06.06.2020 23:48
Ana səhifə | Haqqımızda | Bizimlə əlaqə  
    
 
  Son tərcümələr

  İsraillə Azərbaycan uzunömürlülüyün sirrini bilir?
 
06.06.2020
THE JERUSALEM POST, İsrail
 

  Qarabağ: İran yaxınlığında uzun müddətdir davam edən münaqişə
 
05.06.2020
IRNA, İran
 

  Azərbaycan iqtisadi azadlıqları irəli aparmaq üçün ciddi addımlar atır
 
04.06.2020
THE DAILY SIGNAL, ABŞ
 

  Rusiya imperiyasının köçürmə siyasəti
 
03.06.2020
HISTORIA UWAZAM RZE, Polşa
 

  İran-Azərbaycan: dərin və köklü əlaqələr
 
03.06.2020
IRNA, İran
 

 
 
Bakı Paşinyana Qafqazda sülhün yolunu göstərdi

 
 



TasnimNews, İran
15.05.2019


Azərbaycan Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanla Azərbaycan arasında atəşkəs sazişinin imzalanmasının 25-ci ildönümünə həsr olunmuş protokol bəyanatla çıxış edib.

“Tasnim” xəbər verir ki, Hikmət Hacıyev Qafqazda sülhün bərqərar olmamasının səbəbini bir daha ortaya qoyub. O, bildirib ki, səbəb Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, nəticədə bir milyondan çox Azərbaycan vətəndaşının etnik təmizləməyə məruz qalması, qaçqın və məcburi köçkünə çevrilməsidir.

“Ermənistanın Azərbaycana hərbi təcavüzü dinc sakinlərə qarşı saysız-hesabsız hərbi cinayətlərlə müşayiət olunub. BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamədə Ermənistan Azərbaycana güc tətbiqində günahlandırılır. Sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi dəstəklənir, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiqlənir, təcavüzkar qüvvələrin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal və tamamilə çıxarılması tələb olunur”, - deyə o, vurğulayıb.

Bununla yanaşı, H.Hacıyev Yerevanın təmas xəttində riayət etməli olduğu atəşkəs rejiminin sülh demək olmadığını bildirib: “Ermənistan rəhbərliyi görür ki, atəşkəs razılaşmasının imzalanmasından 25 il keçsə də, etibarlı sülh əldə olunmur. Atəşkəsin davamlı sülhə gətirib çıxarmamasının əsas səbəbi isə Ermənistanın təcavüzkar siyasətini davam etdirməsidir”.

H.Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın sülh danışıqlarının formatını dəyişməyə, qondarma “Dağlıq Qarabağ Respublikası”nı bu formata daxil etməyə nail olmayacağını da söyləyib: “Əgər erməni tərəfi həqiqətən bölgədə etibarlı sülhü təmin etmək istəyirsə, danışıqlar prosesində konstruktiv mövqe tutmalı, mövcud format əsasında hərəkət etməli, BMT Təhlükəsizlik Şurası qətnamələrinin tələblərinə uyğun olaraq, öz qüvvələrini Azərbaycanın işğal olunmuş torpaqlarından çəkməli, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz yurd-yuvasına qayıtmasına mane olmamalıdır. Regionda etibarlı sülh yalnız bundan sonra əldə oluna bilər”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: TasnimNews

 
          

Saytın materiallarından istifadə zamanı worldmedia.az-a istinad mütləqdir  

© 2016-2020, WorldMedia.az