18.07.2019 17:34
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  FOTO| Qədim Qobustan: qayaların “oxuduğu” məkan
 
18.07.2019
Titreshahr, İran
 

  FOTOREPORTAJ| Azərbaycana səyahət: qalmalı, yeyib-içməli məkanlar
 
16.07.2019
Masala!, BƏƏ
 

  Türkiyə ilə Azərbaycanın birgə hərbi təlimləri Ermənistana mesajdır
 
15.07.2019
TasnimNews, İran
 

  FOTO| Bakının ən qədim hissəsi olan İçərişəhər
 
12.07.2019
Parsine.com, İran
 

  FOTOREPORTAJ| Azərbaycan... Od və sevgi ölkəsi
 
10.07.2019
Ən-Nahar, Livan
 

 
 
Azərbaycan: bu kaşrutdur - FOTO

 
 



NewsBlaze, ABŞ
03.05.2019


Müəllif: Nurit Qrincer

Gözəl ab-havanın olduğu, peşəkarlıqla dekorasiya edilmiş restoranın adının maraqlı tarixçəsi var. “7/40” rus-yəhudi mahnısının adıdır. O, ənənəvi xalq musiqisi olan “klezmer”ə aiddir.

“Klezmer” Şərqi Avropadakı aşkenazi yəhudilərinin xalq musiqisidir. Onu “klezmorium” adlanan peşəkar musiqiçilər ifa edir. Onların ansamblı “kapelye” kimi də tanınır. Bu janr əvvəllər yəhudi bayramlarında və toylarında ifa edilən rəqs melodiyalarından və musiqilərdən ibarət olub.

Yeri gəlmişkən, “Klezmer” rok qrupunun əsasını müğənni Annet İezekil Koqan qoyub. Onun həyat yoldaşı 1991-ci ildə Ukraynadan ABŞ-a köçüb. Həkim olmaq, ortodoks yəhudi kimi yaşamaq istəyən bu şəxs Ukranyada antisemitizmdən əziyyət çəkirmiş. Üstəlik, o, antisemitizmin çox yayıldığı keçmiş Sovet ordusunda xidmət etmişdi. Çünki buna məcbur idi – tibb məktəbinə daxil olmaq üçün hərbi xidmət vacib sayılırdı.

Annetin həyat yoldaşı ABŞ-a köçməklə, hər 2 arzusuna çatıb: o, həm həkim olub, həm də ortodosk yəhudi kimi yaşamağa başlayıb. Beləliklə, “7/40” musiqisi həm də azad ibadət haqdadır. Görünür, bu musiqini hər bir rusiyalı yəhudi bilir. Çünki o, demək olar ki, bütün yəhudi toylarında ifa olunur. Digər ölkələrdə yaşayan yəhudilərin əksəriyyətisə bu musiqi haqda heç nə bilmir.

Vaxtilə Azərbaycan da Sovet İttifaqının tərkibində olub. Odur ki, buradakı yəhudilərin rusiyalı yəhudilərlə, həmçinin “7/40” musiqisi ilə tanışlıq imkanı olub. Üstəlik, Azərbaycanda ibadət azadlığı lazımi səviyyədə təmin olunub. Burada yaşayan insanlar bir-birinə böyük hörmətlə yanaşır. Bu vəziyyətə dünyanın çox az ölkəsində rast gəlinir.

“7/40” musiqisini xatırladan bu restoran da insanların Azərbaycanda azad yaşadığını göstərən ən yaxşı məkanlardandır.

“7/40” restoranı müştərilərə nə təklif edir?

Kaşrut şərabların da təklif edildiyi restoran saat 11:00-dən 23:00-dək fəaliyyət göstərir. Restoranın mətbəxi saat 22:00-da bağlanır.

Bu məkanın dekorasiyasını hazırlamış, eyni zamanda restoranın sahibi olan Moşe Moyseyev ivrit dilini Moskvada getdiyi yəhudi dini məktəbində öyrənib. Onun sözlərinə görə, restoranda ölkənin ən yaxşı aşbazı çalışır. Onlar kifayət qədər maraqlı və yaradıcı menyu hazırlayıb.

“Xabad” hərəkatı “7/40” restoranına kaşrut lisenziyası verib. Burada çalışan ofisiantların çox diqqətli olduqlarını demək mümkündür. Onlar bəzən rəqs də edir. Restoran 20 il əvvəl yəhudi məhəlləsi hesab olunmuş ərazidə yerləşir. Burada bu gün də çox sayda yəhudi yaşayır. Lakin bura artıq yəhudi məhəlləsi hesab olunmur.

Azərbaycan – insanlığa dəyər verilən ölkə

Biz “7/40” restoranından çıxarkən binadan yəhudi musiqisinin səsi gəlirdi. Gözəl ab-havanın olduğu restoranda hər an İsrail və ümumiyyətlə, yəhudi musiqilərini eşitmək olar.

Azərbaycan insanlara məhz insan kimi yanaşılması, yəni onlara dini, etnik kimliklərinə, həmçinin siyasi mövqelərinə görə qiymət verilməməsi üçün hər zaman ciddi səylər göstərir. Bu gün tam əminliklə deyə bilərəm ki, Azərbaycan insanlığa, o cümlədən yəhudiliyə böyük dəyər verilən ən gözəl ölkədir.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: NewsBlaze


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az