17.09.2019 16:35
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  Donald Qeryenin formasını geydiyi “Neftçi” məğlub olub
 
16.09.2019
Haiti Tempo, Haiti
 

  Turizmi inkişaf etdirməyə çalışan Azərbaycan diqqətini Hindistan bazarına yönəldir
 
11.09.2019
News18, Hindistan
 

  Gecənin sürprizi Azərbaycandan!
 
11.09.2019
Milliyet, Türkiyə
 

  İrəvan xanları nəslinin nümayəndələri Bakıda İrəvan xanlığı irsi sərgisinə baş çəkiblər
 
10.09.2019
Nezavisimaya qazeta, Rusiya
 

  Bakının turistik məkanları
 
10.09.2019
ARMANEKERMAN.IR, İran
 

 
 
Nazimin dostu vəfat etdi

 
 



ODA TV, Türkiyə
13.05.2019


Nazim Hikmətin dostu, dünyada məşhur Azərbaycan türkü, bəstəkar Prof. Dr. Arif Məlikov vəfat edib.

Məlikov Bakıda dövlət səviyyəsində təşkil olunmuş mərasimlə dəfn olunub.

1933-cü ildə Bakıda doğulmuş, Nazim Hikmətin əsərlərinə də musiqilər yazmış Məlikov ötən il Rusiya-Türkiyə İş Adamları Birliyinin (RTİB) “Nazim Hikmət dostluq mükafatı” laureatı olmuşdu.

“Media Günlüyü”ndən Fuad Səfərov xatırladır ki, Məlikov vaxtilə Azərbaycan və Türkiyə mətbuatına açıqlamalarında Nazim Hikmətlə dostluğundan çox danışıb, onunla pis və xoş günlərini paylaşdıqlarını deyərək, bundan böyük iftixar keçirdiyini söylətib.

RTİB-in Nazim Hikmətin xatirə komitəsinin sədri Ali Qalib Savaşır, “Media Günlüyu”nə açıqlamasında deyib: “Bütün Nazimsevərlərin başı sağ olsun. Böyük bəstəkar idi. Nazimin dostu olmaqla yanaşı, hərt birimiz üçün çox dəyərli idi. Onun Nazimlə bağlı gözəl, emosional xatirələrini dinləmək insana zövq verirdi. Allah rəhmət eləsin”.

Məlikovun “Məhəbbət əfsanəsi”, “Yusif və Zuleyxa”, “Əlibaba və 40 quldur” kimi onlarla sənət əsəri istər vaxtilə Sovet İttifaqında, istərsə də başqa ölkəkərdə dəfələrlə səhnələşdirilib.

Nazim ilə dostluğu 1950-ci illərin sonlarında başlamışdı

Onun Nazim ilə 1950-ci illərin sonlarında başlamış dostluğuna “Fərhad və Şirin” əsəri səbəb olmuşdu. Bu, Nazimin 1948-ci ildə Bursa həbsxanasında yazdığı teatr tamaşası idi.

1953-ci ilin oktyabrında əsər “Məhəbbət əfsanəsi” adı ilə Moskva Dram Teatrında da səhnələşdirilib. 1961-ci il martın 23-də Rusiyada Kirov adına Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş etdirilmiş əsərin də musiqisini Məlikov bəstələmişdi.

1965-ci ildə “Böyük teatr”da səhnəyə qoyulmuş baletdə baş rolları Maya Plisestkaya (Məhmən Banu) və Marş Liepa (Fərhad) oynamışdılar. “Fərhad və Şirin”dən təsirlənərək yazılmış “Məhəbbət əfsanəsi” uzun fasilədən sonra, 2014-cü ildə “Böyük teatr”da yenidən səhnəyə qoyulmuşdu.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: ODA TV


 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2019, WorldMedia.az