25.05.2019 17:08
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Avropa Liqasının finalı: “Çelsi” - “Arsenal”
 
24.05.2019
RTBF.be, Belçika
 

  Qafqazda müharibə və tərəqqi
 
24.05.2019
24 Horas, Meksika
 

  FOTOREPORTAJ| Bakı: Avropa Liqasının finalı zamanı qalmalı, yeyib-içməli, şopinq etməli məkanlar
 
24.05.2019
INDEPENDENT, Böyük Britaniya
 

  Yay tətili üçün möhtəşəm Bakı çimərlikləri - FOTO
 
24.05.2019
Newsparsi, İran
 

  Mxitaryan Azərbaycanda niyə oynamayacaq?
 
23.05.2019
BESOCCER, İspaniya
 

 
 
“Bir kəmər-bir yol” təşəbbüsü və Azərbaycan-Çin əməkdaşlığı

 
 



TasnimNews, İran
06.05.2019


Azərbaycan prezidenti İlham Əliyev “Bir kəmər- bir yol” təşəbbüsünə həsr olunmuş beynəlxalq əməkdaşlıq konfransında iştirak etmək üçün aprelin sonunda Çində səfərdə olub.

“Tasnimnews” xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına ikinci səfəridir. Çinin Cənubi Qafqaz regionunda fəaliyyətini genişləndirməsi fonunda bu səfər iki ölkə arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi istəyini əks etdirir.

“Bir kəmər-bir yol” adı ilə tanınan iddialı təşəbbüs 2013-cü ildə Çin hökuməti tərəfindən bu ölkəni mövcud və ya yeni quru, həmçinin dəniz marşrutları vasitəsilə Avropaya birləşdirmək məqsədilə irəli sürülüb. Pekin rəsmiləri deyir ki, indi məqsəd bu yol üzərindəki bütün ölkələrdə iqtisadi-ticari əməkdaşlığın gücləndirilməsidir. “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində Çin Avrasiya regionu boyunca yoların tikintisi, dəmir yolu və limanlar da daxil olmaqla, əsas infrastruktur layihələrin icrasına xarici kredit şəklində təxminən 90 milyard dollar investisiya yatırıb.

Cənubi Qafqaz regionu da bu təşəbbüs üçün Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşağı kimi, mühüm geostrateji əhəmiyyətə malikdir. Bu səbəbdən Çin Cənubi Qafqaz ölkələrilə tərəfdaşlığın gücləndirilməsi üçün yeni imkanlar axtarışındadır. O, Bakı-Tbilisi-Qars dəmir yolu, Transxəzər beynəlxalq tranzit marşrutu, müxtəlif tranzit dəhlizləri və s. regional tranzit layihələrinin inkişafını təşviq edir. Bu nəqliyyat layihələri yüksək geosiyasi əhəmiyyətə malikdir və Çinin öz mallarını Qərb bazarlarına Cənubi Qafqaz vasitəsilə nəqli imkanını artırır.

Bakı da öz növbəsində, bu işlərə daha çox investisiya cəlb etmək istəyir və həm də bu məqsədlə Pekinlə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə çalışır. Azərbaycan prezidenti İlham Əliyevin Çinə səfəri çərçivəsinə iki ölkənin şirkət nümayəndələri arasında bir çox yeni əməkdaşlıq sazişi imzalanıb. İmzalanmış müqavilələrin ümumi dəyəri 821 milyon dollardır. Söhbət Azırbaycanda şin istehsalı zavodunun tikintisindən, Azərbaycanın Kürdəmir rayonunda 300 hektarlıq sahədə istixana kompleksinin yaradılmasından, Quba, Göyçay və Xaçmazda sənaye və kənd təsərrüfatının inkişafı üzrə müxtəlif layihələrin həyata keçirilməsindən və s. gedir. Bundan başqa, tərəflər Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılması, eləcə də Xəzər dəhlizi vasitəsilə Azərbaycan ərazisindən ildə 2500 konteynerin tranziti haqda da razılığa gəlib.

