışıb. O, deyib ki, “uzun illər üzləşdiyimiz əsas problemlərdən biri Ermənistanın ölkəmizin ərazisini işğal etməsidir. 25 ildən artıqdır ki, Ermənistan bizim tarixi torpağımız olan Dağlıq Qarabağı və Azərbaycanın digər 7 rayonunu işğal altında saxlayır. Bu, beynəlxalq hüququn kobud pozulmasıdır. Bizim xalqa qarşı etnik təmizlənmə aparılıb, Ermənistanın təcavüzü və işğalı nəticəsində 1 milyondan artıq insan evlərindən didərgin salınıb”.

Azərbaycan prezidentinin sözlərinə görə, “ATƏT işğal edilmiş ərazilərə 2 dəfə faktaraşdırıcı missiya göndərib və həmin hesabatlar tarixi irsimizin və dini abidələrimizin dağıdıldığını aydın şəkildə göstərir”.

“BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin bu qətnamələr kağız üzərində qalıb”, - deyə İlham Əliyev bildirib.

Forumda qədim sivilizasiyalar, müasir Azərbaycandakı tolerantlıq mühiti, həmçinin dünyada davam edən münaqişələr və terror aktları haqda videoçarx nümayiş olunub.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: DNA


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az