Çinin dövlət başçısı Si Cinpinlə apardığı danışıqlardan əvvəl bu ölkənin “Huawei” kimi böyük şirkətlərinin təmsilçilərilə görüşən İlham Əliyev ölkəsinin birbaça Çin investisiyalarında maraqlı olduğunu bildirib. Azərbaycan prezidenti KİV-ə açıqlamasında regional və yerli infrastruktur layihələrinə daha çox Çin investisiyasının cəlbinin əhəmiyyətindən danışıb. “Azərbaycanda çox sayda Çin şirkətləri uğurla fəaliyyət göstərir. Amma biz ölkəmizdə daha çox Çin şirkətini istər investor, istər podratçı qismində görmək istəyirik. İki ölkə arasında ticarət dövriyyəsi təxminən 1,3 milyard dollardır. Bizim Çindən idxalımız son dövrlərdə 40% artıb”, - deyə İlham Əliyev bildirib.

İki ölkə rəhbərinin görüşündə isə ikitərəfli iqtisadi əməkdaşlıqla yanaşı, siyasi məsələlər də müzakirə edilib. Xüsusilə Çin, Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini bildirib. Bu bəyanat şübhəsiz ki, Bakı tərəfindən məmnunluqla qarşılanıb. Qeyd etmək lazımdır ki, Pekin hər zaman Ermənistanla Azərbaycan arasında yaşanan Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməməyə üstünlük verib. Bununla yanaşı, Çin rəsmiləri bu haqda danışan zaman problemin beynəlxalq hüquq normaları çərçivəsində, BMT-nin müvafiq qətnamələrinə uyğun çözülməli olduğunu bildirir.

Çin rəhbəri Si Cinpin öz növbəsində, Pekin-Bakı əlaqələrinin inkişafı, “Bir kəmər- bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətindəki səylərinə görə İlham Əliyevə təşəkkür edib. Cinpin Azərbaycanın bu layihəyə müsbət yanaşan, onun həyata keçirilməsində fəal iştirak edən ölkələr arasında olduğunu vurğulayıb. Si Cinpin deyib ki, o, bu layihənin həyata keçirilməsi istiqamətində azərbaycanlı həmkarı ilə birgə addımlar atmağa hazırdır. Çin rəhbəri bu iki ölkə arasında qarşılıqlı əməkdaşlığın birgə rifah və inkişaf naminə bütün sahələrdə dərinləşəcəyinə əminliyini də ifadə edib.

“Hörmətli prezident, siz Çin xalqının köhnə dostusunuz, daim Çinlə Azərbaycan arasında əlaqələrin, əməkdaşlığın bütün sahələrdə genişlənməsi üçün şəxsən çalışırsınız. Mən bunu yüksək qiymətləndirirəm və sizinlə yaxın münasibətləri qorumağa, ikitərəfli əlaqələri inkişaf etdirməyə hazıram. Çin Kommunist Partiyası da Yeni Azərbaycan Partiyası ilə əlaqələri möhkəmləndirməklə, dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi aparmağa və iki ölkə arasında qarşılıqlı etimadın gücləndirilməsi işinə töhfə verməyə hazırdır”,- deyə sonda Si Cinpin bildirib.

Əliyev Pekinə səfəri çərçivsində “Bir kəmər-bir yol” konfransına qatılmağ üçün Çinə gəlmiş Rusiya prezidenti Vladimir Putinlə də görüşüb. Onlar məhz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin vəziyyətini müzakirə ediblər.

Bu arada qeyd edək ki, Rusiya Bakının ən mühüm strateji tərəfdaşı mövqeyini qoruyub saxlamağa çalışır. Bununla yanaşı, o, heç vaxt Çinlə Azərbaycan arasında əməkdaşlığın dərinləşməsinə qarşı çıxmayıb.

Beləliklə, “Bir kəmər- bir yol” təşəbbüsünün geniş, qitələrarası miqyasını nəzərə alsaq, Azərbaycan bu nəhəng infrastruktur layihəsində ən çox qazanan tərəflərdən ola bilər. Təşəbbüs tərəfdarlarının fikrincə, layihə Qafqaz regionunda iqtisadi artımın stimullaşdırılmasına, Avrasiyanın Qərblə əlaqələrinin genişlənməsinə xidmət edəcək. Layihənin icrasının Cənubi Qafqaza, xüsusən də Azərbaycana çatdığı andan Çinin bu ölkənin enerji, logistika və ticarət sahəsinin inkişafında əsas iştirakçılardan birinə çevriləcəyi gözlənilir.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TasnimNews


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az